|
![](/i/favi32.png) Microsoft Word Vuqar ders vesaiti 2017386 in.fealxh ders vesaiti§ 2. Ail
ə
m
ə
i
şə
t z
ə
minind
ə
tör
ə
dil
ə
n cinay
ə
tl
ə
rin
x
ə
b
ə
rdar edilm
ə
si i
ş
inin t
əş
kili
Ailə-məişət münasibətləri zəminində mütəmadi olaraq qanun
pozuntusuna yol verdiklərinə görə inzibati və cinayət məsuliyyə-
tinə cəlb edilmiş şəxslərlə məqsədyönlü profilaktiki işlər aparıl-
malıdır. Bu sahədə polis sahə inspektorlarının fəaliyyəti xüsusi
önəm kəsb edir.
Sahə inspektoru tərəfindən münaqişəli ailələr müəyyən edilə-
rək profilaktiki tədbirlərin həyata keçirilməsi üçün sistemli iş apa-
rılır. Azərbaycan Respublikası DİN-in 07 dekabr 2004-cü il tarix-
li “Daxili işlər orqanlarında təhqiqat, cinayət-axtarış, ictimai tə-
hükəsizlik strukturlarının fəaliyyətinin təşkili üzrə əlavə tədbirlər
haqqında” 494 nömrəli əmrinin tələblərinə əsasən ailə-məişət mü-
naqişəsi zəminində yaranmış münasibətlərlə bağlı məlumatlar sa-
hə inspektorlarına həvalə edilir.
Aparılan profilaktiki tədbirlərin effektivliyinin artırılması
məqsədi ilə bu kateqoriyaya aid olan şəxslər barədə aşağıdakı
məlumatlar əldə edilməlidir:
1. Münaqişə tərəflərinin sosial-demoqrafik xüsusiyyətləri (ya-
şı, təhsili, ailə vəziyyəti, məşğuliyyəti, maddi vəziyyəti).
2. Mənəvi xüsusiyyətləri (baxışları, maraqları, dünya-görüşü
və s.).
|
|
|