Microsoft Word Vaqif Memmedov xatirelerde doc



Yüklə 21,11 Mb.
Pdf görüntüsü
səhifə7/86
tarix08.07.2018
ölçüsü21,11 Mb.
#54099
1   2   3   4   5   6   7   8   9   10   ...   86

Vaqif Məmmədov xatirələrdə 
 
22
Hacı Fəxrəddin Səfərli 
AMEA-nın müxbir üzvü,  
tarix üzrə fəlsəfə doktoru, professor 
 
XEYİRXAH ƏMƏLLƏRİ, ƏDƏBİ VƏ ELMİ İRSİ İLƏ 
ÜRƏKLƏRDƏ YAŞAYAN VƏTƏNSEVƏR İNSAN 
 
28 fevral 2017-ci ildə, saat 10
30
-da telefonuma zəng gəldi. 
Zəng vuran gözəl pedaqoq, vətənsevər ziyalı, nəcib insan, mər-
hum Vaqif Məmmədovun oğlu Səbuhi Məmmədov idi. Səbuhi 
müəllim atasının xatirəsinə nəşr etdirmək istədiyi kitabda mənim 
də xatirələrimin yer alması arzusunda olduğunu bildirdi. Mən 
qısa zaman çərçivəsində Vaqif müəllim haqqında ürək sözlərimi 
yazıb göndərəcəyimi bildirdim. 
Bəri başdan demək istərdim ki, Azərbaycan Yazıçılar Birli-
yinin, Azərbaycan Jurnalistlər Birliyinin, Türkiyə Elm və 
Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyinin (İLESAM) və 
Avrasiya Yazarlar Birliyinin üzvü, tarix üzrə fəlsəfə doktoru, 
dosent, gözəl şair, mərhum Vaqif Cəfər oğlu Məmmədov haq-
qında düşünərkən nəzərimdə ilk öncə vətəninə bağlı, qayğıkeş, 
səmimi bir insan, təmkinli və müdrik bir ağsaqqal, yüksək səviy-
yəli ziyalı, istedadlı şair, zəhmətkeş alim, ümumiyyətlə, özündə 
bir sıra müsbət keyfiyyətləri birləşdirən şəxsiyyət canlanır. 
Vaqif müəllimi qiyabi olaraq lap gənc yaşalarından, müxtə-
lif mətbuat orqanlarında nəşr olunan şeirlərinin altında qoyduğu 
imzadan tanıyırdım. Ancaq 1970-ci illərin sonlarında elmi işim-
lə əlaqədar material toplamaq üçün Sədərək kəndində olarkən 
onunla şəxsən tanış oldum. Bu tanışlıqla aramızda yaranan xoş 
münasibətlər getdikcə yüksələn xətt üzrə inkişaf etdi və onun 
Naxçıvan Dövlət Universitetində yaradılan “Qeyrət” nəşriyya-
tına direktor təyin olunmasından sonra tez-tez görüşməyimiz 
səbəbindən daha da möhkəmləndi. Asudə vaxtlarımda Vaqif 
müəllimin universitetin əsas korpusunun I mərtəbəsində yer-
ləşən otağına gedər, müxtəlif mövzularda söhbətlər edərdik. 


Vaqif Məmmədov xatirələrdə 
 
23
Yaxından tanıdığıma və müşahidələrimə əsasən deyə bilərəm ki, 
Vaqif müəllim qayğıkeş bir ailə başçısı, etibarlı dost, Mövlana 
Cəlaləddin Ruminin təbirincə desək “olduğu kimi görünən” bir 
insan idi. Paxıllıq, gözügötürməzlik, başqasının haqqında danış-
maq, qeybət, söz gəzdirmək və s. bunlar kimi mənfi xüsusiyyət-
lər ona yad idi. 
Artıq Vaqif müəllim həyatının kamillik dövrünü yaşayırdı. 
Hər bir kamil insana məxsus bir sıra müsbət keyfiyyətləri 
özündə birləşdirən Vaqif müəllim hərtərəfli yetkin bir insan idi. 
Ona görə də onun bir insan, ziyalı, vətəndaş kimi özünəməxsus 
xarakterik xüsusiyyətləri haqqında danışmaq, kiçik bir yazıda 
onları təhlil etmək çox çətindir. Heç şübhəsiz ki, Vaqif müəlli-
min müxtəlif peşə sahibləri olan dostları və yaxınları onun bu 
xüsusiyyətləri haqqında yazacaqlar. Mən isə onun haqqında bəzi 
məqamlara çox yığcam şəkildə toxunmaq istərdim.  
Vaqif müəllim çox vətənsevər insan idi. Onun xarakterində-
ki bu cəhət 1988-ci ildə bədnam qonşularımız tərəfindən ortaya 
atılan Dağlıq Qarabağ problemi, ermənilərin Azərbaycanın 
bütün sərhədyanı bölgələrində olduğu kimi, xalqımızın ümum-
milli lideri Heydər Əliyevin “qeyrət qalası” adlandırdığı Sədə-
rəyə hücumları zamanı özünü qabarıq şəkildə büruzə verdi. O 
erməni quldarlarının Sədərəyə hücumlarının qarşısının alınması 
üçün istər Sədərək kəndi əhalisindən, istərsə də qonşu kəndlər-
dən, muxtar respublikanın müxtəlif yaşayış məskənlərindən, 
hətta Azərbaycanın bir sıra rayonlarından gələn insanların düş-
mən hücumlarının dəf olunması, ermənilərə qarşı mübarizə üçün 
təşkilatlanması sahəsində xüsusi rol oynadı. Mən Vaqif müəl-
limin Sədərək hadisələri ilə əlaqədar çox səliqə ilə yazdığı və 
müəyyən bir hissəsini nəşr etdirdiyi “Sədərəkdə yazılan gün-
dəlik”lə tanışam. Tam qətiyyətlə deyə bilərəm ki, bu gündəlik 
Sədərək hadisələri haqqında obyektiv və ətraflı məlumat verən 
çox sanballı qaynaqdır.  
Qeyd etmək istərdim ki, Vaqif müəllimin qəlbində bir 
“Kərki nisgili” vardı. Sədərək kəndindən 8-10 km aralıda yerlə-
şən, qohum əqrəbası yaşayan Kərki kəndində baş verən hadisə-


Vaqif Məmmədov xatirələrdə 
 
24
ləri, ermənilərin orada törətdikləri faciələri bütün ağrı-acısı ilə 
yaşayan kövrək insan Vaqif müəllim bu kəndə çoxlu şeirlər həsr 
etsə də, bunlarla kifayətlənmədi. Canlı şahidi və iştirakçısı oldu-
ğu hadisələri yazıya köçürüb Kərki kəndi haqqında kitab yazdı. 
Həmin kitabın əlyazmasını mənə təqdim edərək “bu kitabı Kərki 
kəndinin ermənilər tərəfindən işğal edilməsinin 25 illiyinədək 
(18 yanvar 2015-ci ilədək) nəşr etdirmək istəyirəm. İstərdim ki, 
kitaba ön sözü sən yazasan”. Mən məmuniyyətlə bu təklifi qəbul 
etdim və kitaba “Kərkisiz 25 il… yaxud “Kərkinin taleyi” 
haqqında düşüncələrim” başlığı ilə ön söz yazdım. Kitab 2015-ci 
ilin yanvar ayının əvvəllərində, Kərki kəndinin işğal edildiyi gün 
ərəfəsində “Kərkinin taleyi” adı ilə nəşr olundu. Qeyd etmək 
istəyirəm ki, kitabın ön sözündə yazdığım kimi “Kərki kəndində 
baş verən hadisələrin canlı şahidi, fəal iştirakçısı, kəndin mü-
dafiəsinin təşkilatçılarından biri, həmin vaxt ömrünün 42 yaşlı 
cavanlıq çağlarını yaşayan, məktəb direktoru işləyən Vaqif 
müəllimin topladığı materiallar, yazdığı gündəliklər əsasında 25 
il sonra, 67 yaşlı müdrik insan, artıq yaşının kamillik dövrünü 
yaşayan el ağsaqqalı, püxtələşmiş tarixçi alim, tarix üzrə fəlsəfə 
doktoru, dosent Vaqif Cəfər oğlu Məmmədov tərəfindən yazılan 
və özünün məna tutumu, məzmunu, oxunaqlığı və oxucuya təsir 
gücü ilə seçilən əsər” özündə geniş oxucu kütləsinə məlum 
olmayan çoxlu faktları əks etdirir və Kərkidə baş verən hadisə-
lərlə əlaqədar bir sıra məsələlərə aydınlıq gətirir.  
Fikrimcə, Vaqif müəllim bu kitabı yazmaqla sanki ürəyini 
boşaltmaq, daim qəlbini sıxan Kərki dərdini bir az yüngülləş-
dirmək istəmişdi. Ancaq bu kövrək insan dağ boyda Kərki dər-
dinə dözə bilmədi və mən deyərdim ki, bu dərd onun ağır xəs-
təliyə dücar olmasında, dünyasını dəyişməsində öz mənfi təsirini 
göstərdi.  
Vaqif müəllim Azərbaycanın, xüsusilə Naxçıvan Muxtar 
Respublikasının ictimai-siyasi və mədəni həyatında əsasən bir 
yaradıcı insan, görkəmli şair kimi xüsusi yer tutsa da, bir alim 
kimi fəaliyyəti də çox səmərəli olmuşdur. Onun “Cəlil Məm-
mədquluzadə adına Naxçıvan Müəllimlər İnstitutunun yaran-


Yüklə 21,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə