Microsoft Word X. Tahire dissertasiya doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə14/26
tarix26.09.2017
ölçüsü0,63 Mb.
#1818
1   ...   10   11   12   13   14   15   16   17   ...   26

 

41

Nəhayət  üçüncü  qrupu  təşkil  edən  vasitələr  və  qurğular  idarə  işçiləri  üçün 



ə

lverişli  əmək  şəraitinin  yaradılmasını  təmin  edən  aşağıdakı  təşkilat  texnikası 

vasitələrinin  özündə  birləşdirir:  məlumatların  yığılması,  saxlanılması,  axtarışı  və 

ə

ks  etdirilməsi  vasitələri  (qurğuları),  sənədlərin  formalaşdırılması  və  işlənməsi 



vasitələri, surət çıxaran, digər xüsusi cihazlar və qurğular. Ümumiyyətlə,idarəetmə 

orqanlarının  avtomatlaşdırılmış  sistemlərinin  səmərəli  fəaliyyəti  və  birinci  üç 

qrupa  daxil  olan  texniki  vasitələrdən  daha  dolğun  istifadə  edilməsi  təşkilat 

texnikası vasitələrinin tətbiq dairəsindən asılıdır. 

darəetmə  fəaliyyətinin  və  iqtisadi  informasiya  sistemlərinin  gələcək 

inkişafının  və  təkmilləşdirilməsinin  əsasını  ən  mütərəqqi  informasiya 

texnologiyaları  təşkil  etməlidir.  Bu  da  mütləq  yeni  elekrton  kompüter  və  rabitə 

kommunikasiya  vasitələrindən  geniş  istifadə  olunmasını  nəzərdə  tutur  ki,  nəticə 

etibarı  ilə  istifadəçilərə  informasiya-hesablama  xidmətinin  səviyyəsinin 

yüksəldəlməsi,  cəmiyyətin  indiki  şəraiti  üçün  səmrəli  olmayan  idarəetmə 

ə

nənələrinin dəyişdirilməsi təmin edilmiş olsun. 



Mütərəqqi  fərdi  EHM-in  və  kompüterlərin  tətbiqi  idarəetmənin  bütün 

səviyyələrində  işçiləri  vaxtinda  zəruri  informasiya  ilə  təmin  etməklə  yanaşı,  yeni 

infirmasiya texnologiyalarına keçilməsi sahəsində qarşıya çıxan psixoloji və digər 

maneələri  qətiyyələ  aradan  qaldırır.  nformasiyanin  işlənməsinin  yeni  kompüter 

texnologiyaları,  mətnlərin hazirlanması  və  redaktə  edilməsinin avtomatlaşdırılmış 

sistemi,  elektron-rabitə  sistemi,  ayrı-ayrı  idarəetmə  sənədlərinin  işlənib 

hazırlanmasına,  informasiyasının  alınmasına  daha  yaradıcı  yanaşılmasına, 

informasiya proseslərini tamamilə avtomatlaşdırılmasına imkan verir. 

Müasir  fərdi  EHM-in  böyük  yaddaşa  malik  olması  istənilən  vaxtda  və 

istənilən  iş  yerində  idarəetmənin  ehtiyaclarina  uyğun  zəruri  informasiyanın 

alınmasının  bilavasitə  istifadəçinin  özü  tərəfindən  tənzim  olunması  üçün  əlverişli 

şə

rait yaradır. Bu cür sistemin tətbiqi yüksək sürətə malik çevik və etibarlı daxili 



rabitə  sisteminin  olmasını,  lokal  hesablama-kompüter  şəbəkəsinin  mövcudluğunu 

və  onların  qlobal  informasiya  şəbəkəsinə  qoşulmasını  tələb  edir.  nformasiyanın 

işləməsinin  yeni  texnologiyalarının  təşkilati-texniki  bazasının  yaradılmasının əsas 



 

42

prinsipi  istifadəçilərə  hərtərəfli  və  operativ  informasiya-hesablama  və  kopüter 



xidmətlərinin  göstərilməsidən  ibarətdir.  nformasiya  işlənməsi  texnologiyalarının 

yaradılması və fəaliyyəti təcrübəsində texniki vasitələr kompleksinin təşkilinin və 

texniki  bazasının  qurulmasının  ilk  üç  əsas  üsulu  mövcud  olmuşdur: 

mərkəzləşdirilmiş,  qeyri  mərkəzləşdirilmiş  və  iyerarxik  bölgülü  üsul.  Birincidə 

məlumatların  avtomatlaşdırılmış  işlənməsi  ilə  əlaqədar  bütün  əməliyyatların 

kompüter-hesablama şəbəkəsində yerinə yetirilməsi nəzərdə tutulur.  kinci üsulda 

irihəcmli  məlumat  massivlərinin  və  informasiya  bazalarının  yaradılması  tələb 

edilməyən  əməmliyyatlar  yerinə  yetirir.  Bu  iş  adətən  aşağı  səviyyəli  idarəetmə 

orqanlarında  periferiya  avadanlıqlarının  köməyi  ilə  və  fərdi  istifadədə  olan  ayrı-

ayrı  kopüterlərin  vasitəsi  ilə  həyata  keçirilir.  Üçüncü  üsulda  isə  informasiyanın 

işlənməsinin  texniki  vasitələri  və  texnoloji  proseslər  idarəetmə  sistemlərinin 

səviyyələri arasında optimal qaydada bölüşdürülür. 

Fərdı  kompüterlər  hesablama  texnikasının  müasir  şəraitın  tələblərinə 

uyğunlaşmasının  məntiqi  nəticəsidir.  Həmin  tələblərə  yerli  istifadə  imkanlarının 

genişləndirilməsi, mütəxəssis olmayanlar üçün istifadənin asanlaşdırılması, habelə 

informasıya  şəbəkəsinə  qoşulma  imkanının  genişləndirilməsi,  ucuzluq  və  sairəni 

misal göstərmək olar. 

Bu  tələblərə  cavab  verən  fərdi  kompüterlər  həmçinin  bir  sıra  mühüm 

keyfıyyətlərə  malik  olmalıdır.  Bəzən  bu  keyfıyyətlərə  görə  FEHM-lər  böyük 

EHM-dən nəinki geri qalmamalı, hətta onları qabaqlamalıdırlar. Həmın zəruri key-

fıyyətlərə yüksək məhsuldarlığı, etibarlılığı, ilkin informasıya mənbəyi ilə etibarlı 

ə

laqənin  təmin  olunmasını,  böyük  həcmdə  informasiya  işləmək  və  saxlamaq 



imkanları və s. aid edilməlidir. 

Dünyada istehsal olunan EHM-lərin böyük hissəsini fərdi kompüterlər təşkil 

edır.  Fərdi  kompüterlərin  belə  geniş  yayılması  ilk  növbədə  mikroelektron 

texnikasının inkişafındakı  müvəffəqiyyətilə  əlaqədardır:  inteqral sxemlər şəklində 

yaddaş  elementlərinin  yaradılması  və  elementlərin  kiçik  ölçülərə  malik  olması, 

mikroprosessorların geniş tətbiqi və s. 

Məlum  olduğu  kimi,  EHM-in  əsas  qurğusu  olan  prosessor  avtomatik 



 

43

hesablama  prosesini  və  onun  idarə  olunmasını  təmın  edir.  FEHM-də  həmin 



funksiyaları ölçüləri dəfələrlə kiçik olan mikroprosessor icra edir. Mikroprosessor 

dedikdə,  bir  və  ya  bir  neçə  yarımkeçirici  kristalda  yığılmış  inteqral  sxemlər 

nəzərdə tutulur. 

Fərdi  kompüterlər  elektron  sənayesinin  məhsulu  kimi  bir-birilə  kabellərlə 

ə

laqələndirilmiş  ayrı-ayrı  aqreqatlardan  və  bloklardan  ibarətdir.  Bu  aqreqat  və 



blokların  sayı  müxtəlif  olmaqla,  fərdi  kompüterin  göndərilən  komplektınin 

tərkibinə aşağıdakılar daxildir: sistem bloku, klaviatura, monitor və manipulyator. 

Komplektın  tərkıbinə  daxil  olan  digər  qurğulara  isə  çap  işini  həyata  keçirən 

printer, əlavə yığıcı və s. aiddir. 

Stasionar fərdı kompüterin sistem bloku düzbucaqlı karkas şəklində olmaqla 

özündə kompüterin əsas qovşaqlarını birləşdirir (baş plata, adapterlər, qidalandırıcı 

blok, çevik, maqnit diskləri üçün bir-iki ədəd diskovod, bərk maqnit diskində 1-2 

ə

dəd  diskovod,  vinçester,  dinamik,  idarəetmə  vasitələri,  optik  və  ya  kompakt 



disklər üçün diskovodlar və s). 

Fərdi  kompüterlərin  klaviaturası  informasıyanın  maşına  daxil  edilməsi  yə 

ə

mrlərin  idarə  edilməsi  üçündür.  Beynəlxalq  standarta  uyğun  olaraq  kompüterin 



klaviaturasında  adətən  101-103  düymə  olur.  Klaviaturada  olan  bütün  düymələr 

aşağıdakı  kimi  qruplaşdırılır:  simvol  düymələri,  funksional  düymələr,  reqistrləri 

dəyişdirən  düymələr,  rəqəm  düymələri,  kursoru  idarə  edən  düymələr  və 

modifıkasiya düymələri. 

Fərdı  kompüterin  monitoru  mətn  və  qrafiki  informasiyanı  əks  etdirir. 

Monitorlar adi və rəngli olmaqla mətn və ya grafıki rejimlərdən birində işləyir.  

Məlumatların  avtomatlaşıdırılmış  işlənmə  sisteminın,  səmərəliliyinin 

yüksəldilməsini  təmin  etınək  üçün  təbiidir  ki,  elə  identifıkasiya  üsulları 

tapılmalıdır ki, onlar bilavasitə identifıkatorun maşınoxuyan formasında alınmasını 

təmin etsin. Fakt və hadisələrin, əməliyyatların ölçülməsi proseslərinin mahiyyəti 

kifayət  qədər  məlum  olduğuna  görə,  onların  geniş  izahına  ehtiyac  yoxdur. 

Ölçmənin konkret forması son dərəcə müxtəlifdir və onlar həlledici tərzdə ölçmə 

obyektinin  növündən,  fıziki  mahiyyətindən,  ölçmənin  dəqiqlik  dərəcəsindən, 



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə