212
İğtişaşlar zamanı dağıdıcılıq fəaliyyətinin əsas hissəsi də elə bu
qrupun üzərinə düşür. Təhrikçilər və qızışdırıcılar
vasitəsilə bu
qrup tez bir zamanda arta – mütəşəkkil dağıdıcı bir dəstəyə çevri-
lə bilər. Dəstənin xüsusi fəallığı ilə seçilən hissəsi,
əsasən fiziki
cəhətdən sağlam yeniyetmələrdən, gənclərdən, kriminogen ünsür-
lərdən və s. təşkil edilir.
Üçüncü qrupun
tərkibi isə kütlənin ən böyük hissəsini (təxm.
70%) təşkil edən “maraqlananlardan” – hadisələrin axarını, gedi-
şinin nəticəsini izləyən insanlardan ibarətdir.
Təbii ki, onlar iğtişaşlar zamanı passiv mövqedə olur, yəni da-
ğıdıcı fəaliyyət göstərmirlər və gördükdə ki,
konflikt düzgün,
ədalətli həll olunur və ya hakimiyyət orqanları tərəfindən qətiy-
yətli, qanunazidd olmayan addımlar atılır, onların hadisələrə “ma-
rağı” itir və hadisə yerini könüllü olaraq tərk edirlər. Digər tərəf-
dən, əgər iğtişaşlar zamanı kütlənin bu çoxluq təşkil edən hissəsi,
hakimiyyət orqanlarının qətiyyətsizliyini, iradəsizliyini, bəzi hal-
larda isə qorxaqlığını və ya həddindən artıq amansızlığını hiss et-
dikdə, habelə təhrikedicilərin təbliğatına uyaraq, onların təsiri al-
tına düşdükdə, onların da iğtişaşların fəal iştirakçılarına çevrilmə-
si ehtimalı böyük ola bilər.
Kütləvi iğtişaşlar təsadüfi olmur, yəni heçdən və ya digər föv-
qəladə
hadisələrdən fərqli olaraq, kütləvi iğtişaşlar birdən-birə ya-
ranmır. Kütləvi iğtişaşların baş verməsi üçün müəyyən şərtlər, za-
man
və məkan amili, şərait və s. yetişməlidir.
Dostları ilə paylaş: