Microsoft Word Vaqif Memmedov xatirelerde doc



Yüklə 21,11 Mb.
Pdf görüntüsü
səhifə10/86
tarix08.07.2018
ölçüsü21,11 Mb.
#54099
1   ...   6   7   8   9   10   11   12   13   ...   86

Vaqif Məmmədov xatirələrdə 
 
31
Vaqif müəllim həmişə deyərdi ki, “xalq üçün çörəkdən və 
sudan sonra ən vacibi məktəbdir. Hər bir insan təhsil prosesində, 
məktəbdə tərbiyə olunur. Buna görə də təhsil tam, aydın və sabit 
olmalıdır.” Bir pedaqoq kimi tez-tez fransız yazıçısı A. 
Barbusun aşağıdakı sözlərini xatırladırdı “Məktəb yetişməkdə 
olan nəslin formalaşdığı emalatxanadır. əgər sən gələcəyi əldən 
vermək istəmirsənsə, onu əldə möhkəm saxlamaq lazımdır”. 
Onun müəllimliyində tələbkarlıqla qayğı üzvü bağlılıq təşkil 
edirdi. Dərsdə çox ciddi, tələbkar görünən Vaqif  “Jurnalistika 
və dünya ədəbiyyatı” kafedrasının sevilən müəllimlərindən idi. 
O, tələbələri ilə dostluq etməyi bacarır, onlara dəyərli məsləhət-
lər verir, elm və həyat yollarında onların əsl qayğıkeşi, yol gös-
tərəni olurdu. 
Peşəsinin qəlbən vurğunu olan Vaqif müəllim öz müəllimli-
yini Vətəninə, xalqına xidmət etmək vasitəsinə çevirmişdi. Onun 
dediyi sözlər, atdığı addımlar, apardığı dərslər bir pedaqoq kimi 
cəmiyyət üçün faydalı məqsədlər güdür, mənəvi keyfiyyətləri isə 
xalqımızın tarix boyu qazandığı dəyərlər olduğundan cəmiyyətin 
sonrakı inkişafı üçün böyük əhəmiyyət kəsb edirdi. 
Ömrünü müəllimlik kimi müqəddəs bir peşəyə həsr etmiş 
Vaqif həm həyatı, həm də elmi-pedaqoji fəaliyyəti ilə bir ziyalı 
örnəyi idi. Həyatının mənasını insanlara xidmətdə görən Vaqif 
təvazökar, xeyirxah və alicənab insan idi. Onun dost kimi səda-
qətinə, insan kimi kamilliyinə, ziyalı kimi alicənablığına, ağsaq-
qal kimi nüfuzuna, vətəndaş kimi xalqına, torpağına bağlılığına 
hamımız şahid idik. 
Vaqif müəllim sadə, zövqlə geyinən bir şəxsiyyət idi. Onun 
insanlarla rəftarında, cəmiyyət hadisələrinə münasibətində son 
dərəcə səmimi bir ziyalı mövqeyi formalaşmış, rəftarında, oturu-
şunda, duruşunda, ədəb-ərkanında gözəl bir müəllim qüruru 
cəmləşmişdi. 
Hər kəsə bir ömür verilib deyiblər. Hərə də bir cür yaşayır 
bu ömrü. Elə buna görə də dilimizdə ömür, şərəfli ömür ifadələri 
yaranıb. Faydalı, xeyirxah, gənc nəslin inkişafına təkan verən, 
xalqına və millətinə xidmətdə keşən ömrə dəyərli ömür deyiblər. 


Vaqif Məmmədov xatirələrdə 
 
32
Cəsarətlə, sözübütöv, sədaqətli, şərəfli ömür sahibinə çevrilib bu 
cür şəxsiyyətlər. Vaqif müəllim də belə mənalı və şərəfi ömür 
sahiblərindən idi. 
Vaqif müəllimin bədii, elmi və pedaqoji fəaliyyətindən, 
onun insani keyfiyyətlərindən günlərlə danışmaq olar. Onun 
haqqında şair, pedaqoq, alim, ziyalı, kamil şəxsiyyət kimi düşü-
nəndə fəxr edirsən ki, belə bir insanla dostluq etmisən. Çünki 
cəmiyyətin tərəqqisinə, onun təhsilinin inkişafına, gənc nəslin 
tərbiyəsinə sərf edilmiş ömür şərəfli ömürdür. 
Qanlı qış günlərinin birində, 6 fervral 2016-cı ildə Vaqif 
müəllim qəflətən, gözlənilmədən, heç kəsə xəstə olduğunu demə-
dən, heç kəsə şikayətlənmədən, ölümdən qorxmayaraq, ölümün 
gözlərinə dik baxaraq, mərdi-mərdanə, ləyaqətlə, öz mənliyinə, 
ləyaqətinə və şəxsiyyətinə xas tərzdə dünyasını dəyişdi. 
Vaxtilə özü yazmışdı: 
 
Vədələr, niyyətlər demək boş imiş, 
Səadət göylərdə uçan quş imiş. 
Sənin də ürəyin demək boş imiş 
Dünyada heç kəsdə gözüm qalmayıb. 
 
Dünya yalan üstə qurulub məncə, 
Yalanlar içində gerçək var təkcə.  
Ölümdür, başqa şey deyil o gerçək 
Yaranan hər varlıq bir gün köçəcək. 
 
Ölümün fəlsəfəsi mənası bütün dünyanın yeniləşməsi anla-
rından biridri. Əgər ölüm olmasaydı, insan əbədilik haqqında 
düşünə bilməzdi. Ölməzlik ölümün inkarıdır, ölüm isə həyatın 
inkarıdır. Deməli ölməzlik inkarı inkardır, ikiqat inkardır. Bunun-
la belə, əbədilik ölümdən keçmək vasitəsilə mümkün olur, ölüm 
dünyada bütün insanların qismətidir. O, var-dövlətə baxmır. 
Lakin ölüm öz işini görərkən ölülər deyil, dirilər əzab çəkir. 
Bu mənada, Vaqif müəllimin ölümü böyük əzab və qəm yükü 
olsa da, biz bu insanın ölməzliyinə, xatirəsinin daima qəlbimiz-
də qalacağına inanırıq. Çünki, bu ölməzliyi o, özü qazanmışdır. 


Vaqif Məmmədov xatirələrdə 
 
33
Əlbəttə, Vaqif müəllimin mənalı həyatı, ədəbi yaradıcılığı 
və elmi-pedaqoji fəaliyyəti haqqında yazdıqlarım kiçik qeydlər-
dir. Əminəm ki, onu tanıyan və xatirəsini əziz tutan dost və 
qohumlarının da gözəl şair, kamil tarixçi alim, əsl müəllim, 
müdrik şəxsiyyət haqqında yazdıqları Vaqifin əsl portretini 
tamamlayacaq, Vaqif müəllim haqqda zəngin bir xatirə kitabı 
yaranacaqdır. Ancaq Əməkdar Mədəniyyət və Qabaqcıl Təhsil 
işçisi gözəl şair və kamil şəxsiyyət Vaqif Məmmədova ən böyük 
abidə onun dostlarının, çoxsaylı tələbələrinin, qohumalarının, 
qəlbində, yaddaşında öz əməlləri ilə yaratdığı əsl insan, gözəl 
şair, bacarıqlı müəllim və həqiqi alim obrazıdır. 
Allah ruhunu şad etsin. 
 
 
 
 
 
 
 


Vaqif Məmmədov xatirələrdə 
 
34
Hüseyn Həşimli 
Filologiya  elmləri doktoru, 
 professor, Əməkdar Elm Xadimi 
 
“BİR GÜN OLAR, İTİRƏRSİZ VAQİFİ...” 
 
Bənzərsiz istedada və yüksək insani ləyaqətə malik olan 
Vaqif müəllimin özünü şəxsən tanımazdan əvvəl müxtəlif qəzet 
və jurnallarda dərc olunmuş bir sıra əsərlərini oxumuşam, qəlbə 
yatan çoxsaylı şeirlərindən bir qismini hələ tələbəlik dövründə 
əzbərləmişəm. Bitirdiyim ali məktəbdə əmək fəaliyyətimə başla-
yandan iki il sonra isə şairi yaxından görmək, tanımaq qismət 
oldu. 1988-ci ilin sentyabr ayının sonları idi. Fakültə dekanı, 
mərhum dosent Arif Əliyev bildirdi ki, hazırlaşın, Sədərəyə səfə-
rimiz olacaq, şair Vaqif Məmmədovla da görüşəcəyik... Belə ki, 
bir neçə gün əvvəl ustad Məhəmmədhüseyn Şəhriyar dünyasını 
dəyişmişdi və Arif müəllimin təklifi ilə mən böyük şairin 
 
əsərləri, həmçinin  ona həsr olunan poetik örnəklər əsasında bir 
ədəbi kompozisiya hazırlamışdım. Tələbələrin iştirakı ilə həmin 
musiqili-ədəbi kompozisiyanı ali məktəbin böyük zalında nüma-
yiş etdirmişdik. Yaxşı qarşılanmış bu tədbirdən sonra Arif müəl-
lim bizə demişdi ki, rayonların birinə səfər edib kompozisiyanı 
orada da göstərmək üçün çalışacağam. Və o zaman Sədərək 
kəndində orta məktəb direktoru işləyən Vaqif müəllimlə əlaqə 
saxlamışdı. Biz B.Vahabzadənin, M. Arazın, B. Azəroğlunun və 
digər müəlliflərin də müvafiq şeirlərini əlavə etməklə kompozisi-
yanı genişləndirdik. “Elə oğul istəyir vətən” adlı bu kompozisiya-
nı Sədərək məktəbində müəllim və şagirdlərə nümayiş etdirdik. 
Tədbirdə məktəbin direktoru Vaqif  Məmmədov da çıxış etdi, 
vətənpərvərlik ruhunda bir neçə şeirini oxudu. Onun sadəliyi, 
səmimiyyəti, təşkilatçılıq məharəti hamımızda rəğbət oyatdı... 
Sonrakı illərdə Naxçıvan şəhərində Vaqif müəllimlə müx-
təlif ədəbi-mədəni tədbirlərdə görüşüb hal-əhval tuturduq. 1998-
ci ildən isə o, vaxtı ilə məzunu olduğu ali məktəbdə işləməyə 
başlayandan sonra iş yoldaşı kimi tez-tez görüşürdük. Beləcə, bu 


Yüklə 21,11 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə