Microsoft Word X. Tahire dissertasiya doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə22/26
tarix26.09.2017
ölçüsü0,63 Mb.
#1818
1   ...   18   19   20   21   22   23   24   25   26

 

66

   - daimi  aktivlər  indeksi; 



   - borc  vəsaitlərinin  uzunmüddətli  cəlb  edilməsi  əmsalı; 

   - köhnəlmə  əmsalı; 

   - əmlakın  real  dəyəri  əmsalı; 

   - maliyyə  asılılığı  dərəcəsi; 

   - avtonomluq  əmsalı; 

   - borc  vəsaitlərinin  özünəməxsus  vəsaitlərə  nisbəti  əmsalı. 

   Bu   əmsalların    faktiki   qiymətləri   normativ   qiymətləri   ilə    müqayisə    edilir, 

keçən  hesabat  dövrünün  göstəriciləri  ilə  tutuşdurulur, analoji  müəssisənin  gös-

təriciləri  ilə  müqayisə  olunur. Beləliklə  müəssisənin  real  maliyyə  vəziyyəti, 

güclü  və  zəif  cəhətləri  müəyyənləşdirilir. 

   1. Özünəməxsus  vasitələrlə  təmin  olunma  əmsalı  müəssisənin  dövriyyə  ak-

tivlərinin  hansı    hissəsinin    özünəməxsus    vasitələr    hesabına  

maliyyələşdirilməsini    göstərir.  Bu    əmsalın    qiyməti    0,1-dən    çox    olduqda  

normal    hal    sayılır.Onun    qiymətini    tapmaq    üçün    müəssisənin    özünəməxsus  

dövriyyə    vəsaitlərini    döv-riyyə    aktivlərinin    dəyərinə    bölmək    lazımdır.  2. 

Özünəməxsus  kapitalla(vasitələrlə)manevr    etmək    əmsalı

  müəssisənin    özünə-

məxsus  dövriyyə  vasitələrinin  hansı  hissəsinin  sərbəst  şəkildə  manevr  etmək  

üçün  mobil  formada  olduğunu  göstərir. Onun  qiymətini  toplamaq  üçün  müəs-

sisənin    özünəməxsus    dövriyyə    vəsaitlərini    özünəməxsus    kapitalın    həcminə  

bölmək  lazımdır. Bu  əmsalın  qiymətinin vahidə  bərabər  olması, yəni  müəssisə-

nin  cari  aktivlərinin  özünəməxsus  kapital  hesabına  təmin  etməsi  qeyri  sabit  

kreditləşdirmə    mühitində    maliyyə    vəziyyətinin    dayanıqlığının    qarantiyasıdır. 

Ə

msalın   qiymətinin    yüksək   olması    müəssisənin    maliyyə    vəziyyətinin   yaxşı  



olduğunu  xarakterizə  edir. Bəzən  əmsalın  0,4-0,6  qiymətlərini  optimal  kimi  

qəbul  edirlər. 3. Daimi  aktivlər  inkdeksi  müəssisənin  özünəməxsus  vəsaitlərinin  

ə

mələ-gəlmə    mənbələrində    əsas    və    dövriyyədən    kənar    aktivlərinin    payını  



göstərir.  Onun    qiymətini    tapmaq    üçün  dövriyyədənkənar    aktivlərin    dəyərini  

müəssisənin    özünəməxsus    kapitalına    bölmək    lazımdır.  4.  Borc    vəsaitlərinin  



uzunmüddətli  cəlb  edilməsi  əmsalını

  tapmaq  üçün  uzunmüddətli  passivlərin  




 

67

dəyərini    müəssisənin    cari    öhdəçilikləri    ilə    özünə-məxsus    kapitalın    cəminə  



bölmək  lazımdır. Bu  əmsal  istehsal  istehsal  proseslə-rinin  yeniləşdirilməsi  və  

genişləndirilməsi    məqsədilə    borc  vəsaitlərindən    müəs-sisənin    nə  dərəcədə  

intensiv istifadə  etdiyini  göstərir. 5. Avtonomluq, maliyyə  asılılığının  olmaması, 

kapitallaşdırma    və    yaxud    özü-nəməxsus  kapitalların    konsentrasiyası    əmsalı

  

müəssisənin  özünəməxsus  kapita-lının  balansın  yekununa  bölünməsi  yolu  ilə  



tapılır.  Bu    göstərici    müəssisənin    maliyyə    vəziyyətini    xarakterizə    edən    əsas  

ə

msallardan    biri    olmaqla    müəssisə-nin    borc    vəsaitlərindən    asılı    olmadığını, 



kreditləşdirmə  ilə  əlaqədar  maliyyə  riskinin  nə  dərəcədə  olduğunu  göstərir. O, 

müəssisənin  öz kapitalının  balansın ümumi  yekunda  xüsusi  çəkişini  əks  etdirir. 

Avtonomluq    əmsalının    minimal    qiyməti    0,5-dən    yüksək    olması    qəbul  

edilmişdir. Bu  şərtin ödənməsi  müəssisənin  borc  vəsaitlərinin  öz  vasitələri  ilə  

ödəmək    qabiliyyətinə    malik    olduğunu    göstərir.  Onun    qiymətinin    yüksək  

olması  müəssisənin  maliyyə  dayanıqlığının  yüksək  olmasını  əks  etdirir. ABŞ-

da    və    Qərb    ölkələrində    əmsa-lın    0,6-dan    çox    olması    norma    kimi    qəbul  

olunmuşdur.  6.  Borc    vəsaitlərinin    özünəməxsus    vəsaitlərə    nisbəti    əmsalı    və  



yaxud    özünə-məxsus    vəsaitlərlə    müqayisədə    borc    əmsalı

    müəssisənin  

fəaliyyətinin    hansı    hissəsinin    kreditorlar    tərəfindən    maliyyələşdirildiyini  

göstərir. Başqa  sözlə  müəssisənin  bir  manatlıq  öz  vəsaitinin  payına  nə  qədər  

borc    vəsaiti    düşdü-yünü    əks    etdirir.  Bu    göstəricidən    istifadə    edərək  

müəssisənin  borc  və  yaxud  özünəməxsus  vəsaitlərinin  çox  olduğunu  müəyyən  

edirlər.  Əmsalın    ən    böyük    qiyməti  (vahidə  bərabər    olması)    müəssisənin  

aktivlərinin    yarısından    çoxunun    borc   vəsaitləri    hesabına   formalaşdığını    əks  

etdirir  və  xoşagəlməz  hal  kimi  qiymətləndirilir. 

   Yuxarıda  göstərilən  mütləq  göstəricilərə  əlavə  olaraq  müəssisənin  maliyyə  

dayanıqlığını  əks  etdirən  bir  sıra  göstəricilərin  dinamikasınıda  təhlil  etmək  

məqsədəuyğundur. Belə göstəricilərdən  istifadə  edərək  tədqiqat  dövründə  müəs-

sisənin  maliyyə  vəziyyətində  baş  verən  müsbət  və yaxud  mənfi  dəyişikliklərin 

(meylləri,  dinamikanı)    baş    verməsini    müəyyən    etmək    mümkündür.  Maliyyə  

dayanıqlığı    göstəricilərinin    orta    sahə    normativ    qiymətləri    müəyyən    edildiyi  



 

68

hallarda  onlarda  kənarlaşmalara  nəzarət  etməklə  böhranlı  vəziyyətlərin  ilkin  



ə

lamətlərini  müəyyən  edərkən  müəssisənin  maliyyə  dayanıqlığının  möhkəm-

lənməsinə  gətirib  çıxara  bilən  tədbirlər kompleksi  işlənib  həyata  keçirilə  bilər. 

    Müəssisənin  fəaliyyət  dayanıqlığının  inteqral  qiymətləndirilməsi  göstəricisini  

hesablamaqda  faydalıdır. Bu  göstərici  belə  hesablanır: 

Z=1,2× X


1

+1,4× X


2

+3,3× X


3

+0,6×X


4

+1,0×X


 

  Burada :X



1

 – işçi  kapitalın  səmərəlilik  göstəricisi; 

  X

2

 – toplanmış  kapitalın  səmərəlilik  göstəricisi; 



  X

3

 – istehsalın  rentabelliyi; 



  X

4

 – borc  öhdəçilikləri  göstəricisi; 



  X

5

 – aktivlərin  səmərəlilik  göstəricisi. 



  X

1

=



 =

;

 



  X

2

=



 =

  X



3

 =



 

  X



4

 ; 



  X

5



 = 

 . 


  

Qeyd    edilən    göstəricilər    müəssisənin    fəaliyyətinin    səmərəlilik    göstəriciləri  

kimi  istifadə  edilə  bilər. Müəssisənin  dayanıqlıq  göstəricisinin  köməyilə  ABŞ  

iqtisadçıları  müflisləşmiş  korporasiyaların  90%-ni ( bir il  əvvəl), 70%-ni  2  il  

ə

vvəl; 50%-ni  5 il  qabaqcadan  proqnozlaşdıra  bilmişdir. 



   Z > 3

 

dən  böyük  olduqda  müəssisə  dayanıqlı, 



   Z < 1,8 dən  kiçik  olduqda  isə  dayanıqsız  hesab  olunur.

   


   Müəssisənin    maliyyə    vəziyyəti    təhlil    edildikdə    onun    maliyyə    dayanıqlığı  

ehtiyatının  müəyyən  olunması  və  qiymətləndirilməsi  lazım   gəlir. Bu  zaman  

marjinal  təhlil  üsulundan  istifadə  olunur. Marjinal  təhlil  3  qrup  iqtisadi  göstə-

ricilər  əsasında  aparılır: “xərclər – istehsal  həcmi( realizasiya) – mənfəət”. 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə