Microsoft Word X. Tahire dissertasiya doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə17/26
tarix26.09.2017
ölçüsü0,63 Mb.
#1818
1   ...   13   14   15   16   17   18   19   20   ...   26

 

50

olan Assemblerlər xüsusı yer tutur. Assembler maşın əmrlərinin mnemonik (şərti) 



yazılışından  ibarət  olmaqla  maşın  dilində  yüksək  effektli  proqramları  almağa 

imkan  verir.  Bununla  yanaşi  Assemblerdən  isrifadə  edilməsi  proqramlaşdırıcıdan 

yüksək  ixtisas  səviyyəsi,  proqramın  tərtibinə,  sazlanmasına  çoxlu  vaxt  sərf 

olunmasını tələb edir. 

Texniki  xidmət  proqramları  kompiterlərin  iş  prosesində  və  ya  bütövlükdə 

hesablama  sistemində  səhvlərin  diaqnosfikası  və  aşkara  çıxarılmasının  proqram-

aparat  vasitələrinin  məcmusundan  ibarətdir.  O,  özünün  tərkibində  aşağıdakıları 

birləşdirir: EHM-in və onun ayrı-ayrı hissələrinin düzgün işləməsinin diaqnostikası 

və  test  nəzarəti  vasitələri,  o  cümlədən  bu  hissələrin  EHM-də  avtomatik  üsulla 

səhvlərin  və  nasazlıqların  axtarılıb  tapılması;  onların  müəyyən  qaydada 

lokallaşdırılması;  bütövlükdə  informasıya  sisteminin  hesablama  mühitinin 

diaqnostikası  və  nəzarətinin  xüsusi  proqram  vasitələrini,  o  cümlədən  hesablama 

sisteminın  iş  növbəsi  başlanana  qədər  məlumatların  işlənmə  sisteminin  iş 

qabiliyyətinin  avtomatik  yoxlanmasını  həyata  keçirən  proqram-aparat  nəzarəti 

vasitələrini. 

qtisadi  informasıyanın  işlənmə  fexnologiyalarının  tətbiqi  proqram 

təminatının  başlıca  təyinatı,  istifadəçinin  konkret  məsələlərinin  işlənıb 

hazırlanması  və  yerinə  yetirilməsindən  ibarətdir.  Tətbiqi  proqram  təminatı  baza 

proqram  təminatının.  Onun  və xüsusilə  əməliyyat  sistemlərinin  idarəçiliyi  altinda 

işləyir.  Onun  tərkibinə  aşağıdakılar  daxildir;  müxtəlif  təyinatlı  tətbiqi  proqram 

paketləri; istifadəçinin və bütövlükdə informasiya sisteminin işçi proqramları. 

Tətbiqi  proqram  paketləri  istifadəci  tərəfindən  həll  edilən  məsələlərin 

avtomatlaşdınlmasının  ən  güclü  vasitəsi  olmaqla  informasıyanın  işlənməsində 

kompüterin  yerinə  yetirdiyi  bu  ya  digər  funksiyalar  və  proseduralar  haqqında 

zərurı  biliklərə  yiyələnməsi  lüzumunu  praktiki  surətdə  tamamilə  aradan  qaldırır. 

Hazırda  özlərinin  funksional  imkanlarına  və  reallaşdırılması  üsullarına  görə  biri-

birindən fərqlənən TPP-nin geniş spektri mövcuddur. 

Tətbiqi  proqram  paketləri  müəyyən  sinfə  aid  olan  məsələlərin  həlli  üçün 

nəzərdə tutulmuş proqramlar kopleksindən ibarətdir, 



 

51

Ümümi  təyinatlı  TPP  istifadəçinin  funksional  məsələlərinin,  bütövlükdə 



informasıya  sisteminin  işlənib  hazırlanması  və  istismarının  avtomatlaşdırılması 

üçün nəzərde tutulan universal proqram məhsullarıdır. 

Redaktorlar  ümumi  təyinatlı  TPP-də  mətnlərin,  sənədlərin,  qrafiki 

məlumatların və təsvirlərin yaradılması və dəyişdirilməsi məqsədilə istifadə edilir. 

Onların  vasitəsilə  müəssisədə  (fırmada)  sənəd  dövriyyəsinin  avtomatlaşdırılması 

həyata keçirilir. Redaktorlar funksional imkanlarına görə mətn. qrafiki və nəşriyyat 

sisteminin redaktorlarına ayrılır. 

Mətn  redaktorları  mənt  informasiyasının  işlənməsi  üçün  nəzərdə  tutulmaqla 

aşağıdakı əsas funksiyaları yerinə yetirir: mətnin fayla yazılması; mətndə olavələr 

edilməsi,  çıxarılması,  simvolların,  sətrlərin  və  fraqmentlərin  dəyişdirilməsi; 

mətndə  orfoqrafiya  qaydalarının  yoxlanılması;  müxtəlif  şriftlərlə  mətnin 

rəsmiləşdirilməsi;  mətnin  formasının qaydaya  salınması;  başlıqların  hazırlanması; 

mətnin  səhifələrə  bölünməsi;  sözlərin  və  ifadələrin  axtarışı  və  dəyişdirilməsi; 

mürəkkəb olmayan təsvirlərin mətnə daxil edilməsi; mətnin çap edilməsi. 

Qrafiki  redaktorlardan  qrafiki  sənədlərin,  o  cümlədən,  diaqramların, 

təsvirlərin,  cizgilərin  və  cədvəllərin  işlənilməsi  üçün  onların  köməyilə  fıqur  və 

ş

riftlərin  ölçülərinin,  fıqur  və  hərflərin  yerdəyişmələrinin  idarə  edilməsi,  ixtiyari 



təsvirlərin formalaşdırılması mümkündür. 

Nəşrıyyat sistemləri mətn və qrafiki redaktorun imkanların özündə birləşdırir, 

qrafiki  materialların  formalaşdırılması  va  sonradan  onların  çapa  çıxarılması 

sahəsində əlavə geniş imkanlara  malikdır. Ona görə də bu sistemlərdən nəşriyyat 

işində daha çox islifadə olunur. 

Cədvəl  məlumatlarının  işlənməsi  üçün  nəzərdə  tutulan  tətbiqi  proqram 

paketlərinə  elektron  cədvəlləri  deyilir.  Cədvəl  məlumatları  onun  sütun  və 

sətrlərinin  kəsişmələrində  yerləşən  yuvalarda  saxlanılır.  Həmin  yuvalarda  ədədi 

məlumatlar,  simvol  məlumatları  və  formulalar  saxlanıla  bilər.  Formulalar  bir 

yuvanın  qiymətinin  digər  yuvalardakı  məlumatlardan  asılılığını  göstərir.  Bir 

yuvanın  məlumatının  dəyişməsi  ondan  asılı  olan  digər  yuvanın  qiymətlərinin 

dəyişməsinə səbəb olur. 




 

52

nteqrasiya  edilmiş  paketlər  ümumi  təyinatlı  tətbiqi  proqram  paketlərini 



funksiyalarına  görə  fərqləndirən,  müxtəlif  proqram  komponentlərini  özündə 

birləşdirən  TPP-dir.  Müasir  inteqrasiya  edilmiş  TPP  tərkibinə  mətn  redaktorları, 

elektron  cədvəlləri  qrafiki  redaktorlar,  MB S-lər  və  kommunikasiya  modulu 

daxildir.  nteqrasiya  edilmiş  paketə  əlavə  modullar  kimi,  digər  komponentlər  də 

daxil  edilə  bilər.  Komponentlər  arasında  informasıya  əlaqələri  müxtəlif 

məlumatların  təqdım  edilməsi  formatlarının  unifikasiyası  yolu  ilə  təmin  olunur. 

Müxtəlif  komponentlərin  vahıd  sistemdə  inteqrasiyası  istifadəçiyə  sözsüz  böyük 

imkanlar verir, 

CASE-texnologiyadan  adətən  layihələrin  kollektiv  reallaşdırılması  və  bu 

layihələrdən  müxtəlif  peşələrdən  olan  mütəxəssislərin  (sistem-analitiklərin, 

layihəçilərin,  proqramlaşdırıcıların  və  s.)  iştirakı  tələb  olunan  mürəkkəb 

informasiya  sistemləri  yaradılan  zaman  istifadə  olunur.  CASE-texnologiya 

dedikdə,  predmet  sahəsinin  təhlili,  layihələşdirilməsi,  proqramlaşdırılması  və 

informasıya  sisteminin  istismarı  metodologiyasını  özündə  birləşdirən  və  bu 

sistemin işlənib hazır1anma prosesinın avtomatlaşdırılması vasitələrinin məcmusu 

başa  düşülür.  Bu  vasitələrin  sistemin  fəaliyyətinin  bütün  mərhələlərində  tətbiq 

edilməsi qarşıya cıxan məsələlərin həllini xeyli sadələşdirir. 

qtisadiyyatda  və  sosial  sferada  informasıyanın  işlənməsi  vasitələrinə  qarşı 

qoyulan  tələblərin  daim  artması  mütəxəssislərin  məntiqinə  və  təcrübəsinə 

ə

saslanan 



evristik 

və 


qeyri-formal 

məsələlərin 

həlli 

proseslərinin 



kompüterləşdirilməsini stimullaşdırır. 

 

 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə