79
VII Fəsil.
POLİSİN NƏZARƏTİ ALTINA VERMƏ VƏ EV
DUSTAQLIĞI QƏTİMKAN TƏDBİRLƏRİNİN TƏTBİQ
EDİLMƏSİ SAHƏSİNDƏ POLİS ORQANLARININ
İŞİNİN TƏŞKİLİ
§ 1. Polisin n
ə
zar
ə
ti alt
ı
na verm
ə
v
ə
ev dustaql
ı
ğ
ı
q
ə
timkan
t
ə
dbirinin anlay
ı
ş
ı
v
ə
hüquqi
ə
saslar
ı
Polisin nəzarəti altına verilmiş və ev dustaqlığı qətimkan təd-
biri seçilmiş şəxslər üzərində nəzarət, onların davranışlarına mü-
şahidə etmək, onlar tərəfindən törədilə biləcək cinayətləri xəbər-
dar etmək və onlara lazımi tərbiyəvi təsir
etmək üçün həyata keçi-
rilir. Polisin nəzarəti altına vermə və ev dustaqlığı qətimkan təd-
birləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin
163, 169-cu maddələrinə və «Polisin nəzarəti altına vermə və ev
dustaqlığı qətimkan tədbirlərinin tətbiq edilməsi qaydaları haq-
qında» Təlimata uyğun tətbiq edilir.
Nəzarət altında olanlar tərəfindən törədilə biləcək cinayətlərin
xəbərdar edilməsi məqsədilə, onlar üçün müvafiq davranış qayda-
ları müəyyən edilmişdir. Onların həyat tərzində, ailə vəziyyətin-
dən, iş yerindən və nəzarət altında olanların şəxsiyyətini xarakte-
rizə edən digər hallardan asılı olmayaraq təlimatda nəzərdə tutul-
muş nəzarət qaydalarına əməl edilməlidir.
Polisin nəzarəti altına verilmiş və ev dustaqlığı qətimkan təd-
biri seçilmiş şəxslər tərəfindən məhdudiyyətlərə və qaydalara cid-
di əməl etmələri məcburidir. Bu qaydaları pozmağa görə onların
hərəkətləri polis əməkdvaşı tərəfindən sənədləşdirilir və təxirə sa-
lınmadan polis orqanının rəisinə məruzə olunur. Göstərilən mate-
riallar əsasında polis orqanının rəisi tərəfindən dərhal təqdimat
hazırlanıb cinayət prosesini həyata keçirən orqana göndərir. Nə-
zarəti müvəffəqiyyətlə həyata keçirmək üçün polis əməkdaşlarına
nəzarət altında olanların davranışlarına nəzarət etmək, onlarla tər-
biyəvi işlər aparmaq, onların məişət
problelmləri barədə cinayət
prosesini həyata keçirən orqan qarşısında məsələ qaldırmaq, yaşa-
80
yış yeri üzrə yoxlamaların və polis orqanına qeydiyyata gəlmənin
sayı, vaxtı zəruri hallarda artırıla (azaldıla) bilər.
Nəzarət cinayət prosesini həyata keçirən və məhkəmə orqanla-
rı tərəfindən çıxarılmış qərar əsasında aşağıdakı şəxslərə tətbiq
edilir:
– Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş şüb-
həli və ya təqsirləndirilən şəxslərə qarşı.
– Ev dustaqlığı qətimkan tədbiri tətbiq edilən təqsirləndirilən
şəxslərə qarşı.
Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq poli-
sin nəzarəti altına vermə qətimkan tədbiri şübhəli və ya təqsirlən-
dirilən şəxsin müvafiq yaşayış məntəqəsi hüdudlarında daimi və
ya müvəqqəti olduğu yer üzrə polis orqanları
tərəfindən həyata
keçirilir. Nəzarət həyata keçirilən zaman həmin şəxsin əməlinin
ağırlığı, xarakteri, şəxsiyyəti, yaşı və səhhəti, məşğuliyyəti, mad-
di, sosial və ailə vəziyyəti, məhkumluğunun olub-olmaması və s.
nəzərə alınaraq, polis orqanında qeydiyyatdan keçməsinə dair
cədvəl hazırlanıb, polis orqanının rəisinə təqdim edilir. Yaşayış
yeri üzrə yoxlamaların və polis orqanına qeydiyyata gəlmənin sa-
yı, vaxtı, cinayət prosesini həyata keçirən
orqandan daxil olmuş
əlavə məlumatlar, şəxsin davranışı, həyat tərzi,
cinayət əlaqələri
və yeni cinayət törətməyə meyilli olması nəzərə alınmaqla, zəruri
hallarda artırıla (azaldıla) bilər.
Ev dustaqlığı qətimkan tədbirinin tətbiq edilməsi barədə məh-
kəmə qərarının icrası təqsirləndirilən şəxsin faktiki yaşayış yeri
üzrə polis orqanı tərəfindən həyata keçirilir. Ev dustaqlığı qətim-
kan tədbirinin tətbiqi zamanı polis əməkdaşları, yalnız məhkəmə-
nin qərarında nəzərdə tutulan təqsirləndirilən şəxsin və ya onun
yaşayış yerinin müşahidə altına alınmasını, habelə evinin, mənzi-
linin və ya yaşaış üçün ona ayrılmış başqa yerin mühafizə edilmə-
sini, yaxud digər hüquqi məhdudiyyətlərə riayət olunmasına nə-
zarəti həyata keçirirlər.
Dostları ilə paylaş: