Microsoft Word X. Tahire dissertasiya doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə9/26
tarix26.09.2017
ölçüsü0,63 Mb.
#1818
1   ...   5   6   7   8   9   10   11   12   ...   26

 

26

sonlarında)  müxtəlif  məsələlərin  həlli  prosesini  araşdırmış  Nyuell,  Saymon  və 



Ş

ounun  işləri  ilə  əlaqələndirirlər.  Onların  işlərinin  nəticəsi  teoremlərin  sübut 

olunması  üçün  nəzərdə  tutulmuş  “Logic  –  theoretic”  və  “məsələlərin  ümumi 

həlledicisi”  oldu.  Görülən  bu  işlər  süni  intellekt  sahəsində  müxtəlif  evristik 

metodların tətbiqi əsasında məsələləri həll edən proqramların işlənməsi ilə əlaqədar 

olan tədqiqatlarım birinci mərhələsinin başlanğıcını qoydu. Məsələ həllinin evristik 

metoduna “insan düşüncəsinə xas” şəkildə məsələlərin həlli yollarının fərziyyələrin 

meydana  çıxması  və  onların  ardıcıl  yoxlanması  ilə  tapılması  xarakterikdir.  Bu 

dövrdə  ona  qarşı  elektron  hesablama  maşınlarında  (  EHM  )  istifadə  olunan, 

determinləşdirilmiş şəkildə düzgün cavaba aparan addımların verilmiş ardıcıllıqla 

mexaniki həyata keçirilməsi kimi şərh edilən alqoritmik metod qoyulurdu. Məsələ 

həllinin evristik metodunun insan fəaliyyətinin  bənzəri kimi  təqdim edilməsi süni 

intellekt  termininin  yaranmasını  və  geniş  yayılmasını  şərtləndirdi.  Nyuell  və 

Saymon  yaratdıqları proqramın insan düşüncəsinin  modeli olduğunu  sübut  etmək 

üçün  teoremlərin  proqram  şəklində  olan  isbatı  ilə  “ucadan  düşünən”  insanın 

yazılmış  səsini  müqayisə  edirdilər.  Ötən  əsrin  70  –  ci  illərin  əvvəllərində  onlar 

oxşar məzmunlu çoxlu məlumatlar dərc etdirir və düşüncə modelinin qurulmasının 

ümumi metodunu təklif edirlər. Təxminən eyni vaxta Stenford Universitetində və 

Stenford  tədqiqatlar  nstitutunda  süni  intellekt  sahəsində  tədqiqat  qrupları 

formalaşmağa  başlayır.  Nyuell  və  Saymonun  əvvəlki  işlərinin  əksinə  olaraq,  bu 

tədqiqatlar  daha  çox  formal  riyazi  təsəvvürlərə  aid  idi.  Bu  araşdırmalarda 

məsələlərin  həlli  üsulları  riyazi  və  simvolik  məntiqin  genişləndirilməsi  əsasında 

inkişaf  etdirilirdi.  nsan  düşüncəsinin  modelləşdirilməsinə  isə,  ikinci  dərəcəli 

ə

həmiyyət  verilirdi.  Süni  intellekt  sahəsindəki  gələcək  tədqiqatlara  Robinsonun 



teoremin predikatlar məntiqində sübutuna əsasalanan əmrlər metodu təsir göstərdi. 

Bununla  yanaşı  süni  intellekt  termininin  mahiyyəti  əhəmiyyətli  dəyişikliklərə 

uğradı.  “ nsani  məsələni”  həll  edə  biləcək  proqramların  işlənməsi  bu  istiqamətdə 

aparılan  araşdırmaların  məqsədinə  çevrildi.  Bələ  ki,  düşüncənin  universal 

alqoritminin  axtarışının  yerinə  mütəxəssis  –  ekspertlərin  konkret  biliklərinin 

modelləşdirilıəsi ideyası meydana gəldi. Araşdırmaların birinci mərhələsində süni 




 

27

intellekt  metodlarının  inkişafı  üçün  tədqiqat  poliqonu  hər  cür  oyunlar, 



başsındırmalar, riyazi məsələlər idi. Belə məsələlərin seçilməsi onların sadəliyi və 

problem mühitinin (məsələlərin həll olunduğu mühitin) aydınlığı, nisbətən daha az 

yer  tutması,  kifayət  qədər  asan  yığılması  ilə  şərtlənir.  Bu  qəbildən  olan 

tədqiqatlarda əhəmiyyətli inkişafa ötən əsrin 60 – cı illərin sonlarında nail olundu. 

Bundan  sonra  işlənmiş  metodların  artıq  süni  deyil,  real  problem  mühitində  həll 

olunan  məsələlərdə  tətbiqi  üçün  ilk  cəhdlər  göstərilməyə  başlandı.  Süni  intellekt 

sisteminin  real  həyata  tətbiqindən  əvvəl  bu  sahədə  araşdırmaların  aparılmasının 

vacibliyi  qarşıya  inteqral  robotların  yaradılması  məsələsinin  qoyulmasına  gətirdi. 

Bu  sahədə  işlərinhəyata  keçirilməsinin  süni  intellekt  üzrə  tədqiqatların  ikinci 

mərhələsi  hesab  etmək  olar.  Stenford  universitetində,  Stenford  tədqiqatlar 

institutunda  və  bəzi  başqa  yerlərdə  bu  istiqamətdə  laboratoriya  şəraitində 

eksperiment  xarakteri  daşıyan  işlər  görülürdü.  Bu  eksperimentlərin  həyata 

keçirilməsi fəaliyyət mühiti haqqında biliklərin təqdim olunması problemi və eyni 

zamanda  gördüyünü  qavrama,  dinamik  mühitdə  mürəkkəb  davranış  planının 

qurulması,  robotlarla  təbii  dildə  ünsiyyət  probleminin  kifayət  tədqiq  olunmaması 

kimi  əsas  məsələlərin  həllinin  vacibliyini  göstərdi.  Bu  problemlər  süni  intellekt 

sistemlərinin  tədqiqinin  üçüncü  mərhələsinin  başlanması  ilə  əlaqədar  olaraq  ötən 

ə

srin  70  –  ci  illərin  ortalarında  tədqiqatçıların  qarşısında  daha  aydın  çəkildə 



qoyulurdu.  Burada  əsas  xarakterik  xüsusiyyət  tədqiqatçıların  diqqət  mərkəzinin 

real  mühitdə  qarşısında  qoyulan  məsələni  müstəqil  həll  edən,  avtonom  fəaliyyət 

göstərən  sistemlərin  və  insan  intellekti  ilə  hesablama  maşınlarının  imkanlarını 

ümumi  məqsədə  –  inteqral  insan  –  maşın  sisteminin  qarşısında  duran  məsələnin 

həllinə  nail  olmaq  üçün  vahid  bir  tamda  birləşdirən  insan  –  maşın  sistemlərinin 

yaradılması  məsələsinə  qarışıq  şəkildə  yanaşılmasına  yönəldilməsidir.  Bu  cür 

qarışıq yanaşma iki səbəblə şərtlənir: 

          Həmin  zamana  qədər  aydınlaşmışdı  ki,  inteqral  robotun  real  vaxtda  

fəaliyyəti zamanı onu qarşısında meydana çıxan və hətta, ilk baxışda sadə görünən 

məsələlər  belə,  məqsədli  şəkildə  yaradılmış  problem  mühitinin  eksperimental 

tapşırıqlarının işlənməsi üçün istifadə olunan həll metodları ilə həll oluna bilməz. 



 

28

 



Aydın oldu ki, insanların və elektron hesablama maşınlarının ( EHM ) 

bir  –  birini tamamlayan  imkanlarının  ahəngdar  şəkildə birləşdirilməsi  nəticəsində 

qarşıya çıxan çətinliklərin EHM – lər üçün hələ ki, mümkün olmayan funksiyaların 

insan  tərəfindən  yerinə  yetirilməsilə  aradan  qaldırılması  mümkündür.  Artıq  ön 

plana məsələlərin maşən həllinin ayrı metodlarının işlənməsi deyil, insana operativ 

dəyişiklik etmək imkanı verməklə, məsələnin bütün həlli prosesi boyunca insanla 

hesablayıcı sistemin qarşılıqlı əlaqəsini təmin edən metodların işlənməsi çəkilirdi.  

Ümumiyyətlə,  süni  intellekt  sahəsində  aparılan  tədqiqatların  əsas  iki 

istiqamətini göstərmək olar: 

  proqram – proqmatik istiqamət; 

  bionik istiqamət. 

Proqram  –  proqmatik  istiqamət  “düşünən”  qurğunun  necə  aurulmasından 

asılı  olmayaraq,  onu  insan  beyni  kimi  verilmiş  bilik  təsirlərinə  reaksiya  vermək 

qabiliyyətini  əsas  götürməklə,  həlli  əvvəllər  təmamilə  insan  qabiliyyəti  dairəsinə 

aid  edilən  ıəsələlərin  həll  edilməsi  üçün  proaram  vasitələrinin  yaradılması  ilə 

məşğul olur. Buraya surətlərin dərk edilməsi və oyun proqramları, məntiqi, axtarış, 

təsnifat  və  s.  məsələlərin  həlli  proqramları  aid  edilir.  Bu  istiqamət  əsasən 

intellektual  məsələlərin  kompüterlərin  mövcud  modelləri  bazasında  həlli 

alqoritmlərinin axtarılıb – tapılmasına istinad edir.  

Bionik istiqamət  elə struktur və proseslərin süni yaradılması problemləri ilə 

məşğul  olur  ki,  onlar  canlı  insan  beyni  üçün  xarakterikdir  və  insan  tərəfindən 

məsələlərinhəlli  prosesinin  əsasında  durur.  Süni  intellekt  probleminə  bionik 

yanaşma çərçivəsində yeni elm sahəsi olan neyroinformatika formalaşır. Onun da 

praktiki nəticəsi neyrokmpüterlərin yaradılması hesab edilir. 

Bütövlükdə,  süni  intellekt  sistemləri  böyük  və  son  dərəcə  vacib  sinfə  aid 

olan  məsələlərin  həllinə  istiqamətlənir.  Həmin  məsələlər  formalizə  edilməsi 

mümkün  olmayan  (  çətin  formalizə  edilən  )  məsələlərdən  ibarət  olmaqla, 

özünəməxsus bir və ya bir neçə spesifik xüsusiyyətlərə malik olurlar: 

  məsələnin  həll  alqoritmi  məlum  deyil  (  lakin  bu  mümkündür  )  vəya 

EHM resurslarının məhdudluğuna görə istifadə edilə bilmir; 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə