30
oldu, xilaskarın oldu. Zor, zorakılıq qarşısında dayanmalı olsaq, bir
ovcunda daş, dayandığın torpaq, başın üstündə İşıq.
Düz ol, düzgün ol, xilasın ondadır. Hər hansı bir işə
başlamamışdan əvvəl düşün, o edəcəyin iş, nə ilə nəticələnər, sonu nə
ilə olar”.
Səfərə, uzağa gedən oğullarına, onların yanında gedənlərə
tövsiyyəsi var idi, “bir çimdik duz, bir çimdik torpaq, ovcunda bir qisim
su, yoğur onları birlikdə, yumurula onları birlikdə, yoluna yoldaş et
onları birlikdə, nicat olar, o yollar sənlə birlikdə.
Çətinliyə, sayğısızlığa düşsən dayan, sağ ayağını yerə, torpağa
vur, vur yerə. “O” - Bilər, torpaq bilər, deyərsən onda. Göyləri, səmaları
çağır əmin ol, eşidilər onda”.
Bu şərhlərin sonunda deyilirdi ki, “Əmin ol ki, yanlış olmaz.
Tanrıya xitablar yanlış olmaz, əmin ol ki, Tanrı yanlışları Qəbul etməz,
Əmin ol ki, Tanrı yanlış deməz, sənin də xitablarında əmin ol ki, “O”–
na yanlışlar olmaz”.
Sonrakı tarixi mərhələlərdə, Əmin sözündə “ə”- düşüb, “A”- ilə
əvəz olunub. Insanların dilində Amin olub.
Tanrı – O Tanrını tanı, özünü tanı, Tanrını necə tanıyacaqsansa,
özünü elə tanıyacaqsan. Əmin ki, Əmin.
Təndir, bütövdür, dəyişməzdir...
Dünya tufanından sonrakı mərhələlərdə, tufandan xilas olmuş o
insanlar, Ur ərazisində, Azərbaycan ərazisində, Ağrı dağ, Gəmi Qaya
ətrafında, bir daha, yenidən yaşayış yerlərini bərpa etməyə başladılar!
Yer
üzünə həyatı davam etməyə, Su tədricən çəkilməyə, Ərazi
bərpa edilməyə başladı!
Tufandan xilas olmuş, Xilas etmiş Hz. Nuh Babamız, sağ qalmış
o dövr insanları bir yerə topladı, sağ qalan əhali çox idi!
31
Belə bir qərar qəbul etdi Nuh babamız, tufana qədər, Haça dağ,
Gəmi Qaya dağlıq ərazidə, mağaralarda yığılıb saxlanılan azuqə, dənli
bitkilərin toxumları o mağaralardan axtarılsın, bir yerə toplanılsın!
O dövr insalar, həmişə, mağaralarda hər tədarük dövründən
sonra, bütün əhalinin qidalanması və yeni yaz mövsümündə, əkin
işlərinin aparılması üçün, dənli bitkilər toxumları qorunub saxlanılırdı!
O mağaraları, o dövr insanlar əziz, müqəddəs, xilaskarlıq kimi
qəbul edirdilər! Bu səbəbdən, mağaralar xilaskar, xilas edər kimi,
xarakterizə olunardı!
Mağaralardan xeyli dənli bitki toxumları tapıldı, həyat daha da,
şirin oldu!
Bərpa edilməyə başlayan yaşayış sahələri ilə yanaşı, təndirlər
bərpa edilirdi!
Təndir - həndəsi quruluş formalı olmaqla yanaşı, mə'na quruluşu
idi, o təndirlər Günəş, isti simvolikası olmaqla yanaşı, dəyişməz, sabit
isti yayan anlayışını, daşıyırdı!
Təndir düzəldilməsinə mütləq olaraq gildən istifadə edilirdi!
Simvolik olaraq, keçi tükündən (qa - zil) az miqdarda yoğrulan gilə
əlavə edilirdi.
Bu keçi simvolu, Qa (işıq), yerdə həyatın Qoç bürcündən
başlaması İşıq, isti mə`nasını daşıyırdı!
Təndir üçün yoğurulan gilə, mütləq (nisbət hesabı ilə), Duz
dağından gətirilən, duz miqdarı əlavə edilirdi!
Duz ümumi halda, temperatur hədlərini bərabər böldüyündən,
təndir üçün istifadə də, təndir daxilində, temperatur həddinin bərabər
bölünməsinə sabitliyi, başqa köməkçi vasitə tələb olunmadan həyata
keçirmək mə'nası daşıyırdı!
Təndirə (dairəvi) yapılacaq lavaş, səhər vaxtı başlanılardı, onun
başlanma vaxtı, Günəşin Şərqlə, Cənub arasında tən bölən nöqtəsində
(indiki vaxtla saat 11), başlanılardı.
Təndirə lavaş yapan xanımın üzü, Günəşə doğru olardı, əgər
lavaş yapma müddəti artsaydı Günəş zenit nöqtəsinə çatanda, lavaş
32
yapan xanım, təndir dairəsi ətrafında yerini dəyişib, Zenit nöqtəsi
səmtini tutardı. Mə'na o olardı ki, təndir dairəsi, Günəş dairəsi ilə, tən
bölən olsun!
Çörək müqəddəs sayılırdı ona görə ki, isti, İşıqla hasilə gələr, bir
mə'nası da, o idi ki, onun tərkibində duz, bərabərlikləri böləndir!
Çünki çörək, heç vaxt sabitliyini dəyişməz, qış vaxtı
qidalananda vücudu üşütməz, yay vaxtı vücudda istilik həddini
artırmaz!
Sabit olar, bərabərliyi təndir kimi, bərabərliyə bölər!
Bir mühüm məsələlərdən biri də, "mağara insanları"-adıdır!
Tarixi keçidlərdə, tarixçilər tərəfindən bu bir termin kimi ortaya atıldı.
Burada məqsəd, ilk insanı bir vəhşi, adamyeyən kimi xarakterizə
etdilər.
Amma həqiqəti təhrif etməyə başqa bir üslub düşünə bilmədilər.
Mağaraları çox diqqətli, çox təmiz, səhmanlı saxlanılardı.
Maraqlı cəhət ondadır ki, bütün səmavi kitablarda bütün
Peyğəmbərlər vəhyləri mağarada aldıqları qeyd olunduğu, yə'ni ki, o
vəhylər təmiz, pak, səhmanlı, ardıcıllığı pozulmayan anlamı daşıyıb!
Tufan ərəfəsindən sonrakı mərhələlərdə, Azərbaycan ərasisində
məskunlaşan o insanlar arasında və yaddaşlarda çox mühüm yer tutan
anlayışlardan biri, “Qa”, “Qu”- anlayışı idi. Bu anlayış çox mühüm bir
anlayış hesab edilirdi. Yə`ni ki, Qa - İşıq başlanğıcı olmasa, Qu - qida
da olmayacaqdır. Bütün inşa edilən mə`bədlər “İşıq məbədləri”,
adlandırılırdı.
Çünki bütün başlanğıclar İşıqdan, o İşığın təmsilçisi isə, Günəş
hesab olunurdu. O da, mə`lum idi ki, Günəş ətrafında hərəkətdə olan
bütün Planetlər Günəşə möhtac olaraq hərəkətdədirlər. Yə`ni ki, bütün
planetlərə Günəş işığı düşməsə o planetlərin gecə vaxtı yerləri də,
na`məlum olacaq və görünməyəcəkdir. O planetlərin hər biri yaradıcı
İşığa sahib yox, özləri Günəş işığına möhtacdırlar. Günəş və günəş
mə`bədləri inşaları indiki Peru ərazisinədək, bütün Avropa ərazisində
Dostları ilə paylaş: |