Microsoft Word Vaqif Memmedov xatirelerde doc



Yüklə 21,11 Mb.
Pdf görüntüsü
səhifə17/86
tarix08.07.2018
ölçüsü21,11 Mb.
#54099
1   ...   13   14   15   16   17   18   19   20   ...   86

Vaqif Məmmədov xatirələrdə 
 
57
maq olar. Yazı ilk dəfə “Vedibasar” qəzetinin bir neçə sayında 
nəşr olunmuşdu. Bir gün Vaqif müəllimlə Naxçıvan Dövlət Uni-
versitetinin “Qeyrət” nəşriyyatında, onun otağında (o nəşriyyatın 
direktoru idi) söhbət edirdik. Söhbət əsnasında Vaqif müəllimin 
stolunun üstündəki “Vedibasar” qəzeti diqqətimi cəlb etdi. 
Birinci səhifədə verilən məlumatdan aydın olurdu ki, qəzetin bu 
sayında Vaqif müəllimin Kərki hadisələri ilə bağlı məqaləsi də 
yer almışdır. Qəzeti vərəqləyib məqalə ilə tanış olmaq istəyirdim 
ki, bu zaman telefonuna zəng gəldi. Vaqif müəllim “Rektorun 
yanına gedirəm, sən məqaləni oxu, gəlirəm”-dedi. Vaqif müəl-
lim qayıdanda artıq məqalənin qəzetin bu sayındakı hissəsini 
oxuyub qurtarmışdım. Xahiş etdim ki, məqalənin tam halda 
üzünü çıxarmaq üçün qəzetın digər saylarını da versin. Vaqif 
müəllim dedi ki, qəzetdən iki nüxsə əldə etmişəm, bir nüsxəni 
sənə bağışlayıram. 
Ədəbi və ümumən ictimai fikrin marağına səbəb olan bu 
əsər Kərki kəndinin hansı şəraitdə, kimlər tərəfindən ermənilərin 
əlinə keçməsi haqqında fakt və hadisələrin geniş, hərtərəfli 
təsviri ilə diqqəti cəlb edən çox əhəmiyyətli məlumatlar məcmu-
su idi. Bu publisistik yazını təkcə keçilmiş yolun acı həqiqətləri, 
erməni vandalizmin törətdiyi vəhşilikləri təsvir edən əsər kimi 
qiymətləndirmək azdır. Əsər həm də özümüzünkülərin, yuxarı 
dairələrin, rəhbər işçilərin hadisələrin gedişinə soyuq, biganə 
münasibətini ifadə edən çox dəyərli, ibrətamiz sənədlər toplusu-
dur. Həcminə görə o qədər də böyük olmayan  yazı “Mötəbər 
komisiyaların” xalqı necə aldatdığını, hadisələrin real, həqiqi 
mahiyyətini gizlətməklə düşmən dəyirmanına su tökdüyünü açıb 
göstərən ittihamnamə təsiri bağışlayır. Ümumən, bu yazı Vaqif 
müəllimin yüksək vətəndaş mövqeyini, vətənpərvərlik hisslərini 
layiqincə ifadə edən bir əsərdir. 
Əlbəttə ki, Vaqif müəllimin həyatı, fəaliyyəti, geniş və 
zəngin yaradıcılıq yolu kiçik xatirə yazılarına sığmayan bir 
yoldur. Onun həyat amalı, poetik irsi, ədəbi-publisistik düşüncə-
ləri adına layiq, əsaslı şəkildə öyrənilməli və yayılmalıdır ki, 
gələcək nəsillərdə bundan faydalana bilsin. 


Vaqif Məmmədov xatirələrdə 
 
58
Asim Yadigar 
Naxçıvan MR Ali Məclisinin deputatı, 
Naxçıvan MR Yazıçılar Birliyinin sədri, şair 
 
YARPAQ TÖKÜMÜ 
 
Nədənsə dünyasını vaxtsız dəyişən bir dostun acı xəbərini 
eşidəndə yadıma qeyri-ixtiyari Nazim Hikmətin “Nəslimin yarpaq 
tökümü başladı” misrası düşür. Bu misranın ağrısı-acısı köz kimi 
sinəmi yandırır. Düşünürəm ki, illərdən bəri yaxından tanıdığım, 
ağrı-acımızı, sevincimizi bir bölüşdüyümüz bir dost da dünyaya 
əlvida dedi. Təbiidir ki, bu dostlar, doğmalar içərisində şair 
dostum Vaqif Məmmədovun da yoxluğu ilə barışmaq çətindir. 
Vaqif Məmmədovun imzasına mətbuatda ilk dəfə 70-ci 
illərin əvvəllərində rast gəlmişəm. Sonralar isə Şərur rayonunda 
fəaliyyət göstərən “Şərur qönçələri” ədəbi birliyində tanış olduq. 
Və bu tanışlıq uzun bir yol keçərək dostluğa çevrildi. Demək 
olar ki, elə o vaxtdan mən Vaqifin yaradıcılığını izləməyə, 
uğurlarına sevinməyə başladım. 
Şərur rayonunun (İndi Kəngərli) Qıvraq kənd orta məktə-
bində Azərbaycan dili və ədəbiyyat müəllimi işləyirdim. “İşıqlı 
yol” (İndi “Şərurun səsi”) və “Şərq qapısı”, “Azərbaycan müəl-
limi”, “Azərbaycan gəncləri” qəzetlərində ilk şeirlərimiz dərc 
olunurdu. Qəzetdə bir şeirimizin belə çap olunmağı bizə hədsiz 
sevinc bəxş edirdi. 8 oktyabr 1977-ci ildə “Şərq qapısı” qəzetin-
də görkəmli yazıçı Hüseyn İbrahimovun Vaqif Məmmədovun 
yaradıçılığı ilə bağlı “Gənclik nədir, dinclik nədir” adlı bir 
məqaləsi dərc olundu. Bu məqalə “Uğurlu yol” idi. Hüseyn 
müəllimin Vaqif haqqında ürəklə, məhəbbətlə danışması, ona 
böyük ümidlər bəsləməsi bizi çox sevindirirdi. Hüseyn İbrahi-
mov Vaqifin “Acı” şeiri üzərində xüsusilə dayanmışdı. Həmin 
şeir Rəsul Rzanın “Rənglər” şeirinin təsiri ilə yazılsa da, şairin 
yeni söz deməyi nəzər-diqqətdən yayınmamışdı. Hüseyn 
müəllim yazırdı: “Açı” şerində oxuyuruq: 
 


Vaqif Məmmədov xatirələrdə 
 
59
Namus ləkəsi, 
Ögey ana səsi, 
Təmannalı kömək, 
Dost matəmində verilən yemək
Övlad itkisinin dadı, 
Ana fəryadı. 
Qəmdən doğan gülüş, 
Namərd əli ilə düzələn iş, 
Bəzi insanların dili, 
Bəzilərinin üzü, 
Bir də anasız körpənin 
İlk “Ana” sözü. 
 
Tutarlı deyilmişdir! Oxucu cavan müəllifin ürəyindəki nəçib 
hissləri dərhal duyur, onu şəxsən tanımasa da (bu sətirlərin 
müəllifi kimi) rəğbət bəsləyir, razı qalır. Çünki, şair oxucunu 
düşünməyə, şeirini dönə-dönə oxumağa vadar edir. Bu isə 
müəllifin nailiyyəti və xoşbəxtliyidir. 
Bu yazıdan sonra Hüseyn İbrahimov Vaqiflə tanış oldu. 
Sonralar da Vaqifin uğurlarına ən çox sevinən insanlardan biri 
oldu. 1980-ci il yanvar ayının 1-də Azərbaycan Yazıçılar İttifa-
qının Naxçıvan şöbəsinin məsul katibi, şair Müzəffər Nəsirli 
dünyasını dəyişdi və həmin vəzifəyə yazıçı Hüseyn İbrahimov 
seçildi. Hüseyn müəllim düz 27 il (2007-ci ilin yanvarına kimi) 
bu vəzifədə çalışdı, Naxçıvan ədəbi mühitinin inkişafına öz 
qayğısını əsirgəmədi. Vaqıflə Hüseyn müəllim arasındakı bu 
dostluq 40 ildən artıq davam etdi. Sonralar Vaqif müəllim 
Hüseyn İbrahimova gözəl bir şeir də həsr etmişdi.  
İş elə gətirdi ki, 1982-ci ilin oktyabr ayının 1-dən mən də 
Azərbaycan Yazıçılar İttifaqının Naxçıvan şöbəsində məsləhətçi 
vəzifəsində işə başladım. Mən deyərdim ki,  həmin vaxtdan mə-
nim gənc şairlərlə, o cümlədən, Vaqif Məmmədovla da yaxın-
lığım başladı. Müxtəlif tədbirlər olanda rayonlarda yaşayan şair 
və yazıçıları Naxçıvana dəvət edirdik. Həmin dövrdə əlaqə 
yaratmaq çətin olduğu üçün şair və yazıçılara məktub göndərir-


Yüklə 21,11 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə