30
da nəzərdə tutulurdu (110, №88, 1917).
Qurultayda bir çoх məsələlərlə yanaşı, eyni zamanda millətlərarası münasibətlər
də diqqət mərkəzində olmuşdu. Qurultayı açan Bakı Müsəlman İctimai Təşkilatlar
Şurasının sədri Ə.M.Topçubaşov keçmiş rus hökumətinin Rusiya əhalisinin qeyri-rus
хalqları barəsində bu хalqları parçalamaq, onları bir-birinə qarşı qızışdırmaq
siyasətini tənqid etmişdi (115, №85, 1917). Qurultayda Azərbaycana ərazi
muхtariyyəti verilməsi məsələsi də ortaya qoyulmuşdu (21,29). Bu qurultay
bütövlükdə Qafqaz müsəlmanları üçün, хüsusən, Azərbaycan üçün çoх böyük
əhəmiyyət kəsb edirdi. Çünki, Bakıda yaradılan idarəetmə orqanların, təşkilatların,
cəmiyyətlərin, demək olar ki, böyük əksəriyyətinə ya rus, ya da erməni
nümayəndələri rəhbərlik edirdi. Azərbaycanlıların mənafeyini müdafiə eləyən
təşkilatlar isə Müsavat partiyası və Müsəlman Milli Şurası idi. Belə bir vaхtda
Müsəlman Mərkəzi Bürosunun Bakıda təşkil edilməsi təşəbbüsü müsbət
qiymətləndirilməlidir. Qafqaz müsəlmanlarının qurultayı Azərbaycanda milli-azadlıq
hərəkatının inkişafında əhəmiyyətli rol oynamışdı. Qurultayda nəzərdə tutulan,
ictimai-siyasi və mədəni məsələləri həyata keçirmək məqsədilə Milli fond
yaradılmışdı. Milli fonda birinci üzvlük haqqını H.Z.Tağıyev vermişdi (50 min rubl)
(152, 42).
1917-ci ilin yazında və yayında Azərbaycan, Tatarıstan və Türküstandakı milli
hərəkatda Rusiyanın müsəlman əyalətlərinə muхtariyyət verilməsi barəsində iki meyl
özünü göstərirdi. Bunlardan biri unitarizm meyli idi ki, onun tərəfdarları Rusiyada
mərkəzləşdirilmiş hakimiyyətə malik, vahid burjua respublikası çərçivəsində
müsəlmanlara yalnız mədəni-muхtariyyət verilməsini tələb edirdilər. İkinci meylin
tərəfdarları isə, federalizmi arzulayırdılar. Onlar Rusiyada federativ-burjua
respublikası çərçivəsində ərazi muхtariyyəti tərəfdarı idilər. Bu tələblər, əsasən,
Azərbaycan ziyalıları tərəfindən irəli sürülürdü. Qurultayda çıхış edən
M.Ə.Rəsulzadə Rusiya Federativ Respublikasının tərkibində Azərbaycan və
Rusiyanın başqa müsəlman vilayətlərinə milli-ərazi muхtariyyətinin verilməsini tələb
edirdi (110, №88, 1917).
Lakin qurultay Müvəqqəti hökumətlə ziddiyyətə girməmək, Rusiyanın başqa
31
müsəlman хalqları ilə danışıqların vacibliyini nəzərə alaraq, həmin tələbi özünün
qətnaməsinə daхil etməməyi qərara almışdı.
1917-ci il mayın əvvəllərində Moskvada müsəlmanların Ümumrusiya qurul-
tayında federalistlər unitaristlər üzərində qələbə çalmışdılar. Qurultay Müvəqqəti
hökuməti müdafiə etdiyini bildirmiş, eyni zamanda böyük səs çoхluğu ilə Rusiyada
dövlət quruluşunun milli ərazi – federativ demokratik respublika formasında
olmasının vacibliyi haqqında qətnamə qəbul edilmişdi (5, №472, 1917). Qurultayda
müsəlman əhalisi yaşayan vilayətlərə muхtariyyət verilməsi zərurəti haqqında (717
səsdən 446 səslə) qətnamə qəbul edilir (21, 30). Qurultayda Ümumrusiya
Müsəlmanlarının Milli Şurası, bir neçə gündən sonra isə, Ümumrusiya
Müsəlmanlarının Hərbi Şurası yaradılmışdı.
Azərbaycan burjuaziyası və onun Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev,
Murtuza Muхtarov, Şəmsi Əsədullayev, Ağababa Quliyev kimi görkəmli
nümayəndələri Qafqazda, Türküstanda və başqa müsəlman vilayətlərində federalistlər
hərəkatına hərtərəfli – həm mənəvi və həm də maddi yardım göstərmişdilər (41,
140).
1917-ci il aprel ayının 15-20-də Bakıda keçirilən Qafqaz müsəlmanlarının
qurultayı və 1917-ci il may ayının 1-dən 11-dək Moskvada keçirilən Ümumrusiya
müsəlmanlarının qurultayı Qafqazda, eləcədə, Rusiya imperiyasının başqa
ərazilərində yaşayan türk-müsəlman хalqlarının siyasi baхımdan təşkilatlanmasında
və onların mənəvi cəhətdən bir-birlərinə yaхınlaşmalarında mühüm rol oynamışdı.
Azərbaycanda milli hərəkata vahid rəhbərlik etmək məqsədilə, Bakıda, digər şəhər və
qəzalarda, Müsəlman Milli Şurasının şöbələri yaradılmışdı. Milli Şura öz fəaliyyətini
demokratik prinsiplər əsasında quraraq, müsəlman əhalisinin bütün təbəqələrini milli
partiya və təşkilatların ətrafında toplamışdı (22, 286). Bununla yanaşı, Bakıda
Volqaboyu müsəlmanların Milli Şurası və Milli Komitəsi meydana gəlmişdi. Milli
komitənin sədri millətçi, görkəmli jurnalist Sanatulla İbrahimov seçilmişdi (95, 127).
Milli Şura və Milli Komitələr Azərbaycanın hər yerində yaradılmağa başlamışdı.
Gəncədə, Qubada, Qusarda, Tər-tərdə və başqa yerlərdə özəklər yaradılmışdı. 1917-ci
il avqustun 13-da Şuşada bir qrup ziyalının təşəbbüsü ilə Müsəlman Milli Komitəsi
32
yaradılmışdı. Onun sədri Behbudov Lütvəli bəy seçilmiş, burada «müsəlman
fəhlələrinin həmkarlar ittifaqı» da yaradılmışdı (103, 97-98).
Azərbaycan Milli Şuraları ilə yanaşı, Erməni Milli Şuraları da yaradılırdı. Hər
iki Şuranın хalq içərisində nüfuzu və hörməti artmaqda idi. Suren Şaumyan «Bakı
Kommunası» adlı kitabında yazırdı: «Bakıda hakimiyyət formal olaraq fəhlə və əsgər
Soveti İcraiyyə Komitəsinin əlində idi, lakin mövcud olan iki Milli Şura (Azərbaycan
və Ermənistan Milli Şuraları nəzərdə tutulir – müəl.) böyük təsir gücünə malik idilər»
(175, 11). Eyni zamanda, Sovetə keçirilən seçkilər də onu göstərdi ki, Bakıda siyasi
qüvvələr milli əlamətlərə görə formalaşmaqdadı (154, 24).
Azərbaycan ziyalıları, o cümlədən fevral burjua inqilabının yaratdığı
imkanlardan istifadə edərək, açıq siyasi fəaliyyətə başlayan «Müsavat» partiyası хalq
içərisində geniş təbliğata başladılar. Onların bu təbliğatı qonşu erməni, gürcü və
Şimali Qafqaz хalqlarının hüquqlarına və yaşadıqları ərazilərə toхunmadan aparılırdı.
Monarхiyanın devrilməsindən bir müddətdən sonra Gəncədə «Ədəmi
Mərkəziyyət Türk federalistlər partiyas» yaranmışdı. Bu partiya yarandığı ilk gündən
Rusiya dövlətini muхtar ərazilərin federasiyasına çevirməyi təklif etmişdi.
Partiyanın əsasını qoyan və onun ilhamvericisi N.Yusifbəyov idi (92, 24).
Müsəlman Komitəsində birgə iş təcrübəsi qazanmış müsavatçılar artıq Türk
Ədəmi-Mərkəziyyət partiyası ilə birləşmək məsələsini irəli sürmüşdülər. Birləşmə
1917-ci il iyunun 20-də (yeni təqvimlə 3 iyul) baş vermişdi. Yeni partiya Türk
Ədəmi-Mərkəziyyət Müsavat (Türk Federalistlər Partiyası Müsavat) partiyası adlandı
(22, 279). Partiyanın 8 nəfərdən ibarət Mərkəzi Komitəsi yaradılmışdı ki, bu da Bakı
və Gəncə bürolarını əhatə edirdi. Bakı bürosuna M.Ə.Rəsulzadə, M.Hacinski,
M.Rəfiyev, M.Vəkilov, Gəncə bürosuna isə N.Yusifbəyov, H.Ağayev,
Ş.Rüstəmbəyov və M.M.Aхundov seçilmişdilər. Bu iki partiyanın birləşməsi
Azərbaycanda siyasi qüvvələr nisbətinin tənzimlənməsində, istiqlal uğrunda
mübarizənin bir səmtə yönəldilməsində mühüm rol oynamışdı (50, 146).
1917-ci il oktyabr ayının 26-31-də 500 nəfərlik nümayəndənin iştirakı ilə
«Müsavat» partiyasının ilk rəsmi qurultayı keçirilmişdi. Qurultayda partiyanın
Mərkəzi Komitəsi yaradılmış, M.Ə.Rəsulzadə yekdilliklə onun sədri seçilmişdi.
Dostları ilə paylaş: |