Microsoft Word Vaqif Memmedov xatirelerde doc



Yüklə 21,11 Mb.
Pdf görüntüsü
səhifə11/86
tarix08.07.2018
ölçüsü21,11 Mb.
#54099
1   ...   7   8   9   10   11   12   13   14   ...   86

Vaqif Məmmədov xatirələrdə 
 
35
dəyərli şairi, yetkin, kamil bir Azərbaycan ziyalısını daha yaxın-
dan tanıdım, onun barəsində ilk görüşdən yaddaşımda formalaş-
mış qənaətlərin doğruluğunu dəfələrlə müşahidə etdim. Onu da 
yəqinləşdirdim ki, Vaqif müəllim təbii, kamil və bütöv şəxsiy-
yətdir, xəbis deyil, xeyirxahdır, istedadların qənimi yox, hami-
sidir, sağlam tənqidi də, səmimi tərifi də şəstlə insanın üzünə 
deyə bilir. Şəxsiyyətin bütövlüyünün, vüqar və əzəmətinin əsas 
göstəricilərindən olan bu keyfiyyətləri Vaqif müəllim ömrünün 
sonunadək qoruyub saxladı... 
Bu yerdə şairin misralarını xatırlayıram: 
 
İçində xoşbəxtlik, səadət varsa, 
Bir kiçik daxma da saray kimidir... 
 
 
Yaxşılıq ucaldar, öyər insanı, 
Pis əməl qarğıyar, söyər insanı. 
 
 Vaqif müəllim məhz yaxşılıqla ucalan, xeyirxahlıqdan güc 
alan, halallıqla qurulmuş daxmanı saray bilən böyük mənəviyyat 
adamı idi. Bütün varlığı ilə vətənə, xalqa bağlıydı,  əsərlərindəki 
yurd sevgisi, vətənpərvərlik qayəsi də ürəyinin səsi kimi üzə 
çıxaraq poetikləşir, qəlblərə yol tapırdı.  
Vaqif Məmmədov çoxşaxəli və məhsuldar yaradıcılıq yolu 
keçmişdi. Hər şeydən öncə, o, istedadlı Azərbaycan şairi idi, qələ-
mi ilə ədəbiyyatımıza layiqli xidmətlər göstərmişdi. İkincisi, 
kamil tərcüməçi idi, uğurlu tərcümələri ilə də tanınmışdı. Üçün-
cüsü, professional publisist, təcrübəli mətbuat xadimi idi. Dör-
düncüsü, səmərəli araşdırmalar aparmış alim idi, geniş mütaliəsi, 
təhlil qabiliyyəti aşkar şəkildə nəzərə çarpırdı. Beşincisi, böyük 
pedaqoji məharətə malik müəllim idi, tələbələrə nəyi və necə 
çatdırmağın metodikasını çox yaxşı bilirdi. Altıncısı, bütün bunla-
rın hamısını tamamlayan sadə, təvazökar xarakteri, yetkin mənə-
viyyatı var idi, uşaqla uşaq, gənclə gənc, böyüklə böyük idi...  
Vaqif Məmmədov ədəbiyyata təsadüfi gəlməmişdi. Daxilin-
də qaynayan yazmaq təşnəliyi, yaradıcılıq yanğısı onu sənət 
yolunun sadiq yolçusuna çevirmişdi. On illər boyu fasiləsiz 


Vaqif Məmmədov xatirələrdə 
 
36
şəkildə çoxşaxəli yaradıcılıq fəaliyyəti ilə məşğul olan Vaqif  
Məmmədovun imzası oxuculara yaxşı tanışdır, həm də təkcə 
Azərbaycan oxucularına yox. Onun qələmindən çıxmış əsərlər 
zaman-zaman respublikamızdan kənarda da nəşr olunub, ədəbi 
ictimaiyyətin diqqətini çəkib, yüksək qiymətləndirilib.  
Otuz beşdən artıq bədii, publisistik və elmi kitabın müəllifi, 
Avrasiya Yazarlar Birliyinin üzvü olan Vaqif müəllimin şeirləri 
ingilis, rus, türk, fransız, ərəb, fars, özbək və s. dillərə tərcümə 
olunaraq dünyanın müxtəlif ölkələrində də (Türkiyə, ABŞ, 
Rusiya, İran, Almaniya, Özbəkistan, İraq, Ukrayna, Bolqarıstan, 
Belarus, Yunanıstan və s.) nəşr edilib. Şair ölkəmizdə və xaricdə 
bir sıra nüfuzlu mükafat və təltiflərə də  layiq görülüb.  
 İstedadın, halal zəhmətin gücü ilə pillə-pillə ucalan şair 
regionda yaşayıb böyük ədəbiyyata layiqli xidmət göstərməyin 
mümkünlüyünü hələ ilk gənclik illərindən nümayiş etdirmişdi. 
Sədərəkdə yaşayan bir gənc şairin hələ 1983-cü ildə Özbəkistan-
da keçirilən “Daşkənd təranəsi” beynəlxalq poeziya müsabiqə-
sinin qalibi olması da bunun ilk sübutlarından biri kimi geniş 
əks-səda oyatmışdı. Sonralar İraq, İran, Türkiyə, Hollandiya, 
Pakistan və digər ölkələrdə keçirilən ədəbi-mədəni tədbirlərdə 
iştirakı, çıxışları da rəğbətlə qarşılanmışdı. Müxtəlif vaxtlarda 
Azərbaycanın, eləcə də bir sıra xarici ölkələrin nüfuzlu alimlə-
rinin, tanınmış ədiblərinin onun əsərləri haqqında mətbuatda yer 
alan dəyərli fikirləri də təsadüfi olmayıb, Vaqif müəllimin çox-
şaxəli yaradıcılığına verilən qiymətin ifadəsidir.  
Təxminən qırx illik zəngin və dəyərli sənət yolu keçən 
Vaqif Məmmədovun yaradıcılığında əsas yeri poeziya tutur. 
Müdriklik xəzinəsi olan folklorumuzun və çoxəsrlik yazılı ədə-
biyyatımızın möhtəşəm ənənələrindən daima yaradıcılıqla bəh-
rələnən Vaqif müəllim belə br zəngin ədəbi zəmin üzərində 
pərvəriş tapmış, şeirdən şeirə püxtələşərək çağdaş Azərbaycan 
ədəbiyyatında öz səsi, öz nəfəsi olan, orijinal duym və deyim 
tərzi ilə seçilən qələm sahibi kimi tanınmışdır. 
Şairin poetik axtarışları çoxşaxəli, zəngin və dolğundur. 
Heca vəzninin geniş imkanlarından məharətlə istifadə edən 


Vaqif Məmmədov xatirələrdə 
 
37
sənətkar müxtəlif janrlarda yazdığı şeirləri ilə ürəyini, zehnini 
məşğul edən duyğuları, düşüncələri ustalıqla misralara düzməyi 
bacarırdı. Başqa sözlə desək, bu şeirlərdə müraciət olunan poetik 
forma və ölçülər təsadüfi xarakter daşımır, ötəri seçim statusun-
da deyil. Vaqif müəllim mövzunun, ovqatın mahiyyətinə uyğun 
janrlardan, poetik formalardan, bədii təsvir və ifadə vasitələrin-
dən yerli-yerində istifadə edirdi. Yəni şair daima çalışırdı ki, 
qələmindən çıxmış bədii nümunələrdə məzmunla formanın üzvi 
vəhdətinə, bir-birini tamamlamasına nail olsun. Hətta onun  bir 
çox şeirlərini oxuyandan sonra düşünürsən ki, həmin poetik 
mətnin əsasında dayanan duyğu və düşüncələr başqa bir formada 
üzə çıxa bilməzdi, məhz müraciət olunan bədii biçim ən düzgün 
vasitədir. 
Vaqif müəllimin poetik istedadı onun tərcümələrində də 
özünü bariz şəkildə göstərir. Xüsusən  qardaş türk ədəbiyyatın-
dan çevirmələri bu baxımdan maraq doğurur.  
V. Məmmədov uzun illər mətbuat, nəşriyyat sahəsində 
çalışmış, zəngin təcrübə toplamışdı. Rayon qəzetində redaktor,  
ali məktəb nəşriyyatında direktor kimi səmərəli fəaliyyət göstər-
mişdi. O, eyni zamanda, müxtəlif qəzet və jurnallarda aktual 
mövzulu publisistik məqalələrlə də müntəzəm çıxış edirdi. 
“Heydər Əliyev və Sədərək rayonu” kitabını ayrıca vurğulamaq 
istərdim. Həmin kitabda dahi rəhbərin yurdumuzun bu bölgəsi-
nin inkişafı, qorunması, müdaifəsinin təşkili və s. məsələlər 
özünün müvafiq təcəssümünü tapmışdır. Sədərək döyüşləri, o 
cümlədən Sədərək şəhidləri barədəki kitabları da özünün səviy-
yəsi və əhatəsi ilə seçilir. Xarici ölkələrə səfər təəssüratlarından 
yaranmış “Arazdan keçə bildim” publisistik kitabını da xatır-
lamaq yerinə düşər.  
V. Məmmədov tarixçi alim idi, onun elmi fəaliyyətində ilk 
növbədə, erməni fitnəkarlığının tarixi faktlar əsasında ifşasına 
həsr olunmuş əsərlər diqqəti çəkir. Bununla yanaşı, o, Naxçıvan-
da təhsil tarixinin yaxşı araşdırıcılarından biri idi. V. Məmmədo-
vun elmi-bədii təfəkküründən qaynaqlanan ədəbi-tənqidi yazıları 
da maraqla qarşılanırdı. 


Yüklə 21,11 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə