56
sistemlər üçün bilik əhəmiyyəti olduğundan ədəbiyyatda bəzən Ekspert Sistemləri
“bilik əsaslı sistemlər” də adlandırırlar.
Bilik növlə
ri
Bilik bir neçə istiqamətdən təsnif oluna bilər.
Sadə
nisbi bilik (Simple RelationalKnowledge)
rsi Bilik (Inheritable Knowledge)
Mə
ntiqi olaraq alınan bilik (Inferential Knowledge)
Prosedural bilik (Procedural Knowledge)
Dekleratif bilik (Declerative Knowledge)
Ekspert sistemlərin biliyin ən ümumi təsnifatında 2 növ bilik ayırd edilir.
Prosedural bilik ( fakt və proseslerin toplanması )
Dekleratif bilik ( faktların göstərilməsi )
Dekleratif üsulda “nələr bilinməli?” sualının cavabını verərkən, prosedürel
üsulda isə “necə, nə şəkildə meydana gəlib?” sualına cavab verilir.
Dekleratif bilik - xüsusi bir problem sahəsindəki obyektlər, hadisələr və
bunların bir-birləriylə əlaqələri haqqındakı faktları təsvir edir. Dekleratif üsul,
məntiq əsaslı əlaqəli yanaşmalara söykənər. Əlaqəli modellər, ağac strukturlar,
graflar ya da semantik şəbəkələrlə ifadə oluna bilər. Bu bilik Predikatlar
mə
ntiqini özundə saxlayır.
Prosedürel bilik isə təsvir olunmuş biliyin necə istifadə edilməsi ilə bağlı
bilikdir. "Nəcür edilməli?" ya da "Nəcür reallaşdırılmalı?" sualına cavab
verir. Bu, qramatikal ya da prosedürel “rule-based” sistemlər şəklində ifadə
olunur. Bunlar, daha çox qarşılaşdığımız IF-THEN strukturudur.
Biliyin qəbuledilmə dərəcələrinə görə isə üç qrupa bölmək mümkündür.
Faktoloji bilik
ntuitiv bilik (intuisiyaya əsaslanan bilik)
Metabilik
Faktoloji bilik
57
Ə
laqədar olduğu sahənin bütün ekspertlərin tərəfindən qəbul edilən, hər hansı
problem sahəsindəki anlayışları, ilk prinsipləri, ümumi qanunları əhatə edən
bilikdir.
ntiutiv bilik
Ekspertlərin illərin təcrübəsiylə əldə etdiyi təcrübi biliklərdir.
Metabilik
Biliyin quruluşuna, necə təşkil edildiyinə və nə zaman istifadə ediləcəyi ilə
bağlı bilikdir. “Bilik haqqında bilik” adlandıra biləcəyimiz bu cür bilik,
problemin həlli üçün ümumi bir həll təmin edər. Bir ekspertdən əldə olunan bilik
bəlkə də ən çətin bilik növüdür. Ayrıca ekspertdən ekspertə də fərqlilik vardır
Bilik mühəndisi və bilik mühəndisliyi
Bilik mühəndisliyi - müxtəlif məmbələrdən biliyi yığıb, bu biliyi istifadə
edərək bilik bazası yatarma prosesidir. Bilik , müxtəlif məmbələrdən toplana bilər.
Ə
n əhəmiyyətli bilik məmbəyi ekspertlərdir. Ayrıca internet, kitablarlar, texniki
məqalələr də əhəmiyyətli bilik mənbələridir.
Bilik mühə
ndisi - bütün məmbələrdən biliyi yığıb, bu bilik əsasında bilik
bazası yaradan adamdır. Bilik bazasının yaradılmasında, hal-hazırda istifadə
edilən ən əhəmiyyətli vasitələrdən biri verilənlər bazası sistemləridir.
Bilik mühəndisi ekspert sistemdə iki fərqli vəzifə daşıyır. Birincisi vəzifə,
hər hansı bir sahənin ekspertindən biliyi əldə etməkdir. Digərinin vəzifəsi isə əldə
olunan biliyi istifadə edərək, proqramlaşdırma texnikalarının köməyilə bilik
bazasını yaratmaqdan ibarətdir.
Bilik Toplama
Bilik toplama, bir problem sahəsinə aid ekspert sistem yaratmaq üçün başda
ekspertlər olmaq üzrə bu problem sahəsinə aid olan bütün məlumat
məmməbələrindən biliyin əldə edilməsi, analizi, şərh olunması və sonra bu biliyin
bilik bazasında təsvir edilməsi prosesidir.
Insan beynində bilik bağlı şəkildə saxlanılır. Başqa sözlə, bilik struktur
baxımından dəyişməz deyil və ümumiyyətlə saxlandığı quruluşda təsvir edilə
bilməz. Digər tərəfdən kompüterlər, yalnız açıq bilik ilə işləyirlər. Bu səbəbdən,
58
ekspertlərdən toplanan biliyin kompyuterə uyğun formaya çevrilməsi zəruriyyəti
yaranır. Bu mənada bilik toplama işi, “
bağ
lı biliyi açıq biliyə
çevirmə
ə
məliyyatı” kimi başa düşülə bilər.
Ə
nənəvi kompyuter proqramlarının gücü, proqramlaşdırma texnikalarıdır.
Buna qarşılıq ekspert sistemlərin gücü, bilik bazasındakı bilikdir. Bu mənada bir
ekspertdən məlumatın toplanması və bu məlumatın kompüterə lazımlı şəkildə
köçürülməsi, ekspert sistemin gücünü və fəaliyyətini təyin edər.
Biliyin Təsviri (Knowledge Representation)
Bilik bazası, müəyyən bir sahə ilə əlaqədar biliyi özündə əks etdirən ekspert
sistemin bir parçasıdır. Biliyin bu sistemdə necə təsvir ediləcəyi də “Knowledge
Representation” mövzusuna daxildir.
Bilik təsviri (Knowledge Representation), həqiqi biliyim kodlaşdırma
elmidir.
Kompyuterlərin insan qədər ağıllı olmaları üçün çox böyük miqdarda
dekleratif və prosedural bilik lazımdır. Buna qarşılıq olaraq insan biliyinin təbiəti
tam olaraq aydın ola bilməmişdir və biliyi bir kompüterdə sintez etmək - toplamaq
olduqca çətindir. Hal-hazırda süni intellekt tətqiqatları nəticəsində inkişaf etdirilən
bir çox biliyin təsviri metodu vardır. Bu metodlardan ən çox istifadə edilənləri
aşağıdakılardan ibarətdir:
Semantik şəbəkələr
Produksion model
Obyekt-xüsusiyyət-dəyər üçlüləri
Freymlər
Rrediktar məntiqi
Hər bilik təsviri metodunun digərlərinə görə üstünlükləri və çatışmazlığı
mövcuddur.
Prediklar məntəqi metodundan başqa digər metodlar varislik prinsipindən
faydalanırlar.