Microsoft Word Vaqif Memmedov xatirelerde doc



Yüklə 21,11 Mb.
Pdf görüntüsü
səhifə8/86
tarix08.07.2018
ölçüsü21,11 Mb.
#54099
1   ...   4   5   6   7   8   9   10   11   ...   86

Vaqif Məmmədov xatirələrdə 
 
25
ması və inkişafı yolu”na həsr olunmuş namizədlik dissertasiyası 
və bu dissertasiya əsasında nəşr etdirdiyi monoqrafiya Naxçıvan 
Muxtar Respublikasında ali təhsilin inkişafına həsr olunmuş çox 
sanballı bir əsər kimi diqqəti cəlb edir.  
Hər bir insanın ölümü onun ailəsi, yaxınları üçün ağır 
itkidir. Vaqif müəllimin ölümü həm də Azərbaycanın ədəbi və 
elmi ictimaiyyəti üçün ağır itki oldu. Böyük və uca Yaradan mü-
qəddəs kitabımız Qurani-Kərim vasitəsi ilə bizə “Hər bir kəs 
(hər bir canlı) ölümü dadacaqdır. Sonra da (qiyamət günü) 
hüzurumuza qaytarılacaqsınız!” (“Ənkəbut” surəsi, 57-ci ayə) 
gerçəkliyini bizə xəbər verir. Bəli, hər bir yaranmışın ölüm şər-
bətini içməsi labüddür və şəksizdir. Burada yaddaşımda vaxtilə 
Ordubad şəhərində tədqiq edərək nəşr etdirdiyim sənduqə tipli 
bir qəbirüstü xatirə abidəsi üzərində həkk edilmiş mənzum 
kitabənin mətni canlanır: 
 
Ey ölüm, minlərlə ev viran etdin, 
Vücud mülkündə canımı qarət etdin, 
Dünyada gördüyün hər qiymətli gövhəri, 
Apardın, torpaq altında pünhan etdin! 
 
Bəli, amansız ölüm 6 fevral 2016-cı ildə Vaqif müəllimi də 
həyatdan apardı. O, fani dünyadan əbədi dünyaya köçdü.  
Fikrimcə, Vaqif müəllim yaşadığı 67 illik ömrünü şərəflə 
başa vurdu və son şeirlərindən birində “Şərəfli bir ömür qoyub 
gedirəm” misrasını yazdı. Tam əminliklə deyə bilərəm ki, Vaqif 
müəllim, Siz həm də zəngin bir ədəbi və elmi irs qoyub getdiniz. 
Xeyirxah əməllərinizlə yanaşı irsiniz–qələminizdən çıxan 15-ə 
yaxın şeir kitabınız, “Sədərək şəhidləri”, “Unutsaq unudularıq”, 
“Erməni xəyanəti”, “Sədərkdə yazılan gündəlik”, “Kərkinin 
taleyi” və s. elmi, elmi-publisistik əsərləriniz Sizin əbədi olaraq 
ürəklərdə yaşamanızın zəmanətidir. 


Vaqif Məmmədov xatirələrdə 
 
26
Vəli Baxşəliyev 
AMEA-nın müxbir üzvü, 
 tarix elməri doktoru,professor 
 
QƏDİM NAXÇIVANIN NƏĞMƏKAR OĞLU 
 
Vaqif Məmmədovla ilk tanışlığımız Şərur rayonunda oldu. 
XX əsrin 80-ci illəri idi. O zaman Vaqif Məmmədovun doğma 
kəndi olan Sədərək Şərur rayonunun tərkibində idi. Şərur rayonu 
isə “İliç” rayonu adlanırdı. Lakin yurdumuzun vətənpərvər oğulları 
yurdumuzun qədim yurd adlarını yaşatmağa çalışırdı. Elə bu məq-
sədlə də “Şərur qədim diyardır” adlı konfrans keçirməyə hazırlaşır-
dıq. Konfransın təşkilatçısı Abdulla Qurbani idi. Vaqif müəllimlə 
tanışlığımız həmin konfransda oldu. O, Şərur rayonunun qədim 
abidələri, o cümlədən, “Fərhad arxı” ilə bağlı maraqlı məruzə etdi. 
Düzü o vaxt Vaqif müəllimin şair olduğunu bilmirdim. Zaman keç-
dikcə bir-birimizi yaxından tanıdıq. Qismət elə gətirdi ki, onunla 
Naxçıvan Dövlət Universitetində müəllim yoldaşı olduq. O, həm 
yaxın yoldaş, həm gözəl insan və bacarıqlı müəllim idi. Vaqif 
müəllimlə bir neçə dəfə elmi müzakirələrdə iştirak etmişdik. O, 
həm yoldaşlarına güzəşt etməyi bacarırdı, həm də olduqca təlbkar 
bir alim idi. Vaqif müəllim “Qeyrət” nəşriyyatının direktoru olduq-
da onunla tez-tez görüşürdük. Həm öz məqalələrimi, həm də 
tələbələrimin məqalələrini ona təqdim edirdim. Vaqif müəllim çox 
tələbkar və təəssübkeş bir insan idi. Tutduğu vəzifəni layiqincə 
yerinə yetirməyə çalışırdı. Onunla sosial şəbəkələrdə də dostluğu-
muz var idi. Arada yazışırdıq. Vaqif müəllim doğulduğu torpağın 
alim və ziyalılarına qiymət verməyi bacaran insan idi və Naxçıva-
nın yetirmələri ilə qürur duyurdu. Bu duyğular onun bədii-publisis-
tik kitablarında öz əksini tapmışdı. “Sədərək şəhidləri”, “Unutsaq 
unudularıq” kitabları bu baxımdan diqqəti daha çox cəlb edir. 
Azərbaycan Respublikasına qarşı əsassız ərazi iddiaları sürən bəd-
xah qonşularımıza onun münasibəti “Erməni xəyanəti” kitabında 
əks olunmuşdu. Vətənpərvər şair öz xalqına qarşı törədilən cinayət-
lərə laqeyd qala bilmir, şəhidlərimizi, Vətən uğrunda canından ke-
çənləri şeirlərində tərənnüm edir, şəhid məzarını qiblə hesab edirdi: 


Vaqif Məmmədov xatirələrdə 
 
27
Hansı torpağın ki, şəhidi varsa
Orda daş üstünə daş qoymaq olar. 
Qiblənin yolları boransa, qarsa, 
Şəhid  məzarına baş qoymaq olar. 
 
Vaqif müəllimi tanıdıqdan sonra mənə məlum oldu ki, o, 
xalqımızın gözəl şairlərindən biridir. Onun elmi müvəffəqiyyət-
lərində də şairlik istedadının böyük rolu olmuşdu. Onun rənga-
rəng bədii yaradıcılığı həm həyatının bir parçası, həm də həyatı-
nın mənası idi. Vaqif müəllimin şeirləri axarlı və mənalı olması 
ilə diqqəti çəkirdi. Onun şeirlərində Vətən sevgisi, yurd sevgisi, 
insanlığa olan sevgi əsas yer tutur.  
İnsan hansı yaşda olursa olsun onun ürəyində həmişə bir 
sevgi olur. Vaqif müəllim bu saf sevgidən doğan hissləri özünə-
məxsus bacarıqla və ustalıqla ifadə edə bilib, onunla yaşamağı 
bacarırdı. “Sən mənim ömrümün payız nəğməsi” şeirində gözəl 
və mükəmməl qadının obrazını yaradaraq onu aşağıdakı şəkildə 
vəsf etmişdir: 
 
Sən mənim ömrümün payız nəğməsi, 
Mənim payızımda açan çiçəksən, 
Sən mənim dünyamın bayatı səsi, 
Kövrəksən,  zərifsən, tənhasan, təksən. 
 
Sən elə yağışsan bir dəfə yağsan
Quruyan budağın butası çıxar. 
Sən elə gözəlsən bir dəfə baxsan, 
Sənin baxışının xatası çıxar... 
 
Vaqif müəllim yurdunun gözəlliklərini də yüksək poetik 
bacarıqla ifadə etmiş, öz şeirlərində həm romantik, həm də 
realist bir tablo yarada bilmişdir: 
 
Yenə də başladı payız yağışı, 
Gecəli, gündüzlü narın yağacaq. 
Yenə də başladı payız yağışı, 
Yenə sevənlərin günü doğacaq... 


Yüklə 21,11 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə