Microsoft Word X. Tahire dissertasiya doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə11/26
tarix26.09.2017
ölçüsü0,63 Mb.
#1818
1   ...   7   8   9   10   11   12   13   14   ...   26

 

32

1. Formal  



2. Qeyri – formal 

Ə

sasında ciddi riyazi nəzəriyyənin durduğu formal modellərdən fərqli olaraq 



qeyri  –  formal  modellər  belə  nəzəriyyəyə  əsaslanmırlar.  Hər  bir  qeyri  –  formal  

model konkret predmet oblastı üçün nəzərdə tutulduğundan formal modellərə xas 

olan universallığa malik deyil. Süni intellekt sistemlərində əsas əməliyyat sayılan 

məntiqi nəticə formal sistemlərdə sərt aksiomatik qaydalara tabe olduğu üçün ciddi 

və dəqiqdir. Qeyri – formal sistemlərdə isə, nəticə daha çox onun dəqiqliyinə görə 

cavab verən tədqiqatçının özü tərəfindən müəyyənləşdirilir.  

Biliklərin  təqdim  olunmasının  hər  bir  metoduna  biliklərin  təsvirinin 

müəyyən üsulu xasdır: 

1. Məntiqi model. Bu modelin əsasında formal sistem durur və  

M = {T, R, A, V} şəklində verilir.  

T  müxtəlif  təbiətli  baza  elementləri  (  məsələn,  məhdud  söz  lüğəti,  uşaqlar 

üçün kostruktor ( hər hansı tikilini yaratmaq üçün uşaq oyuncağı ) ) çoxluğudur. T 

çoxluğu üçün bu və ya digər sərbəst elementin bu çoxluğa aid olub – olmadığını 

müəyyənləşdirə  bilən  hər  hansı  üsulun  olması  vacibdir.  Belə  yoxlama  üçün 

istənilən  üsul  seçilə  bilər,  lakin  o,  müəyyən  sayda  sonlu  addımlardan  sonra  x 

elementinin  T  çoxluğuna  aidliyi  ilə  bağlı  suala  mənfi  və  ya  müsbət  bir  cavab 

verməlidir. Bu üsulu P(T) ilə işarə edək. 

R  sintaktik  qaydalar  çoxluğudur.  Onların  köməyi  ilə  T  elementlərindən 

sintaktik  doğru  məcmular  yaradırlar.  Məsələn,  məhdud  lüğətin  sözlərindən 

sintaktik  ifadələr  düzəldilir,  uşaq  konstruktorunun  detallarından  yeni 

konstruksiyalar  qurulur.  P(R)  üsulunun  vasitəsilə  müəyyən  sayda  sonlu 

addımlardan  sonra  X  məcmusunun  sintaktik  cəhətdən  doğru  olub  –  olmaması 

sualına cavab tapılır. Sintaktik cəhətdən doğru olan məcmular çoxluğundan      A 

çoxluğu  ayrılır.  Bu  çoxluğun  elementləri  aksiom  adlanır.  Formal  sistemi  təşkil 

edən  başqa  çoxluqlar  üçün  olduğu kimi,  A  çoxluğu üçün  də  istənilən  məcmunun 

bura aid edilə bilməsi sualına cavab verən P(A) üsulu olmalıdır. 




 

33

V nəticə alma qaydaları çoxluğudur. Onları A elementlərinə tətbiq etməklə 



yeni, sintaktik cəhətdən doğru məcmuları əldə etmək mümkündür ki, bunlara da V 

çoxluğunun    qaydalarını  yenidən  tətbiq  etmək  olar.  Bu  yolla  verilmiş  formal 

sistemin  yekun  (nəticə)  məcmular  çoxluğu  formalaşır.  Əgər  istənilən  sintaktik 

cəhətdən doğru məcmuların yekun (nəticə) olub – olmamasını müəyyənləşdirməyə 

qadir  olan  hər  hansı  P(V)  üsulu  vardırsa,  onda  müvafiq  formal  sistem  həlledilən 

adlanır.  Bu  da  onu  göstərir  ki,  məhz  nəticə  alma  qaydaları  formal  sistemin  daha 

mürəkkəb  tərkib  hissəsidir.  Biliklər  bazasına    kənardan  daxil  edilmiş  bütün 

informasiya  vahidləri  A  çoxluğunu  əmələ  gətirir,  nəticə  alma  qaydalarının 

köməyilə  isə,  onlardan  yeni  biliklər  “istehsal  olunur”.  Başqa  sözlərlə,  formal 

sistem verilmiş biliklər sistemində yekunlar  (  nəticələr ) çoxluğunu əmələ gətirən 

yeni bilikləri yaradan generator kimi çıxış edir. Məntiqi modellərin bu xüsusiyyəti 

onları  biliklər  bazasında  istifadə  üçün  cəlbedici  edir.  O,  bazada    yalnız  A 

çoxluğunu yaradan biliklərin saxlanmasına icazə verir, digər biliklər isə, onlardan 

nəticə alma qaydalarına əsasən alınır. 

2. Şəbəkə modeli. 

Şə

bəkə  modelini  formal  olaraq  H  =  {I,  C



1

,  C


2

,...,C


n

,  Q  }  şəklində  vermək 

olar.  Burada : 

I – informasiya  vahidlərinin məcmusudur;  

C

1

, C



2

,...,C


–informasiya   vahidləri arasında əlaqə növləri çoxluğudur. 

Q – I çoxluğuna daxil olan informasiya  vahidləri arasındakı ( əlaqə növləri 

çoxluğuna aid ) əlaqələri əks etdirir.  

Modeldə  istifadə  olunan  əlaqə  növlərindən  asılı  olaraq,  təsnifləşdirici 

şə

bəkələri,  funksional  şəbəkələri  və  ssenariləri  bir  –  birindən  fərqləndirilər. 



Təsnifləşdirici  şəbəkələrdə  strukturlaşdırma  əlaqələrindən  istifadə  olunur.  Belə 

şə

bəkələr  biliklər  bazasına  daxil  olan  informasiya  vahidləri  arasında  müxtəlif 



ierarxik  münasibətləri  yaratmağa  imkan  verir.  Funksional  şəbəkələr  funksional  

münasibətlərin  mövcudluğu  ilə  xarakterizə  olunur.  Onları  çox  zaman  hesablayıcı 

modellər  də  adlandırırlar.  Belə  ki,  onlar  bir  qrup  informasiya  vahidlərinin 

hesablanması üsulunu digərləri vasitəsilə təsvir edirlər.  




 

34

Predmet  oblastının  tipik  vəziyyətini  (situasiyasını)  müəyyən  edən  qarşılıqlı 



ə

laqəli  faktların  standart  ardıcıllığının  formalizə  edilmiş  təsviri  ssenari  adlanır. 

Ssenarilərdə  səbəbiyyət,  eləcə  də,  “üsul  –  nəticə”,  “alət  –  fəaliyyət”    və  s. 

ə

laqələrindən  istifadə  olunur.  Əgər  şəbəkə  modelində  müxtəlif  növ  əlaqələrə  yol 



verilirsə, onu semantik şəbəkə adlandırırlar. 

3. Məhsul modeli.  

Bu  növ  modellərdə  məntiqi  və  şəbəkə  modellərinin  bəzi  elementlərindən 

istifadə  olunur.  Məntiqi  modellərdən  burada  “məhsul”  adlandırılan  nəticə  alma 

qaydaları,  şəbəkə  modellərdən  isə,  biliklərin  semantik  şəbəkə  şəklində  təsviri 

ideyası  mənimsənilmişdir.  Şəbəkə  təsvirinin  fraqmentlərinə  nəticə  alma 

qaydalarının  tətbiqi  nəticəsində  fraqmentlərin  dəyişməsi  hesabına  semantik 

şə

bəkənin  (genişlənmə  və  lazımsız  fraqmentlərin  kənarlaşdırılması  şəklində)  



transformasiyası  baş  verir.  Məntiqi  modellər  üçün  xarakterik  olan  məntiqi 

nəticənin  əvəzində  məhsul  modellərində  “biliklər  əsasında  nəticələr”  meydana 

çıxır.  Məhsul  modelindən  istifadə  zamanı    ümumi  halda,  hər  hansı  bir  cümlə 

(təklif)  nümunə  kimi  qəbul  edilir  və  ona  uyğun  olaraq  biliklər  bazasında  axtarış 

aparılır.  Burada  informasiyanın  işlənməsi  iki  üsulla  aparıla  bilər.  Birinci  üsulu 

“məlumatlardan  məqsədə”  strategiyası da  adlandırmaq  olar.  Bu  zaman  məsələnin 

həlli  ilkin  vəziyyətdən  məqsədə  doğru  istiqamətlənir.  kinci  üsul  “generasiya” 

üsulu  adlanır.  Bu  fərziyyənin  irəli  sürülməsi  və  onun  yoxlanması  (    məqsəddən 

məlumatlara  strategiyası  )  ilə  həyata  keçirilir.  Hər    bir  məhsul  qaydası  biliklərin 

sərbəst elementidir. Ayrı – ayrı məhsul qaydaları yalnız işlədilən məlumatlar axını 

vasitəsilə bir – biri  ilə əlaqələndirilir.  

4. Freym modeli. 

Freym  dedikdə,  mücərrəd  surət  (obraz)  və  şərait  (situasiya)  başa  düşülür. 

Freym  modeli  insan  yaddaşının  və  onun  şüurunun  texnoloji  modelinin  vahid 

nəzəriyyə şəklində sistemləşdirilməsindən ibarətdir. Modellərin başqa növlərindən 

fərqli  olaraq  freym  modellərində  informasiya  vahidləri  protofreym  adlanan  sərt 

struktura  malikdir.  Freym  ixtiyari  konseptual  obyektin  təqdim  edilməsi  üçün 



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə