Microsoft Word Vaqif Memmedov xatirelerde doc



Yüklə 21,11 Mb.
Pdf görüntüsü
səhifə5/86
tarix08.07.2018
ölçüsü21,11 Mb.
#54099
1   2   3   4   5   6   7   8   9   ...   86

Vaqif Məmmədov xatirələrdə 
 
15
səhhətinin ağır olduğunu hiss etdim. Buna baxmayaraq, təkcə 
keçmiş günləri xatırlamadıq, həm də yaradıcılıq işlərindən, bəzi 
qayğılardan danışdıq. Vaqif müəllim xəstəxanada yazdığı bir 
şeirini oxudu. Böyük ümidlə yazılmış şeirdə xəstəliyə inanma-
dığını ifadə etmişdi. Bu, nikbin notları olan Vaqifanə bir şeir idi. 
Sözün əsl mənasında, açıq baxışlı, səmimi insan olan Vaqif 
Məmmədov  təmkinli, ağıllı və mənəviyyatlı Vaqifanə bir ömür 
yaşamışdır. 
İstedadlı şair, mükəmməl ziyalı, əsl müəllim və etibarlı dost 
olan Vaqif Məmmədovun dünyasını dəyişməsinə son şeirində 
özünün yazdığı kimi, hələ də tam inana bilmirəm. O, unudulmaz 
xatirələri, içtimai fəaliyyəti və əsərləri ilə yaddaşlarda əbədi 
olaraq yaşayacaqdır.  


Vaqif Məmmədov xatirələrdə 
 
16
Vəli Əliyev 
AME-nın müxbir üzvü,  
tarix elmləri doktoru, professor 
 
UNUDULMAZ TƏLƏBƏM VAQİF MƏMMƏDOV 
 
Qədim mədəniyyət beşiyi Naxçıvan diyarının Şərur-Sədərək 
bölgələrində tarix, mədəniyyət abidələrini qeydə almaq məqsə-
dilə 1960-cı ildən etibarən apardığım arxeoloji səfərlər həmişə 
uğurlu olurdu. Anadolu ilə qonşuluqda, Ağrı dağının şərqində, 
Araz çayının sol sahilində strateji cəhətdən çox əlverişli coğrafi 
mövqedə, ön Asiyadan gələn qədim karvan ticarət yolunun əsas 
keçid məntəqəsində yerləşən Sədərək abidələrindən aşkar etdi-
yim arxeoloji materiallar bu bölgədə nadir tarixi abidələrin 
olduğundan xəbər verirdi. Doğrusu, Sədərəkdə mənə kömək 
göstərəcək bir dost tapıb, bu bölgəni addım-addım gəzmək, 
məni heyran edən vadiləri, Vəlidağı, Tejgarı, Sədərək düzünü 
gəzib dəyərli tarixi abidələri tədqiq etmək arzusu ilə yaşayırdım. 
Naxçıvanın qədim tarixi abidələrini maraqlı, elmi nəticələ-
rimlə təbliğ etdiyim bir vaxtda, məni Azərbaycan Elmlər Akade-
miyasının İctimai Elmlər Bölməsinə dəvət etdilər. Burada akade-
mik Əlisöhbət müəllim bildirdi ki, Azərbaycan Pedaqoji İnstitu-
nun yeni yaradılan Naxçıvan filialının direktoru Əli Əliyev məni 
yüksək ixtisaslı kadr kimi dərs deməyə dəvət edir. Razılıq verdim, 
böyük həvəslə Naxçıvana gəlib pedaqoji institutda dərs deməyə 
başladım. Auditoriyaya daxil olduğum ilk günlərdən diqqətimi 
sonuncu partada əyləşən, hündürboylu, ciddi və xoş təbəssümlü 
bir oğlan cəlb etdi. Qədim dünya və arxeologiya fənnlərindən mü-
hazirələr söyləyərkən tələbələrə müəyyən məqamlarda sualla mü-
raciət edib, onların qavrama qabiliyyətini, məsələnin şərhində fəal 
iştirakını təşkil edirdim. Yaxşı xatırlayıram ki, ibtidai cəmiyyətin 
mədəni inkişaf təkamülü ilə bağlı sualıma bir neçə tələbənin ver-
diyi cavablardan razı qalmadım. Axırıncı partadan Vaqif Məm-
mədov əl qaldırıb ayağa qalxdı. Özünəməxsus məzmunu və mən-
tiqli cavabı, nitq mədəniyyəti ilə məni valeh etdi. Onun məharə-
tini tərif edib, dedim: "Vaqif, lap şairanə danışdın, çox sağol." 


Vaqif Məmmədov xatirələrdə 
 
17
Qızlardan biri: – Müəllim, o, elə şairdir! Tələbələr gülüşdülər. 
Vaqifə otur dedim, həmin tələbəni  məzəmmət etmək istədikdə, 
hamı bir səslə: – Müəllim, Vaqif həqiqətən şairdir, çoxlu şeirlər 
yazır, söylədilər. Vaqif, sən doğurdan şeir yaza bilirsən soruş-
duqda, ayağa qalxdı, çöhrəsində utancaqlıq qızartısı göründü və 
dedi: – Müəllim, mən şair deyiləm, yazdıqlarım sandıq şeirləridir. 
Mən təkid etdim, soruşdum ki, nə kimi, hansı janrda şeirlər 
yazırsan. O, bir neçə şeirlərinin, eləcə də “Təndir” şeirinin adını 
söylədi və bu şeiri söylədi, çox xoşuma gəldi. Digər şeirlərindən 
bir neçəsini əzbərdən dedi. İnana bilmədim ki, şeirləri o, özü 
yazıb. Soruşdum ki, şeirlərin nəşr olunubmu? Söylədi ki, yox, 
Vəli müəllim, mənim şeirimi kim çap edər axı? Sabah bir neçə 
şeirlərini gətirməsini xahiş etdim. Bir dəftərdə yazılmış şeirlərini 
gətirdi, oxudum xoşum gəldi. Sabah “Şərq qapısı” qəzetinə zəng 
vurub şair Hüseyn Razidən xahiş etdim ki, mənim istedadlı 
tələbəm Vaqif Məmmədovu qəbul et, şeirlərini oxu və çox xahiş 
edirəm ki, nəşrinə köməklik göstər. 
Vaqifin şeirləri “Şərq qapısı” qəzetində nəşr olundu, Nax-
çıvan oxucularının ruhunu, zövqünü oxşadı. Bir il keçmədi ki, 
Vaqif Məmmədov  gənc şair kimi nəinki  Naxçıvanda, bütövlük-
də Azərbaycanda tanındı. Bakıda onun şeirləri nəşr olundu, 
oxucuların bədii zövqünü oxşadı. Müxtəlif janrlarda yazdığı 
dəyərli şeirlərinə görə geniş ictimaiyyət tərəfindən sevildi. O, öz 
yaradıcılıq istedadı ilə Azərbaycanın mənəvi mədəniyyət xəzinə-
sinə öz dəyərli şeirlər töhfəsini verə bildi. 
Vaqif Məmmədov Sədərək ərazisində tarixi abidələrin aşka-
ra çıxarılıb, tədqiq olunmasında Azərbaycan Milli Elmlər Aka-
demiyasının Naxçıvan arxeoloji ekspedisiyasına yaxından 
köməklik göstərmiş, Sədərək şəhər yerindən, Kərki, Tejgar 
ətrafındakı tunc dövrü abidələrindən topladığı materiallar, eləcə 
də Sədərəyin etnoqrafik mədəniyyət abidələri əsasında zəngin 
Sədərək diyarşünaslıq muzeyini yaradıb Naxçıvanın maddi 
mədəniyyət tarixinə dəyərli ərmağan etdi. 
Vaqif qeyrət, qüdrət diyarı Sədərəyin əbədiyaşar övladı ola-
raq mənim, eləcə də Azərbaycan ziyalılarının qəlbində yaşayır 
və gələcək nəsillər onu daim  xatırlayıb yaşadacaqlar. 


Vaqif Məmmədov xatirələrdə 
 
18
İsmayıl Hacıyev 
AMEA Naxçıvan Bölməsinin sədri, 
akademik 
 
MÜƏLLİMLİKDƏN ŞAİRLİYƏ VƏ                        
ALİMLİYƏ KEÇDİYİ ŞƏRƏFLİ YOL 
 
Sədərək kənd məktəbinin müəllimi, sonra həmin məktəbin 
direktoru olan Vaqif Məmmədovun adı keçən əsrin 70-80-ci 
illərində muxtar respublikanın pedaqoji ictimaiyyəti arasında 
çox məşhur idi. Onu pedaqoji ictimaiyyətə tanıdan müəllim kimi 
yenilikçi fəaliyyəti, direktor kimi yüksək təşkilatçılıq bacarığı 
ilə bağlı idi. Sədərək kənd orta məktəbi Vaqif müəllimin sima-
sında, onun fəaliyyəti sayəsində respublika məktəbləri arasında 
nümunəvi bir məktəb kimi təqdir olunur, təcrübəsi yayılırdı. Bu 
sahədə Vaqif Məmmədovun fəaliyyəti diqqəti xüsusilə cəlb 
edirdi. 70-ci illərin sonları, 80-ci illərdə müəllim işləyərkən res-
publika tədbirlərində, pedaqoji müşavirələrdə və konfranslarda 
Sədərək kənd orta məktəbinin iş təcrübəsi, onun direktoru Vaqif 
Məmmədovun təşkilatçılıq fəaliyyəti, məktəbin təcrübə sahəsin-
dəki uğurları dönə-dönə qeyd edilirdi. Sonradan bildik ki, Vaqif 
müəllim Naxçıvan Pedaqoji Texnikumu (o vaxt Pedaqoji Mək-
təb adlanırdı), sonra isə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun 
tarix fakültəsini bitirmişdir. 
Qiyabi olaraq müəllim kimi tanıdığım Vaqif Məmmədovun 
şeirlərini “Şərq qapısı” qəzetində (bir müddət “Sovet Naxçıvanı” 
adı ilə nəşr edilmişdi), respublikamızın digər qəzet səhifələrində 
oxuyur, onun bir şair kimi istedadına qibtə hissi ilə yanaşırdıq. 
Mətbuatdan biləndə ki, şair Vaqif Məmmədov 1983-cü ildə “Daş-
kənd təranəsi” beynəlxalq poeziya müsabiqəsinin qalibi olub, 
istər-istəməz onunla görüşmək, təbrik etmək arzusu ürəyimizdən 
keçirdi, lakin hələlik onunla tanış deyildik və görüşməmişdik. 
Vaqif müəllimlə tanışlığımız 80-ci illərin sonunda erməni 
millətçilərinin Azərbaycana qarşı ərazi iddialarına etiraz əlaməti 


Yüklə 21,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə