217
§ 3. Kütl
ə
vi i
ğ
ti
ş
a
ş
lar
ı
n l
əğ
v edilm
ə
si üzr
ə
D
İ
O-nun
h
ə
yata keçirdiyi xüsusi t
ə
dbirl
ə
r
İctimai asayişin qrup şəklində pozulması, kütləvi iğtişaşların
qarşısının alınması ilə bağlı ümumi xəbərdarlıq etmə və digər
profilaktiki tədbirlər nəticə vermədikdə, DİO onların ləğv edilmə-
si üzrə xüsusi tədbirlər – xüsusi əməliyyatlar təşkil edir və həyata
keçirirlər.
Kütləvi iğtişaşların ləğv edilməsində
müvəffəqiyyətə nail ol-
ma, əhəmiyyətli dərəcədə DİN-in orqan və qoşunlarının düzgün,
çevik və əlaqəli fəaliyyətlərindən asılıdır. Bu fəaliyyət qabaqca-
dan planlaşdırılmalı, təşkil edilməli, qüvvə və vasitələr birgə xü-
susi hazırlıq (məşq və təlimlər) keçməli və daima döyüş hazırlığı-
nı yüksəltməlidirlər. Bunların hamısı birlikdə qarşıda həyata keçi-
riləcəyi proqnozlaşdırılan xüsusi əməliyyatların ilkin hazırlıq təd-
birləri sayılır. Bu işin təşkili və ona rəhbərliyi DİN-in (Naxçıvan
MR DİN) BPİ, ŞRPO-da yaradılan əməliyyat qərargahları və on-
ların rəhbərləri həyata keçirirlər.
Əməliyyat qərargahları – xüsusi əməliyyat planlarının hazır-
lanması və dəqiqləşdirilməsi, əməliyyat barədə məlumatların top-
lanması, ümumiləşdirilməsi və təhlili, cəlb edilən qüvvə və vasi-
tələrin səmərəli istifadə olunması haqqında təkliflərin və qərarla-
rın hazırlanması, əməliyyat xəritələrinin (sxemlərin)
tərtib edil-
məsi, kütləvi tədbir və xüsusi əməliyyat zamanı ictimai asayişin
təmin edilməsi ilə əlaqədar şəxsi heyətlə təlimlərin keçirilməsi,
xüsusi tədbirlər (əməliyyat) zamanı
qüvvə və vasitələrin idarə
edilməsi, əlaqəli orqan, nazirlik və təşkilatlarla qarşılıqlı əlaqələ-
rin yaradılması kimi vəzifələri yerinə yetirirlər.
Əməliyyat qərargahının rəhbəri ehtimal edilən fövqəladə hadi-
sələr zamanı DİO-nun fəaliyyəti barədə qərar qəbul edir.
Qərarda iğtişaşların baş verməsi ehtimal olunan rayonlar (əra-
zi, yer), zəruri olan qüvvə və vasitələr, onların tərkibi, tapşırıqları,
əməliyyat keçiriləcək rayonlarda (ərazidə) hərəkət marşrutları,
marşrutların təhlükəsizliyinin təmin edilməsi, şəxsi heyətin hazır-
laşdırılması barədə tapşırıqlar, əməliyyatda iştirak edəcək qüvvə-
218
lər arasında qarşılıqlı
əlaqənin, rabitə və idarəetmənin təşkili öz
əksini tapmalıdır.
Qəbul edilmiş qərar əsasında geniş fəaliyyət planı
tərtib olu-
nur. Plan tərtib edilərkən, yerli şərait nəzərə alınmalı, konkret və
real hazırlanmalıdır.
Kütləvi iğtişaşların ləğv edilməsi üzrə xüsusi əməliyyatlara
DİN-in orqan, müəssisə və qoşunlarının
qüvvə və vasitələrinin
daha səmərəli hazırlığı, yerləşdirilməsi və istifadə olunması məq-
sədilə DİO-nun zonalar üzrə bölgüsü aparılır (hazırda respublika-
mızın şəhər və rayonlarını təmin edən polis orqanları 9 zonaya
bölünmüşdür.
Xüsusi əməliyyatın keçirilməsi zamanı ərazi DİO-nun
bütün
şəxsi heyəti əməliyyata cəlb olunur. DİN-dən daxil olmuş göstə-
riş əsasında zonaya daxil olan digər DİO-nun şəxsi heyətinin
40%-i
bir saatdan gec olmayaraq, tam təchiz olunmuş halda
(mövsümə uyğun)– ekipirovkalanaraq, tədbir keçirilən rayona yo-
la düşməlidir.
İctimai asayişin qrup halında pozulmasının və ya kütləvi iğti-
şaşların, çevik və operativ şəkildə qarşısının alınması (ləğv edil-
məsi) məqsədilə ŞRXPO-da xüsusi dəstə yaradılır.
Dostları ilə paylaş: