Microsoft Word X. Tahire dissertasiya doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə12/26
tarix26.09.2017
ölçüsü0,63 Mb.
#1818
1   ...   8   9   10   11   12   13   14   15   ...   26

 

35

məlumatların quruluşunun verilməsini nəzərdə  tutulur.  Freymlər  sistemi  asanlıqla 



genişləndirilə və modifikasiya edilə bilər.  

Süni  intellekt  sistemi  müəyyən  mənada  insanın  intellektual  fəaliyyətinin, 

xüsusilə də, onun məntiqinin modelidir.  nsan məntiqinin modeli  verilmiş ( doğru 

hesab  olunan  )  məlumatlardan  düzgün  məntiqi    nəticə  çıxaran  sxem  şəklinə 

qurulur. Aydındır ki, bunun üçün məlumatların haqqında nəticə çıxarılan predmet 

oblastını  adekvat  əks  etdirən,  anlaşılan  dildə  verilməsi  vacibdir.  Adi  həyatda  bu 

bizim təbii ünsiyyət dilimizdir. Riyaziyyatda isə, bu, məsələn, müəyyən  düsturlar 

dilidir.  Dilin  mövcudluğu  isə,  ilk  növbədə  istifadə  olunacaq  əsas  anlayışlar 

(elementlər)  toplusunu  simvollar  formasında  əks  etdirən  müvafiq  əlifbanın 

(lüğətin), ikinci növbədə isə, əlifbadan istifadə etməklə müəyyən ifadələr qurmağa 

imkan verən sintaktik qaydalar toplusunun olmasını nəzərdə tutur. Verilmiş dildə 

qurulmuş  məntiqi  ifadələr  həqiqi  və  yalan  ola  bilər.  Bunlardan  həmişə  həqiqi 

olanları  aksiom  vəya  postulat  adlandırırlar.  Məhz  aksiomlardan  və  nəticə  alma 

qaydalarından  istifadə  etməklə  yeni,  eyni  cür  həqiqi  ifadələr  əldə  etmək 

mümkündür.  Əgər  sadalanan  şərtlər  yerinə  yetirilirsə,  onda  deyirlər  ki,  sistem 

formal  nəzəriyyənin  tələblərinə  cavab  verir.  Onu  elə  bu  cür  də  –  formal    sistem 

adlandırırlar. Formal nəzəriyyə əsasında qurulan sistemi eyni zamanda aksiomatik 

sistem də adlandırılar.  

Beləliklə,  hər  hansı    formal  aksiomatik  sistemi  müəyyənləşdirən  formal 

nəzəriyyə F = ( A, V, W,  R ) aşağıdakılarla xarakterizə olunur: 

A – əlifba ( lüğət ); 

V – sintaktik qaydalar çoxluğu; 

W – nəzəriyyənin əsasında duran aksiomlar çoxluğu; 

R – nəticə alma qaydaları çoxluğu. 

Formal  sistemlərdə  alınmış  nəticələrin  ziddiyyətli  olmamasına  təminat 

verilir.  Lakin,    bu  sistemlər  biliklərin  təqdim  olunması  üçün  başqa  formaların 

axtarılmasını zəruri edən bəzi mənfi cəhətlərə malikdir. Əsas çatışmamazlıq ondan 

ibarətdir ki, sistemə müəyyən dəyişiklikləri daxil etmək və ya onu genişləndirmək 

üçün formal sistemin yenidən qurulmasına ehtiyac duyulur. Bu da öz növbəsində 



 

36

təbii  ki,  vaxt  və  zəhmət  tələb  edir.  Formal  sistem  “qapalı”  olduğundan,  predmet 



oblastında  baş  verən  dəyişiklikləri  nəzərə  almaq  çətindir.  Buna  görə  də,  formal 

sistemlərdən biliklərin təqdim edilməsi modeli kimi xarici mühit amillərindən zəif 

asılı olan, lokallaşdırıla bilən predmet oblastlarında istifadə olunur. 

Bir çox intellektual sistemlər məqsədyönlü xarakter daşıyır. Belə fəaliyyətin 

tipik nümunəsi kimi qeydə alınmış bir neçə başlanğıc situasiyadan lazımi məqsədə 

çatma  yollarının  planlaşdırılması  məsələsinin  həllini  göstərmək  olar.  Məsələnin 

həllinin  nəticəsi  fəaliyyət  planı  (fəaliyyətin  qismən  nizama  salınmış 

ardıcıllıqlarının məcmusu) olmalıdır. Belə plan zirvələrarası münasibətlər qismində 

“məqsəd  –  altməqsəd”,  “məqsəd  –  fəaliyyət”,  “məqsəd  –  nəticə”  və  s.  növ 

münasibətlərin  çıxış  etdiyi  ssenarini  xatırladır.  Bu  ssenaridə  mövcud  situasiyaya 

uyğun olan zirvədən ixtiyari məqsəd zirvəsinə aparan istənilən yol fəaliyyət planı 

ilə  müəyyən  olunur.  ntellektual  sistemlərdə  fəaliyyət  planının  axtarışı  yalnız 

sistemin lazımi məqsədə aparan fəaliyyət yığımı əvvəlcədən məlum olmayan, qeyri 

–  standart  situasiya  ilə  qarşılaşdığı  zaman  meydana  çıxır.  Fəaliyyət  planının 

qurulmasının bütün məsələlərini iki tipə ayırmaq olar:  

  vəziyyyətlər fəzasında planlaşdırma (SS – problem); 

  məsələlər fəzasında planlaşdırma (PR – problem).   

Birinci  halda  bir  neçə  situasiya  fəzası  verilmiş  hesab  olunur.  Situasiyanın 

təsviri müəyyən parametrlərlə xarakterizə olunan intellektual sistemlərin  və xarici 

mühitin  vəziyyətini  özündə  əks  etdirir.  Situasiyalar  bəzi  ümumiləşdirilmiş 

vəziyyətləri  əmələ  gətirir.  ntellektual  sistemin  fəaliyyəti  və  ya  xarici  mühitdəki 

dəyişikliklər isə, verilmiş anda aktuallaşdırılmış vəziyyətlərin dəyişməsinə gətirib 

çıxarır.  Ümumiləşdirilmiş  vəziyyətlər  arasından  başlanğıc  (adətən  biri)  və  son 

(məqsəd)  vəziyyətlər  seçilir.  SS  –  problem  başlanğıc  vəziyyətdən  son 

vəziyyətlərdən birinə aparan yolun axtarışından ibarətdir. Məsələn əgər intellektual 

sistem  şahmat  oyunu  üçün  nəzərdə  tutulubsa,  onda  ümumiləşdirilmiş  vəziyyətlər 

ş

ahmat  lövhəsimdə  yaranan  vəziyyətlər  olacaq.  Başlanğıc  vəziyyət  qismində 



oyunda verilmiş anda qeydə alınmış vəziyyət, məqsəd vəziyyəti qismində isə, çox 

saylı heç – heçə vəziyyətlərinə baxıla bilər.  




 

37

Məsələlər  fəzasında  planlaşdırma  zamanı  vəziyyət  bir  qədər  fərqlidir.  Fəza 



məsələlər  çoxluğuna  “hissə  –  tam  ”,  “məsələ  –  altməsələ”,  “ümumi  hal  –  xüsusi 

hal”  və  s.  tipli  münasibətlərin  daxil  edilməsi  nəticəsində  yaranır.  Başqa  sözlə, 

məsələlər fəzası məsələlərin altməsələlərə (məqsədin altməqsədə) bölünməsini əks 

etdirir.  PR  –  problem  məsələlərin  həlli  sistemə  məlum  olan  məsələlərə  gətirən  

altməsələlərin  axtarışından  ibarətdir.  Məsələn,  intellektual  sistemə  sin  x  və  cos  x  

funksiyalarının arqumentin ( x ) istənilən qiymətində necə hesablanması və bölmə 

ə

məliyyatınin necə həyata keçirilməsi məlumdur. Əgər intellektual sistem üçün tg 



x  –  in  hesablanması  vacibdirsə,  onda  PR  –  problemin  həlli  bu  məsələnin 

dekompozisiya ( tərkib hissələrinə ayrılma ) şəklində göstərilməsi olacaq:    tg x = 

sin x / cos x ( x = п/2 + кп ) – dən  başqa. 

Süni  intellek  sahəsindəki  nailiyyətlər  artdıqca,  yeni  –  yeni  istiqamətlər 

aşkara  çıxarılır.  Bu  baxımdan  süni  intellekt  sistemlərini  aşağıdakı  siniflərini 

fərqləndirirlər: 

1.

  ntellektual əks əlaqə və intellektual interfeysli sistemlər; 



2.

  Surətlərin tanınmasının avtomatlaşdırılmış sistemləri; 

3.

  Qərarların qəbuluna yardım avtomatlaşdırılmış sistemləri; 



4.

  Ekspert sistemləri; 

5.

  Genetik alqoritm və təkamülün modelləşdirilməsi; 



6.

  Koqnitiv modelləşdirmə; 

7.

  Biliklərin  (  empirik  faktların  )  təcrübədən  üzə  çıxarılması  (  aşkar 



edilməsi ) və verilənlərin intellektual təhlili (data mining); 

8.

  Neyron şəbəkələr. 



1.1.  ntellektual  əks  əlaqə  və  intellektual  interfeysli  sistemlərə  xəttinə  görə 

şə

xsiyyətin  identifikasiyası  və  autentifikasiyası  proqramı  nümunə  ola  bilər. 



Autentifikasiya  –  istifadəçinin  həqiqətən  də  özünü  qələmə  verdiyişəxs  olub  – 

olmamasının  yoxlanmasıdır.  Bununla  yanaşı,  istifadəçi  əvvəlcədən  özü  haqqında 

identifikasiya informasiyasını : öz adını, deyilmiş ada uyğun parolu bildirməlidir. 

dentifikasiya  –  onun  şəxsiyyətinin  müəyyənləşdirilməsidir.  Həm  identifikasiya, 

həm  də  autentifikasiya  surətlərin  tanınmasının  klaviyatura  düymələrinin 



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə