72
Beləliklə, müəssisənin daha ümumi maliyyə təhlilini sxemdə olan kimi
təsvir etmək mümkündür:
Şə
kil 12. Müəssisənin ümumi maliyyə təhlili sxemi.
AR “Mühasibat uçotu”
haqqında qanunda “maliyyə” hesabatlarının
tərkibi əsasən mühasibat balansından və ona əlavə edilən maliyyə nəticələri
(mənfəət və zərərlər) və onların istifadəsi, əmlakın, fondların, dövriyyə
vəsaitlərinin, xüsusi kapitalın, pul vəsaitlərinin, qeyri-maddi aktivlərin, maliyyə və
kapital qoyuluşlarının və s. aktiv və passivlərin hərəkəti haqqında hesabatlardan
ibarətdir.
Ona görə də müəssisənin maliyyə təsərrüfatı fəaliyyətini təhlil etmək
üçün aşağıdakı maliyyə - mühasibat hesabatlarını istifadə etmək lazımdır.
1.
Müəssisə balansı ( Forma № 1)
2.
Maliyyə nəticələri və onların istifadəsi haqqında hesabatı
(Forma № 2)
3.
Müəssisə balansına əlavə ( Forma № 5)
Təhlil zamanı vergi bəyamnamələrini də araşdırmaq məqsədəuyğun
hesab edilir.
Müəssisənin
maliyyə
vəziyyətinin
təhlili
Müəssisənin
maliyyə
resurslarına
tələbatının təhlili
Maliyyələşdirmə
mənbələrinin
təhlili
Risklərin
təhlili
Yeni məqsədlərin, maliyyə planlarının
və maliyyə ehtiyaclarının
müəyyənləşməsi
Maliyyə resurslarına tələbatın
ödənilməsi
73
Balans müəssisənin müəyyən vaxtda, məsələn, hesabat dövrünün
sonuna maliyyə vəziyyətini əks etdirir. AR “Mühasibat uçotu”
haqqında qanunda
hesabat dövrü 1 yanvar – 31 dekabr dövrünü əhatə edir, maliyyə hesabatları da bu
müddətin əvvəlinə və sonuna olan nəticələri əks etdirir.
Maliyyə nəticələri və onun istifadəsi haqqında hesabat müəyyən
müddət ərzində müəssisənin gəlir və xərclərini göstərir və bütövlükdə onun
fəaliyyətinin səmərəliliyinə qiymət verir.
Müəssisə balansına əlavədə (Forma № 5-də) müəssisənin xüsusi
kapitallarının hərəkəti, borc vəsaitlərinin hərəkəti, debutor və kreditor borcların
dəyişməsi, maliyyə qoyuluşları və s. öz əksini tapır.
Ümumiyyətlə, qeyd etmək lazımdır ki, müəssisənin maliyyə hesabatları
həmin müəssisənin maliyyə vəziyyətinin əksidir. Bu hesabatlara baxdıqda
müəssisənin xalis mənfəəti, debutor və kreditor borcları, məhsul satışından daxil
olmalar, müəssisənin büdcə qarşısındakı öhdəlikləri və s. kimi məlumatlar bəlli
olur. Ancaq bu nəticələr müəssisənin maliyyə təhlili üçün kifayət etmir. Daha
dərindən təhlil aparmaq üçün müxtəlif üsul və metodlardan istifadə edilir. Hazırda
ə
saslı maliyyə təhlilləri aparmaq üçün maliyyə əmsalından istifadə edirlir. Maliyyə
ə
msalı bir mühasibat göstəricisinin digərinə nisbətidir. Məlumdur ki, müqayisəsi
heç bir iqtisadi məzmuna malik olmayan göstəricilər əsasında maliyyə əmsalları
formalaşmır. Məsələn, satılan məhsulun maya dəyərinin qisa müddətli borca
nisbəti təhlil üçün heç bir lazımlı nəticə vermir. Ona görə də, maliyyə əmsalları
müəssisənin fəaliyyətini səmərəli təhlil etmək üçün daha uyğun göstəriciləri tətbiq
edilməlidir. Ümumiyyətlə, müəssisənin fəaliyyətinin səmərililiyinin beş aspektini:
rentabellik, aktivlərin dövriyyəsi, xüsusi və borc vəsaitləri hesabına maliyyələşmə
mənbəyi, likvidliyi və bazar dəyərini təhlil etmək lazımdır. Maliyyə əmsalarının
təhlili həm müəssisənin bu günkü vəziyyətini qiymətləndirməyə imkan verir, həm
də onun gələcək fəaliyyətini planlaşdırmağa kömək edir.
Müəssisənin maliyyə əmsalları əsasında müxtəlif metodlarının tətbiqi
ilə daha dərin təhlillər aparmaq mümkündür. Əmsalların analizi müəssisənin bir
neçə maliyyə təsərrüfat göstəricilərinin əlaqələndirilməsi bacarığıdır. Bu
74
metodlardan biri müqayisəli təhlil metodudur. Adətən, bu metod əsasında
müəssisənin maliyyə təhlili zamanı həmin müəssisənin müxtəlif dövrlər üçün
maliyyə əmsalları müqayisə edilir və ya eyni sahəyə aid digər müəssisənin
göstəriciləri ilə müqayisəsi aparılır.
Müəssisənin bir neçə maliyyə əmsallarının məzmununa baxaq. Likvidlik
göstəriciləri müəssisənin qısa müddətli öhdəliklərinin onun cari öhdəlikləri
ə
sasında yerinə yetirmək bacarığını xarakterizə edir. Əgər müəssisənin cari
aktivləri onun cari öhdəliklərindən çoxdursa, bu müəssisə likvid sayılır. Ona görə
də ümumi likvidlik əmasalı cari aktivlərin carı öhdəliklərə nisbəti kimi təyin
olunur.
Müəssisənin cari aktivləri ilə material ehtiyyatlarının fərqinin onun carı
öhdəliklərinə nisbəti möhlətli likvidlik əmsalı adlanır.
Müəssisənin ödəniş qabiliyyətlilik göstəriciləri ümumi aktivlərin xarici
öhdəliklərə nisbəti kimi təyin olunur.
Ümumi aktivlər> xarici öhdəliklər
Uzunmüddətli öhdəliklərdə borcun qaytarılma səviyyəsinin əmsalı
müəssisənin mənfəətinin il ərzində ödənilən ssuda faizlərinə nisbəti kimi təyin
olunur:
Mənfəət/Ödənilən faizlər
Müəssisənin mənfəətlilik və rentabellik göstəriciləri aşağıdakı kimi
öyrənildikdə daha məqsədəuyğun olur:
-Müəyyən mənfəət növünün təqdim olunmuş məhsulların həcminə olan
nisbəti satışın mənfəətlilik göstəricisidir;
-Müəyyən mənfəət növünün müəyyən qrup aktivlərə nisbəti aktivlərin
rentabellik göstəricisidir;
- Müəyyən mənfəət növünün müəyyən qrup öhdəliklərə nisbəti kapitalın
maliyyə mənbəələrinin rentabellik göstəricisidir.
Müəssisənin fondlardan istfadəetmənin səmərəlilik göstəriciləri mal-material
ehtiyyatlarının dönərlilik əmsalı, debitor və kreditor borclarının dönərlilik əmsalı,
ümumi satışın ümumi aktivlərə nisbəti əmsalı və s. ilə xarakterizə olunur.