Microsoft Word X. Tahire dissertasiya doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə16/26
tarix26.09.2017
ölçüsü0,63 Mb.
#1818
1   ...   12   13   14   15   16   17   18   19   ...   26

 

47

Hazırda  periferiya  texnikası  vasitələri  kimi  elektron  kassa  aparatlarından  və 



banknotları hesablayan cihazlardan da geniş istifadə edilir. 

Elektron  kassa  aparatları  kassa  əməliyyatlarının  sürətini  artırmaq  və 

məlumatların  dəqiqliyini  təminin  etməklə  yanaşı,  malların  hərəkətinin  uçot 

sistemini  əsaslı  surətdə  təkmilləşdırməyə  imkan  verır.  Elektron  kassa  aparatları 

kassir  əməyinin  yüksək  səviyyədə  avtomatlaşdırılması  üçün,  alıcılara  xidmətin 

səviyyəsinin  yüksəldilməsi  və  yekun  məllumatların  rabitə  kanallarına  və  texniki-

informasıya  daşıyıcılarına  cıxarılması  ücün  əlverışli  sərait  yaradır.  Banknotların, 

müxtəlif  pul  nişanlarının  və  məbləğlərin  hesablanması  prosesində  tətbıq  edılən 

cihazlar əvəzsizdir. Bu cür sayğacların konsrtuksiyası ıxtiyari valyuta nümunələrini 

yüksək  sürət  və  dəqiqliklə  hesablayır  (saniyədə  təqribən  100  vərəq  besablama 

sürətinə  malikdir).  Qalınlığı  0,1  mm-ə  bərabər  olan  bərk  kağız  vərəqələri  100%  

dəqiqliklə hesablaya bilir. 

nformasiyanın işlənmə texnologiyalarının proqram təminatı dedikdə, müasir 

hesablama  texnikası  vasitələrinin  köməyilə  məlumatların  işlənmə  sistemlərinin 

yaradılması  məqsədləri  üçün  istifadə  edilən  proqram  vasitələrinin  və  sənədlərin 

məcmusu  başa  düşülür.  Proqram  təminati  vasitələrinin  yerinə  yetirdiyi 

funksiyalardan asılı olaraq onu iki yerə ayırmaq olar: 

a) baza və ya sistem proqram təminatı; 

b) tətbiqı proqram təminatı. 

Baza  və  ya  sistem  proqram  təminatı  iqtisadi  informasıyanın  kompüterdə 

işlənməsi prosesini təşkıl etməklə yanaşı tətbiqi proqram vasitələri üçün normal iş 

mühitini  də  təmin  edir.  Baza  proqram  təminatı  sistemin  aparat  vasitələri  ilə  o 

dərəcədə bağlıdır ki, bəzən onu kompüterin bir hissəsi hesab edirlər. 

Tətbiqi  proqram  təminatı  istifadəçinin  konkret  məsələlərinin  həlli  və 

bütövlükdə informasıya sisteminin hesablama prosesinin təşkil edilməsini nəzərdə 

tutur. 


Baza proqram təminatının tərkibinə aşağıdakılar daxildir: 

- əməliyyat sistemləri;                                                     

- servis proqramları;                                              



 

48

- proqramlaşdırma dillərinın translyatorları;             



- texniki xidmət proqramları.                                   

Ə

məliyyat  sistemləri  (ƏS)  informasıyanın  işləmə  proseslərinin  idarə 



edilməsini və aparat vasitələri istifadəçilərin qarşılıqlı fəaliyyətini təmin edir. 

Ə

S-nın      ən      mühüm      funksiyalarından      biri     islifadəçilər tərəfındən həll 



edilən məsələlərdə informasiyanın girişi və çıxışı proseslərinin, tətbiqi məsələlərin 

yerinə yetirilməsinin idarə edilməsinin avtomatlaşdırılmasından ibarətdir. 

Şə

bəkə  əməliyyat  sistemləri  lokal  və  qlobal  hesablama  kompüter 



şə

bəkələrinin  meydana  gəlməsilə  əlaqədardır  və  istifadəçinin  hesablama 

şə

bəkəsinin bütün resurslarına müraciətini təmin etmək üçündür. Şəbəkə əmoliyyat 



sistemlərinə isə Net Ward, Windows NT, Banyan Vines. IBMLAM, UNIX, Solaris 

və s. aid etmək olar. 

Servis  proqram  təminatı  kompüterlə  iş  zamanı  istifadəçiyə  əlavə  xidmətlər 

göstərilməsini  təmin  edən  və  əməliyyat  sistemlərinin  imkanlarını  genişləndirən 

proqram  məhsullarının  məcmusundan  ibarətdir.  Servis  proqram  vasitələri 

funksional imkanlarına görə aşağıdakı vasitələrə ayrıla bılər: istifadəçi interfeysini 

yaxşılaşdıran vasitələr, məlumatları dağılmaqdan və yol verilməyən müraciətlərdən 

mühafızə  edən  vasitələr;  məlumatları  bərpa  edən  vasitələr;  disklə  əməli  yaddaş 

qurğusu arasında məlumatlar mübadiləsini sürətləndirən vasitələr; arxivləşdırən və 

arxivləri açan vasitələr və antivirus .vasitələri. 

Təşkilati  və  reallaşdırma  üsullarına  görə  servis  proqraın  vasitələri  örtüklər, 

utilitlər və avtonom proqramlar şəklində verilə bılər. Örtüklər və utilitlər arasındakı 

fərq  çox  zaman  örtüklərin  universallığında  və  sonrakıların  ixtisaslaşdırılmasında 

özünü göstərir. 

Örtüklər ƏS-nin üstqurumu olmaqla əməliyyat örtükləri adlandırılır. 

Utilitlər  və  avtonom  proqramlar  dar  çərçivədə  ixtisaslaşmaqla  hər  biri 

özünəməxsus  funksiyaları  yerinə  yetirir.  Lakin  utilitlər  avtonom  proqramlardan 

fərqli  olaraq  müvafiq  örtüklər  mühitində  yerinə  yetirilir.  Bununla  yanaşı  onlar 

(utilitlər)  öz  funksiyalarında  əməliyyat  sisteminin  proqramları  və  digər  utilitlərlə 

rəqabət  aparır.  Ona  görə  də  servis  proqram  vasitələrinin  bu  cür  təsnifləşdirilməsi 




 

49

kifayət qədər səthi və son dərəcə şərtidir. 



Ortüklər  istifadaçiyə  keyfıyyətcə  yeni  interfeys  təqdim  etməklə  onun 

ə

məliyyat  sisteminin  əməliyyallarını  və  əmirlərini  detallarına qədər  öyrənməkdən 



azad edir. 

Antivirus  proqram  vasitələri  vırusların  diaqnostikasını,  yəni  aşkara 

çıxarılmasını və müalicəsini (neytrallaşdırılmasını) təmin edir. 

Proqramlaşdırma 

dilinin 

transilyatoru 

dedikdə 

proqram 


mətninin 

proqramlaşdırma dilindən maşın dilinə tərcümə edilməsini həyata kecirən proqram 

nəzərdə  tutulur.  Özündə  geniş  proqram  dilini,  translyatoru,  maşın  dilini,  standart 

proqramlar  kitabxanasını,  translyasiya  edilmiş  proqramların  sınaqdan  keçirilməsi 

vasitələri  və  onların  vahid  tam  halına  gətirilməsi  vasitələrini  birləşdirən 

kompleksinə  proqramlaşdırma  sistemi  deyilir.  Proqramlaşdırma  sistemində  olan 

translyator  giriş  dilındə  yazılmış  proqramı  konkret  EHM-in  maşın  əmrləri  dilinə 

tərcümə edir. Proqramlaşdırmanın giris dilindən tərcümə edilməsi üsulundan asılı 

olaraq translyator kompilyatorlara və interpretatorlara ayrılır.  

Kompilyasiya  prosesində  proqram  maşın  dilində  olan  obyekt  modulları 

yığımına  çevrilir,  sonradan  onlar  yerinə  yetirilmək  üçün  hazır  olan  və  maqnit 

diskində  fayl  şəklində  saxlanılan  vahid  maşın  proqramında  yığılır.  Bu  proqram 

təkrar translyasiya edilmədən dəfələrlə yerinə yetirilə bilər.   

nterpretator  ilkin  proqramın  addım-addım  translyasıya  edilməsini  və 

operatorların  təxirə  salınmadan  yerinə  yetirilməsini  həyata  keçirir.  Bu  zaman 

proqramlaşdırmanın giriş dilinin hər bir operatoru maşın dilinin bir və ya bir neçə 

omrinə translyasiya edilir və onlar da diskdə saxlanmadan dərhal yerinə yetirilir. 

Beləlıklə,  proqram  interpretasiya  edilən  zaman  maşın  dilində  saxlanılmır  və 

ona  görə  də  ilkin  proqram  hər  dəfə  yerinə  yetirilməyə  buraxılarkən  onu  yenidən 

(addım-addım)  trarislyasiya  etmək  lazım  gəlir.  Kompilyatorla  müqayisədə 

interpretatorun başlıca üstünlüyü onun sadə olmasıdır. 

Proqramlaşdırmanın  giriş  dili  aşağı  səviyyəli  dil  hesab  edilən  maşın  dilinə 

nisbətən daha yüksək səviyyəli dil sayılır. Proqramlaşdırma sistemində Assembler 

giriş  proqramlarşdırma  dilindən  və  Assembler-kompilyatordan  ibarət  kompleks 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə