Microsoft Word Vaqif Memmedov xatirelerde doc



Yüklə 21,11 Mb.
Pdf görüntüsü
səhifə16/86
tarix08.07.2018
ölçüsü21,11 Mb.
#54099
1   ...   12   13   14   15   16   17   18   19   ...   86

Vaqif Məmmədov xatirələrdə 
 
53
tarixçi alim idi. Ədəbi içtimayətə 30-a yaxın elmi-bədii dəyərli 
kitab, 100-dən çox elmi-publisist məqalə bəxş edən qələm dos-
tumun ğözlənilməz qəfil ölümü, çoxları kimi məni də sarstdı... 
və bu sarsıntı  həzin bir duyğu kimi  ölümündən bir gün sonra 
(07.02.2016) son xatirə şeirinə çevrildi. 
1968-ci ildə Naxçıvan şəhər pedaqoji məktəbini və 1975-ci 
ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun tarix müəllimliyi 
ixtisasını bitirən Vaqif Məmmədov əsl vətəndaş ömrü, müəllim 
və şair ömrü yaşadı. O, doğma Sədərək kənd məktəbində ilk 
pedaqoji fəaliyyətə sıravi müəllim kimi başlasa da, az sonra 
gənc kadr kimi  uzun müddət bu məktəbin direktoru vəzifəsində 
çalışdı və ömrünü  Naxçıvan Dövlət Unuversitetinin müəllimi
dosenti kimi də başa vurdu. 
1995-2000-ci illərdə xalqın etimadı ilə Sədərəkdən 1-ci 
çağırış Naxçıvan MR Ali Məclisinə deputat seçilən Vaqif bu 
etimadı və etibarı hələ 1990-cı ilin yanvar ayının 18-19-da mən-
fur erməni faşistlərinin Sədərəyə azğın hücumları zamanı 
“müsəlləh bir əsgər kimi” başladığı bir vətəndaş, müəllim, şair 
fəaliyyəti ilə qazanmışdı. 1990-1993-cü illər arasında erməni 
faşistləri Sədərəyə 14 dəfə ağır hücum əməliyyatı keçirdiyi və 
bu hücumlar zamanı 100-dən çox şəhidin, 500-dən çox yaralının  
olduğu bir vaxtda Vaqifin Sədərəkdəki şəxsi evi öz arzusuyla  
Vətən və millət naminə hərbi qərargaha çevrildi,  üç ilə yaxın 
davam edən Sədərək döyüşləri də bu qərərgahdan idarə olunur-
du. Təkcə Vaqifin bu fədakarlığı, məncə, onun kimliyi haqqında 
aydın təsəvvür yaradır. Sonralar Vaqifin yazıb nəşr etdirdiyi 
kitablarda, “Sədərək şəhidləri” (1998), ”Qeyrət qalası” (şeirlər) 
(1999), ”Erməni xəyanəti” (2000), “Heydər Əliyev və Sədərək 
rayonu” (2003), ”Sədərəkdə yazılan gündəlık” (2010) 90-cı illər 
Azərbaycan tarixinin şanlı səhifələrindən birini təşkil edən 
Sədərək hadisələri geniş təfsilatı ilə istər bədii, istərsə də elmi-
xronoloji baxımdan öz əksini tapmışdır. Buna görə də Vaqif 
Məmmədov ictimai xadim olmaqla həm də Vətən əskəri kimi 
yaddaşlarda yaşayan Vətən oğludur. 


Vaqif Məmmədov xatirələrdə 
 
54
Deyirlər ki, sənətkarlar iki ömür yaşayır: biri sağlığında 
həm sənətkar ömrü, həm də sıradan “adi” insan ömrü-ata ömrü, 
qardaş ömrü, dost-tanış ömrü və s. Mənim fikrimcə, əsl sənət-
karlar dörd ömür yaşayırlar ki, onların ikisi də ölümündən 
sonrakı ömrlərdir: biri əsərlərinin yaddaşında əbədiləşən ömür, 
digəri isə onu tanıyan, qəlbində bir ümid, arzu kimi yaşadan 
sonuncu insanın bu dünyadan köçdüyü ana qədər davam edən 
ömürdür. Vaqif belə bir çeşidli ömrə layiq olan  Allahın əziz 
bəndəsi kimi sələfləri Molla Pənah Vaqifin, Vaqif Səmədoğ-
lunun...  ardınca əbədiyyətə qovuşdu. 
Beləcə, bir Vaqif də köç eylədi dünyadan!..  
Ancaq onun xatirəsi, S.Vurğun demişkən, “şirin bir xatirə 
tək qalacaqdır dünyada”-sevənlərinin və sevdiklərinin yadda-
şında... 
Allah sənə rəhmət etsin, əziz qələmdaş dostum, əziz 
qardaşım!... 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Vaqif Məmmədov xatirələrdə 
 
55
Vahid Rzayev 
Pedaqogika üzrə fəlsəfə doktoru, dosent 
 
VAQİF MÜƏLLİM HAQQINDA                                       
KİÇİK BİR XATİRƏ 
 
Vaqif müəllim haqqında xatirə yazısı üzərində düşünüb 
daşınanda, yaddaş kitabını vərəqləyəndə hiss etdim ki, məsələyə 
insan ömrü üçün uzun bir vaxt sayıla biləcək zaman kəsiyindən 
baxmaq, başlamaq lazımdır. Çox yaxın münasibətlərdə olmasam 
da, onunla tanışlığımın tarixi ötən əsrin 70-ci illərinə gedib çıxır. 
Vaqifi bu illərdə Şərur şəhərində nəşr olunan “ İşıqlı yol” qəzeti-
nin nəzdində yaradılmış “Şərur qönçələri” ədəbi birliyinin 
məclislərinin birində tanıdım. O, ədəbi birliyin qabaqcıl, ən fəal 
üzvlərindən biri idi. Adı şairlərdən Altay Tağızadə, Əhməd 
Sədərəkli ilə bir sırada çəkilirdi. Artıq bu zaman  Vaqifin gənc 
şair kimi imzası respublika mətbuatında tez-tez görünürdü. 
Yaxşı yadımdadır, mətbuatda xalq şairi Nəbi Xəzri Vaqif müəl-
limin poetik dünyasını yüksək qiymətləndirmiş, obrazlı şəkildə 
onun “şerin sirrlərinə vaqif” şair olduğu fikrini söyləmişdi.  
Maraqlıdır ki, Vaqif Məmmədov ədəbi mühitə ədəbiyyatçı 
(filoloji ali təhsil alması anlamında) kimi yox, necə deyərlər, 
tarixçi kimi gəlmişdi. O, Naxçıvan Dövlət İnstitutunda (indiki 
Naxçıvan Dövlət Universitetində) tarix müəllimi ixtisasına 
yiyələnmiş, ömrü boyu sevdiyi, seçdiyi bu ixtisasa sadiq qal-
mışdı. Sonralar dogma ali təhsil müəssisəsində işlədiyi zaman 
tarix elmi üzrə mühazirələr oxumuş, tarix üzrə fəlsəfə doktoru 
elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir.  
Müəllimlik ən şərəfli, müqəddəs sənətdir. Müəllimlik sənəti 
insanın və deməli cəmiyyətin yarandığı ilk dövrlərdən bugünkü 
durumuna qədərki yolu aydınlaşdıran, ona işıq saçan bir 
sənətdir. Adətən yaradıcı adamlarımızın  fəaliyyətinin çoxşaxəli-
liyi haqqında söz düşəndə “Qoşa qanad” ifadəsini tez-tez 
işlədirik. Bu ifadəni Vaqif müəllimin də həyat fəaliyyətinə, işıqlı 
əməllərinə aid etmək olar. Müəllimlik və şairlik - Vaqif müəl-


Vaqif Məmmədov xatirələrdə 
 
56
limin həyat məqsədləri və amalları bu qoşa qanadın üzərində 
yüksəlmişdir. Onun şair təbiəti və müəllim mənliyi və keyfiyyət-
ləri düzə əyri deyənlərin, haqqı əyənlərin qarşısına sipər çəkirdi. 
Özünəməxsusluqla pis niyyətlərə, məqsədli münasibətlərə, xoşa 
gəlməyən hərəkətlərə dözümsüzlük göstərməyi bacarırdı. 
Pedaqoji işə gənclik illərindən – 20 yaşından başlamışdır. 
Onun yetkin bir müəllim kimi fəaliyyəti, geniş dünyagörüşə 
sahib olması, bölgənin tarixinə, mədəniyyətinə aid məlumatlarla 
dərindən, hərtərəfli tanışlığı ötən əsrin sonlarına təsadüf edir. Bu 
elə bir dövr idi ki, rus sovet imperiyası özünün son günlərini 
yaşayır, insanların gözü qarşısında süqut edirdi. Ermənilər isə 
xislətinə uyğun olaraq tarixin müxtəlif zamanlarında olduğı 
kimi, yenidən baş qaldırdı. Rus havadarlarına arxalanaraq Qara-
bağa və Naxçıvana torpaq iddiaları ilə işğalçılıq niyyətlərini 
həyata keçirməyə başladılar. Kərki kəndi hiylə yolu ilə boşal-
dıldı. Sədərək kəndinə aramsız hücumlar edildi. Kənd dağıntılar, 
güllə yağışı içərisində, işıqsız, qışın sərt günlərində yanacqsız 
qalmışdı. Müharibə nəticəsində ölənlər, yaralananlar var idi. 
Lakin Vaqif müəllim xalqını sevən, yurduna, elinə sədaqətli 
olan bir ziyalı-vətəndaş kimi böyüyüb boya başa çatdığı dogma 
Sədərəyi tərk etmədi. Əhali ilə birlikdə hər cür çətinliklərə 
qatlaşdı, başqalarına nümunə oldu. Müharibənin  canlı şahidi kimi 
erməni xislətini tarixiliyin və bədiliyin vəhdətini təcəssüm etdirən  
çoxlu şerlər və publisistik əsərlər vasitəsi ilə qələmə aldı. “Erməni 
xəyanəti”, “Cəbhə gündəlikləri”, “Sədərək şəhidləri” və digər 
əsərlər görüb müşahidə etdiyi hadisələrin real, həyati təsvirləri idi, 
o müdhiş günlərin müasirlərimizin və gələcək nəsillərin yaddaş-
lara köçürülməsi idi. Bu əsərlər Kərki və Sədərək hadisələri 
haqqında öz əhəmiyyətini itirməyəcək mənbələrdir. Və nəhayət, 
bu əsərlər akademik İsa Həbibbəylinin yazdığı kimi “Yeni dövr 
Azərbaycan publisistikasının dəyərli nümunələridir”.  
Vaqif müəllimin bu dövrün hadisələri ilə bağlı publisistik 
əsərləri sırasında “Kərki: İtirilmiş torpaqlarımız və tarixi real-
lıqlar” adlı əsəri mənim fikrimcə, xüsusi olaraq qeyd olunma-
lıdır. Bu əsəri Kərki hadisələri haqqında salnamə də adlandır-


Yüklə 21,11 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə