Microsoft Word X. Tahire dissertasiya doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə13/26
tarix26.09.2017
ölçüsü0,63 Mb.
#1818
1   ...   9   10   11   12   13   14   15   16   ...   26

 

38

ə



vvəlcədən müəyyənləşdirilmiş və ya özbaşına sıxılması ilə həyata keçirilən tipik 

məsələsidir. 

1.2.  Bioloji  əks  əlaqəli  sistemlər.  Bunlar  davranışı  istsifadəçinin 

psixofizioloji ( bioloji ) vəziyyətindən asılı olan sistemlərdir. Bura aiddir:  

             Məhsulun yüksək keyfiyyətinin təmin edilməsi məqsədilə konveyerdəki 

işçilərin vəziyyətinin monitorinqi; 

               Öz vəziyyətinin idarə olunmasında fizioloji pozuntuları olan xəstələrin 

tədrisi üçün kompüter trinajorları; 

                     Bioloji əks əlaqəli sistemləri ilə kompüter oyunları. 

1.3.  Semantik  rezonanslı  sistemlər.  Bu  sistemlərin  davranışı  istifadəçinin 

qavrama  vəziyyətindən  və  əsas  stimullara  (  qıcıqlara  )  psixoloji  reaksiyasından 

asılıdır. 

1.4.  Virtual  reallıq  sistemləri.  Virtual  reallıq  ətraf  –  mühitin  istifadıçi  ilə 

qarşılıqlı  əlaqəyə  real  reaksiya  verən,  kompüter  vasitələri  ilə  yaradılmış  üçölçülü 

(3D) modeldir. Virtual reallıq sistemlərinin texniki bazasını müasir güclü personal 

kompüterlər  və  yüksək  keyfiyyətli  üçölçülü  vizualizasiya  və  animasiya  proqram 

təminatı təşkil edir. Virtual reallıq sistemlərində informasiya giriş – çıxış qurğuları 

qismində displeyli virtual şlemlər ( əsas etibarilə stereoskopik eynəkli şlemlər ) və 

3D  giriş  qurğuları,  məsələn,  istifadəçilə  toxunuşla  əks  əlaqəni  təmin  edən 

“rəqəmsal əlcəklər” tətbiq olunur. 



 

 


 

39

 



FƏS L 2. MÜƏSS SƏN N MAL YYƏ FƏAL YYƏT N N TƏHL L NƏ 

TƏS R EDƏN AM LLƏ

 

2.1. Müəssisənin maliyyə fəaliyyətinin həllinə təsir edən texniki və  

proqram təminatı  

 

nformasiyanın  işlənmə  sistemlərinin  yaradılması  və  fəaliyyəti  hər  şeydən 



ə

vvəl  onun  təşkilati-texniki  bazası  ilə  bağlıdır.  Avtomatlaşdırılmış  sistemlərin 

təşkilati-texniki  bazası  dedikdə,  müxtəlif  informasiya  prosedurlarının  yerinə 

yetirilməsi  üçün  istifadə  edilən,  mürəkkəb  tərkibə,  istismar  formalarına  və 

üsullarına  malik  olan  hesablama  texnikası  və  digər  vasitələrin  məcmusu,  başqa 

sözlə  texniki  vəsaitlər  kompleksi  (TVK)  başa  düşülür.  Özü  də  texniki 

informasiyanın  işlənmə  texnologiyasının  səmərəliliyi  bilavasitə  əməliyyatların 

avtomatlaşdırılması səviyyəsindən, informasiyanın işlənməsinin mütərəqqi texnika 

və texnologiyasından, təşkilati-texniki bazanın düzgün seçilməsindən asılıdır. 

Yerinə yetirilən informasiya prosedurları və funksional təyinatına görə texniki 

bazanın  tərkibinə  müxtəlif  texniki  vəsaitlər  (fərdi  peşə  EHM-ləri,  müasir 

kompyuterlər,  məlumatların  maşın  daşıyıcılarında  hazırlayan  vasitələr, 

informasiyani yığan və qeyd edən vasitələr, məlumatları rabitə kanalları ilə ötürən 

vasitələr, digər köməkçi avadanlıqlar və təşkilat texnikası vasitələri) aiddir. 

Təcrübə  göstərir  ki,  avtomatlaşdırılmış  sistemlərin  layihəlaşdirilməsi  və 

yaradılması  ilə  əlaqədar  xərclərin  təqribən  80%-ə  qədərini  məhz  texniki  vasitələr 

kompleksinin  alınması,  quraşdırılması  və  istismara  verilməsi  xərcləri  təşkil  edir. 

Ona  görə  də  avtomatlaşdırılmış  sistemlərin  TVK-nın  tərkibinin  müəyyən 

edilməsinə,  əlaqələndirilməsinə  xüsusi  diqqət  yetirirlər.  Sistemin  nəzərdə  tutulan 

səviyyədə  səmərəliliklə  fəaliyyət  göstərməsini  təmin  etmək  üçün  aşağıdakı  əsas 

tələblər gözlənilməlidir: 



 

40

 həll edilən məsələlərin dairəsinin daim genişləndirilməsi, onların tərkibinin 



dəyişməsi nəzərə alınmaqla məsələlər kompleksinin minimal əmək və gerçəkliklə 

həllinin həyata keçirilməsi; 

 müxtəlif qurğuların kod, proqram və texniki vəhdətliyi (uyğunluğu) ilə əldə 

edilən  məlumatların  inteqrasiya  edilmiş  şəkildə  işlənməsinin  kəsilməz  texnoloji 

proses halına salınması; 

 paket işləmə və kollektiv istifadə rejimlərində EHM-də çoxproqramlı məsələ 

həllinin həyata keçirilməsi; 

 TVK-nın bütün tərkib elementlırinin məhsuldarlığının uyğunluğu; 

 informasiya işləyən tipik texniki vasitələrə istinad edilməsi; 

 qurğuların yüksək etibarlı işinin təmin edilməsi; 

 qurğuların  alınması  və  istismarı  üzrə  əsaslı  xərclərin  minimumlaşdırılması 

və s. 


Yerinə  yetirdikləri  informasiya  prosedurları  və  funksional  təyinatına  görə 

informasiyanın  işlənmə  texnologiyasının  texniki  bazasının  tərkibinə  daxil  olan 

bütün vasitələr  aşağıdakı növlərə  ayrılır: məlumatları  yığan,  qeyd  edən və  ötürən 

vasitələr,  məlumatları  maşın  daşıyıcılarında  hazırlayan  texniki  vasitələr 

(kompüterlər); təşkilat texnikası vasitələri. 

Yuxarıda  göstərilən  hər  bir  qrupa  daxil  olan  texniki  vasitələrin 

avtomatlaşdırılmış sistemdə öz təyinatı və yeri vardır. Belə ki, birinci qrupu təşkil 

edən  vasitələr  məlumatları  yiğmaq,  qeyd  etmək,  onları  işləmə  mərkəzinə  və 

istifadə yerlərinə ötürmək üçündür. Bu cür texniki vasitələr idarəetmə orqanlarının 

fəaliyyət xüsusiyyətlərinə uyğun olaraq xüsusi əhəhmiyyət kəsb edir. 

kinci  qrupu  təşkil  edən  məlumatları  maşın  daşıyıcılarında  hazılayan  texniki 

vasitələr  məlumatların  düzgünlüyünə  nəzarəti,  onların  şifrlərinin  açılması, 

sistemləşdirilməsi, seçilməsi və qruplaşdırılmasını, yenidən alınmasını və s. təmin 

edir.  Avtomatlaşdırılmış  sistemin  fəaliyyəti  prosesində  müxtəlif  çoxfunksiyalı 

vasitələrdən  də geniş  istifadə  edilir.  (məlumatları  eyni  vaxtda sənədlərə və  maşın 

daşıyıcılarına qeyd edən vasitələr). 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə