Microsoft Word Vaqif Memmedov xatirelerde doc



Yüklə 21,11 Mb.
Pdf görüntüsü
səhifə12/86
tarix08.07.2018
ölçüsü21,11 Mb.
#54099
1   ...   8   9   10   11   12   13   14   15   ...   86

Vaqif Məmmədov xatirələrdə 
 
38
 O həm də səriştəli pedaqoq kimi tanınmışdı. Uzun illər 
Sədərəkdə orta məktəbdə tarix fənnini yüksək məharətlə tədris 
etmişdi. Son on beş ildən artıq müddətdə isə çalışdığı ali 
məktəbin nəşriyyatına rəhbərlik etməklə yanaşı, “Jurnalistika” 
ixtisasında bir neçə fənni tədris edir, gənc jurnalist kadrların 
hazırlığı işində də qüvvəsini əsirgəmir, illər boyu topladığı 
zəngin təcrübəni və nəzəri biliyi tələbələrə həvəslə öyrədirdi.  
Vaqif Məmmədov təkcə bilavasitə dərs verdiyi tələbələrin 
müəllimi deyildi, bütövlükdə yaradıcı gəncliyin yol göstərənlər-
indən biri idi. Bədii yaradıcılığa meyl göstərən bir çox gənclərin  
muxtar respublikanın müxtəlif  şəhər, qəsəbə  və kəndlərindən 
Vaqif müəllimin yanına gələrək ondan məsləhət (əslində sənət 
dərsi) almasının dəfələrlə şahidi olmuşam. Naxçıvan televiziya-
sında apardığı ədəbi verilişlərə dəvət etdiyi gənc ədəbiyyat 
həvəskarları sırasından istedadlı qələm sahiblərinin yetişməsi də 
çəkilən əməyin nəticəsi idi. 
Ümumiyyətlə, Vaqif müəllimi tanıyanların hamısı ona böyük 
ehtiram bəsləyirdi. Xüsusən gəncliyin qaynar sevgisini ayrıca 
vurğulamaq istərdim. Bunun arxasında şairin bənzərsiz sənəti və 
yetkin, nurlu şəxsiyyəti dayanırdı. Vaqif müəllim kimi istedadlı, 
vicdanlı, ləyaqətli ziyalılar təkcə mənsub olduqları ailənin, yaxud 
nəslin deyil, bütövlükdə xalqın hörmətini qazanırlar. 
Vaqif Məmmədov son illərdə daha məhsuldar işləyirdi. 
Sanki amansız əcəlin onu qəfildən yaxalayacağını hiss etmişdi. 
Ürəyindən keçən nəcib duyğuları, fikrini məşğul edən düşüncə-
ləri poetikləşdirib oxuculara çatdırmağa, indiki və gələcək nəsil-
lər üçün ərməğan qoymağa can atırdı... İndi düşünürəm ki, son 
əsərlərində, xüsusən “Yüz rübai” və “Dəniz də nigaran, sən də 
nigaran”  kitablarındakı bir sıra şeirlərdə kədər, niskil və həsrət 
notlarının qabarıqlaşması da səbəbsiz deyilmiş... 
Heç yadımdan çıxmır: dünyasını dəyişməsindən təxminən 
yeddi-səkkiz ay əvvəl Vaqif müəllimin iş otağına getmişdim. 
Arabir belə ziyarətlərim olurdu və hər dəfə də ədəbiyyatdan 
maraqlı söhbətlər edirdik. Şairin həmişə qayğılı görünən baxış-
larında bu dəfə boy verən dərin bir kədər də sezdim. Səbəbini 


Vaqif Məmmədov xatirələrdə 
 
39
soruşdum, sadəcə: “Heç”, – deməklə kifayətləndi. Amma beş-on 
dəqiqədən sonra söhbət heç gözləmədiyim axara yönəldi. Vaqif 
müəllim özünəməxsus bir aramla, həm də həzin səslə ədəbiyya-
tımızdakı klassik və müasir şair Vaqifləri sadalamağa başladı. 
Və onların ikisinin hər birindən iki misra şeir də dedi. Məni 
heyrətləndirən bu oldu ki, Molla Pənah Vaqifin-bu nikbin ruhlu 
klassikimizin şən ovqatlı şeirləri bir yana, görəsən, hansı ilahi 
hökmün diqtəsiylə Vaqif  Məmmədov aşağıdakı  misraları xatır-
lamışdı: 
 
Bir gün olar, itirərsiz Vaqifi, 
O qədər gəzərsiz əli çıraqlı. 
 
Və Vaqif  Səmədoğlunun misraları: 
 
Atamı səslədim dara düşəndə 
Gördüm ki, arada qəbir dayanıb. 
 
Bu görüşün sarsıntısının mahiyyətini aylar sonra əziz Vaqif 
müəllimin vaxtsız vəfatı xəbərini eşidəndə daha dərindən anla-
dım və yaşadım. Və mənə elə gəldi ki, Vaqif müəllim o zaman 
həmin misraları asta səslə təkrarlayarkən yaxınlaşan əcəlin ayaq 
səslərini eşitmiş, hənirtisini şair həssaslığı ilə duymuşdu. 
Çox təəssüf... Vaqif müəllimi də itirdik. Yanılmıramsa, rus 
ədibi O. Mandelştamın sözləridir: “Ədəbiyyat tarixi həm də 
ədəbi itkilərin tarixidir”. Beləcə, Vaqif Məmmədov itkisi də 
ədəbiyyat tarixinin kədərli faktına çevrildi, əsərlərinin ideya-
bədii dəyəri isə bu itkinin acısına təsəlli qatmaq gücündədir. 
1987-ci ildə çapdan çıxmış ilk kitabını “Yaşadacaq bu yol məni” 
adlandıran şairin cismani həyatı başa çatsa da, mənəvi ömrü 
davam etməkdədir, – əsərlərində, unudulmayan xeyirxah əməllə-
rində, onu tanıyanların, doğmalarının yaddaşlarına köçən nurlu 
xatirəsində və bir də  böyüdüb boya-başa çatdırdığı övladlarının 
simasında... 
Ruhu şad olsun! 


Vaqif Məmmədov xatirələrdə 
 
40
Elbəyi Maqsudov 
Pedaqoji elmlər doktoru, 
professor 
 
GÖZƏL İNSAN, İSTEDADLI ŞAİR,                         
FƏDAKAR ALİM 
 
Dostum, həmkarım, gözəl insan Vaqif Məmmədovu univer-
sitet həyatına gəlməmişdən əvvəl qiyabi tanıyırdım. Onun 
müxtəlif qəzet və jurnallarda yaxşı müəllim, təcrübəli məktəb 
direktoru, vətənpərvər bir şair kimi imzalarına tez-tez rast gəlir-
dim. Universitetimizə gələndən sonra əlaqələrimiz daha da artdı, 
elmi, bədii, publisistik söhbətlərdə, konfrans və görüşlərdə daha 
tez-tez görüşürdük. “Çinar ömrü” ədəbi birliyinə rəhbərlik etmə-
si, həmin adda bir neçə almanax nəşr etdirməsi, televiziya 
verilişlərində birgə çıxışlarımız bizi daha da yaxınlaşdırdı. 
Vaqif müəllim bir çox keyfiyyətləri ilə səmimiliyi, işgüzar-
lığı, yaxşı yoldaşlığı, müxtəlif mövzularda qələmə aldığı oriji-
nal, təbii, düşündürücü yazıları, sakit, gözəl nitqi, verdiyi sözə 
sədaqəti, dəqiqliyi, vətənpərvərliyi və s. ilə başqalarından fərq-
lənirdi. Bütün bu müsbət keyfiyyətləri özündə əks etdirən Vaqif 
Məmmədovla yoldaşlığımız sonradan yaxın və möhkəm dostluq 
əlaqələrinə çevrildi. 
Vaqif müəllim sözün həqiqi mənasında ustad pedaqoq idi . 
Müəllim əməyini çox yüksək dəyərləndirir, onun bütün peşə 
sahiblərindən yüksəkdə dayandığını, ömrünü, gözünün nurunu 
gələcək nəsilər üçün sərf etdiyini qürur hissi ilə qeyd edir. Onun 
gördüyü işlərin, çəkdiyi zəhmətin heç bir formada çəkiyə 
gəlmədiyini söyləyir: 
 
Müəllim ömrü hər ömürdən uludur, 
Ləkə nədir, qara nədir bilməz o. 
Müəllim ömrü sabahların yoludur, 
Nə çəkiyə, nə ölçüyə gəlməz o. 


Yüklə 21,11 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə