Microsoft Word X. Tahire dissertasiya doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə15/26
tarix26.09.2017
ölçüsü0,63 Mb.
#1818
1   ...   11   12   13   14   15   16   17   18   ...   26

 

44

miqdar  ölçülərindən  və  s.  asılıdır.  Bu  zaman  insan  əməyinin  yüngülləşdirilməsi, 



onun  yorucu  ölçmə  əməliyyatlarından  azad  edilməsi  üçün  obyektlər  xüsusi 

cihazlarla, bəzən isə mürəkkəb qurğularla təchiz edilməlidir. 

Təsərrüfat  əməliyyatlarının  əks  etdirildiyi  sənədlərdə  vaxt  amilinin  qeyd 

edilmesi, yəni gün, ay, il, saat, dəqiqə göstərilməsi vacibdir. Bunun üçündə xüsusi 

avtomat  cihazlardan,  tərəzilərdən,  saatlardan  istifadə  edilir.  lkin  məlumatların 

alınması  prosesi  bir  sıra  xarakterik  xüsusiyyətlərə  malikdir  və  məlumatların 

işlənmə  sıstemləri  yaradılan  zaman  onları  nəzərə  almaq  lazımdır.  Əks  halda  ən 

yaxşı  proqram  vasitələrindən  və  mütərəqqi  hesablama  texnikasından  istifadə 

edildiyi şəraitdə belə gözlənilən nəticələr alınmayacaqdır. 

Hər  şeydən  əvvəl  nəzərdə  saxlanılmalıdır  ki,  ilkin  məlumatların  yığılması 

prosesi adi əmək prosesi olmaqla müəyyən iş qüvvəsi sərfi, vaxt sərfi və müəyyən 

ixtısas  dərəcəsi  tələb  edir.  Özü  də  ilkin  məlumatların  yığılması  əməliyyatları 

kütləvi  xarakter  daşımaqla,  adətən  yekcins  olub,  işçilərin  müvafiq  daimi  təkrar 

olunan  əmək  sərfıni  tələb  edib,  primitivdir,  yorucudur  və  bu  da  səhvlərə  yol 

verilməsinə  səbəb  olur.  Digər  cəhətdən  ilkin  məlumatlar  şəklində  təsərrüfat 

fəaliyyətinin  nəticələrini  əks  etdirmək  məqsədilə,  ilkin  əməliyyatlar  yüksək 

dəqiqliyə  malik  olmalıdır.  Başqa  sözlə  ilkin  informasıya  gerçəklıyi  təmin 

etməlidir.  Bundan  əlavə  ilkin  məlumatlar  infortnasiyanın  islənmə  sistemlərinə 

vaxtlı  vaxtında  daxil  olmalıdır.  Buradan  helə  bir  nəticəyə  gəlmək  olar  ki,  ilkin 

məlumatlar gerçək və ucuz başa gəlməklə vaxtında əldə edilməlidir. 

darəetmə  obyektində  mövcud  olan  informasıya  sistemində  dövr  edən 

məlumatların sənədləşdirilməsi üçün müxtəlif üsul və vasitələrdən istifadə edilir. 

Sənədləşmə adətən mətbəə üsulu ile hazırlanmış standart blanklarda aparılır. 

Bir  çox  sənədlər  bir  başa  çoxsaylı  nüsxələrdə  hazırlanır  və  aidiyyatı  ünvanlara 

çatdırılır. 

Sənədlərin nüsxələrinin çoxaldılması surətçıxaran çoxaldıcı cihazlar vasitəsilə 

yerinə yetirilir. 

Adi kağız sənədlərin sistemləşdirilməsi və saxlanması üçün müxtəlif təşkilat 

texnikası  vasitələrindən  istifadə  olunur.  Bu  cür  primitiv  vasitələrdən  kargüzarlıq 



 

45

işlərində  tamamilə  kağızsız  informasıya  texnologiyalarına  keçilənə  qədər  istifadə 



ediləcəkdir.  Maraqlıdır  ki,  əməliyyat  sistemlərini  və  proqram  vasitələrini  işləyib 

hazırlayan  mütəxəssislər  ənənəvi  sənəd  dövriyyəsi  sferasında  istifadə  edilən 

terminləri (kitab, lüğət, qovluq, kartoteka və s.) olduğu kimi saxlamışlar. 

Məlumatların   işlənmə   sistemlərində   informasıyanın saxlanması, axtarışı 

və    verilməsi  məqsədilə  ən  primitiv  üsul  və  vasitələrdən  başlamış,  ən  mütərəqqi 

üsul və vasıtələrin çoxsaylı variantları tətbiq edilir. 

qtisadı  informasıyanın  avtomatlaşdırılmış  işlənmə  sistemlərinin  təşkilati-

texniki  bazasında  periferiya  texnikası  vasitələrinin  xüsusi  yeri  vardır.  Bu  texniki 

vasitələrə  identifıkatorları  dərk  edən  və  maşına  daxil  edən  qurğular,  fakt  və 

hadisələri,  təsərrüfat  əməliyyatlarını  ölçmək  və  hesablamaq  üçün  qurğular,  pul-

hesablaşma  əməliyyatlarını  avtomatlaşdıran  qurğular,  müxtəlif  istehsal 

qeydediciləri və s. aiddır. Identifıkatorların dərk edilməsi və maşına daxil edilməsi 

proseslərinin  avtomatlaşdırılması  üsullarını  nəzərdən  keçirərkən  daha  geniş 

yayılmış  ştrixli  kodlaşdırma  və  kodların  maqnit  yazılışı  üsullarına  xüsusi  dıqqət 

yetirmək lazımdır.   

Ş

trix  kodlaşdırma  üsulunun  geniş  yayılması  onun  bir  sira    üstünlüklərə  və 



vasitələrə malik olması ilə əlaqədardir: qrafikanın sadəliyi, təsvirlərin və eləcə də 

informasıya  daşıyıcılarının  keyfıyyətinə  qarşı  ciddi  tələblərin  qoyulması; 

informasıyanı  oxuyan  qurğuların  sadəliyi  və  ucuz  başa  gəlməsi.  Ştrixli 

kodlaşdırma vasitələrinin qeyd edılən üstünlükləri onların tətbiq dairəsini daha da 

genişləndirır  (ticarət  sahəsində,  sənaye  müəssisələrində,  malların  və  əmək 

cisimlərinin  hərəkəti  zamanı  istifadə  olunan  ştrixli  kodlar,  identifikatorlar 

qeydiyyat  nömrələrini  özündə  birləşdirir).  Bu  məqsədlə  xüsusi  proqram 

vasitələrindən və cihazlardan istifadə edilir. 

Maqnit  kartları  plastmas  lövhədən  ibarət  olmaqla  onun  üst  səthində 

identifikasıyaedici  yazılar  və  identifıkasiyanın  maqnit  yazısı  olan  ferro-maqnit 

örtük vardır. Maqnit kartı informasıyanı oxuyan qurğunun qəbuledicisinə qoyulur 

və ötürücü mexanizm vasitəsilə maqnit başlığın yanından keçir. Bu zaman maqnit 

kartında olan isarələr oxunaraq tələb olunan xəbər formasına çevrilir. 



 

46

Maqnit kartlarının da tətbiq edildiyi sahələri çoxdur. 



Fakt  və  hadisələrin  əməliyyatların  ölçülməsi  və  hesablanması  məqsədilə 

istifadə  edilən  qurğulara  elektron  tərəziləri,  müxtəlif  sayğacları,  xammal  və 

material sərfini və axınlarını ölcən cihazları və s. aid etmək olar. Elektron tərəziləri 

ə

n çox iri ərzaq malları satışı mağazalarında, malların çəkilməsi və qablaşdırılması 



tələb olunan yerlərdə istifadə olunur. 

Konstruksiyasına  görə  elektron  tərəziləri  çəki  mexanızmi  ilə  çəkinin 

nəticələrini  rəqəm  formasına  çevirən  qurğunun  birləşməsi,  elektron  bloku, 

klaviaturalı idarəetmə paneli və zəruri indikatordan ibarətdir. Bu tərəzilər aşağıdakı 

ə

məliyyatları  yerinə  yetirə  bilir:  qablaşdırılmış  malın  çəkilməsi;  çəkinin  malın 



qiymətinə  vurulması  (qiymət  elektroıı  blokun  yaddaşında  saxlanılır), 

qablaşdırılmış malın etiketinin çap edilməsi, xəbərin malların hərəkətinin uçotunu 

həyata keçirən kompüterə verilməsi,  malların nomenklaturası və  qiymətlərindəki 

dəyişmələr  haqqındakı  məlumatların  kompüterdən  qəbul  edilməsi,  aparılmış 

çəkilər haqqındakı  məlumatların yığılması, saxlanması. 

Belə tərəzilər həm ayrılıqda və həm də malların hərəkətinin uçotu sisteminin 

tərkibində  istifadə  edilə  bilər.  Əgər  tarəzi  mağazanın  informasıya  sisteminin 

tərkibinə  daxil  olarsa,  tərəzinin  sayğac  göstəricisi  dövri  olaraq,  yaxud  da  iş 

növbəsinin  sonunda  malların  hərəkətinin  ümumi  uçotunu  aparan  mərkəzi 

kompüterə verilir. Beləliklə, mağazanın rəhbəri  çeşidlər üzrə  malların  hərəkətini 

operativ  surətdə izləmək və mal  axınlarının tənzimlənməsi  üçün vaxtında tədbir 

görmək imkanı əldə edir. 

Sayğaclardan iri seriyalı və axınlı xarakter daşıyan ıstehsal obycktlərində və 

ə

l  üsulları  ilə  malların,  məhsulların  hesablanması  məqsədəuyğun  və  etibarlı 



olmayan sahələrdə istifadə edilir. 

Bir qayda olaraq sayğac məmulatların və ya detalların hazırlanması texnoloji 

prosesinin  başa  çatdığı  yerlərdə  və  əsas  texnoloji  avadanlıqların  üzərində 

quraşdırılır. 

Xammal  və  material  sərfini  və  axənlarını  ölçən  cihazlardan  maye  və  qaz 

şə

klində olan obyektlərin ölçülməsində stifadə olunur. 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə