Microsoft Word X. Tahire dissertasiya doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə21/26
tarix26.09.2017
ölçüsü0,63 Mb.
#1818
1   ...   18   19   20   21   22   23   24   25   26

 

63

 



Şə

kil 10.  

Predikatlar məntiqi 

“deyil”, “və”, “və ya”, “əgər” , ”Ancaq və ancaq”-lardan  istifadə edilən 

məntiq  sisteminə  Prediklar    məntiqi  deyilir.  predikatlar  məntiqinin  təməl  

komponentləri predikat, dəyişən, funksiya və sabitdir. 

 



 

64

 



FƏS L 3. QEYR -SƏL S MƏNT Q N MÜƏSS SƏN N MAL YYƏ 

FƏAL YYƏT NDƏ TƏTB Q XÜSUS YYƏTLƏR  

 

3.1. Qeyri-səlis məntiqdən istifadə etməklə müəssisənin maliyyə 

fəaliyyətinin təhlilinin əsas xüsusiyyətləri 

 

   Müəssisənin  maliyyə  dayanıqlığının  olması  həmin  müəssisənin  uzunmüddətli  



stabil  fəaliyyət  göstərə  bilməsini  əks  etdirir. O  müəssisənin  kreditorları  və  in-

vestorları  ilə  əlaqəsini  xarakterizə  edir. Müəssisənin  özünəməxsus  kapitalı  ilə  

borc vasitələri  arasında  olan  nisbəti  göstərir. Müəssisənin  özünəməxsus  likvid  

kapitalı  onun  bütün  borc  öhdəçiliklərini  örtmədiyi  hallarda  və  iri  kreditorları  

öz  vəsaitlərinin geri qaytarılmasını  tələb etdikdə  müəssisənin  müflisləşməsi  təh-

lükəsi  yaranır. Eyni  zamanda  da  borc  vəsaitlərindən  istifadə  edilməsi  müəssi-

sənin  maliyyə  dayanıqlığı  təhlil  etdikdə  onun  gəlirlilik   və  risklilik  səviyyə-

sini  əks  etdirən    göstəricilər  sistemini  təhlil  edilib  qiymətləndirilməlidir. 

   Elə  müəssisələrin  maliyyə  dayanıqlığı  mövcud  olur  ki, onlar  öz  vəsaitləri  

hesabına  aktivlərini( əsas fondlarını, dövriyyə  vəsaitlərini, qeyri-maddi  aktivləri-

ni)  formalaşdırır, özünü  doğrultmayan  debitor  və  kreditor  borc  öhdəçilikləri  

yaratmır, borc  öhdəçiliklərini  vaxtında  və  öz  vəsaitləri  hesabına  yerinə  yetirir, 

ödəyir. 

  Maliyyə    dayanıqlığının    təhlil    edilməsinin    başlıca    məsələlərinə    müəssisənin  

aktivlərinin  və  passivlərinin  dəyərinin  və  strukturunun  müəyyən  edilməsi  aid 

edilir.  Bu    yolla    müəssisənin    maliyyələşmə    baxımından    nə    dərəcədə    asılı  

olmasını;  kreditorlardan,  investorlardan    asılılığının    artması    və    yaxud    da  

azalmasını; onun  aktivlərinin  və  passivlərinin  sərbəst  maliyyə-təsərrüfat  fəaliy-

yəti  göstərməsi  üçün  şərait  yaradıb-yaratmamasını  müəyyən  etmək  və müvafiq  

nəticə    əldə    etmək    olar.  Müəssisənin    aktivlərinin    hər    birinin    həcminə    və  

ə

mlakının  ümumi  dəyərinə  görə  müəssisənin  maliyyə  dayanıqlığının  səviyyə-



sini  qiymətləndirmək  və  müvafiq  qərar  qəbul  etmək  mümkündür.  


 

65

   Müəssisənin  maliyyə  dayanıqlığının  qiymətləndirilməsinin  əsas  meyarların-



dan    birini    onun    xərclərinin    və    ehtiyatlarının    formalaşması    mənbələrinin  

onlardan  çox  olması  və  yaxud  çatışmaması  təşkil  edir  və  onun  vəsaitlərinin  

ə

mələ  gəlmə  mənbələri  ilə  xərcləri  və  ehtiyatları  arasındakı   fərqlə  müəyyən  



olunur. (Misal) 

   Müəssisənin  fəaliyyət  ritmi  və  yüksək  nəticələr  əldə  etməsi  onun  dövriyyə  

vəsaitləri  ilə  təmin  olunmasından  bilavasitə  asılıdır. Müəssisənin  debitor  borc-

larının  çox  olması  onun  resurslarının  müəssisədən  kənar  yayındırılmasına  və  

səmərəsiz  istifadə  olunmasına  gətirib  çıxarır. Dövriyyə  vəsaitlərinin  tərkibinə  

həm  material  və  həm  də pul  vəsaitləri  daxil  olunduğundan  onlardan  səmərəli  

istifadə    edilməsi    müəssisənin    maliyyə    dayanıqlığına    müsbət    təsir    göstərir. 

Müəssisənin    özünəməxsus    dövriyyə    vəsaitlərinin    lazım    olduğundan    çoxluq  

təşkil    etməsi    onun    ehtiyatlarının    həcminin    azalması    hesabına    baş    verməsi  

müəssisənin    maliyyə    vəziyyətinin    sabit    olmasından    xəbər    vermir.  Müəssisə  

cari  fəaliyyətini  maliyyələşdirmək  məqsədilə  borc  vəsaitlərindən  istifadə  edə  

də, etməyə  də  bilər. 

   Əgər  təhlil  edilən  müəssisənin  dövriyyə  vəsaitləri  ehtiyatlarının  yaradılma-

sına    sərf    edilibsə,  borc    vəsaitlərindən    istifadə    olunubsa    onda    müəssisə  

böhranlı  maliyyə  vəziyyətində  ola  bilməz. Müəssisənin  vaxtı  keçmiş  kreditor  

borcunun  olmaması  onun  müflisləşmiş  müəssisə  kateqoriyasına  aid  edilməsinə  

imkan  vermir.  

   Yuxarıda  göstərilən  mütləq  maliyyə  dayanıqlığı  göstəricilərilə  yanaşı  nisbi  



maliyyə  dayanıqlığı

  göstəricilərindən  də  istifadə  olunur. Belə  göstəriciləri  iki  

qrupa  ayırmaq  olar. I  qrup  müəssisənin  dövriyyə  vəsaitlərinin  vəziyyətini  əks  

etdirən  göstəriciləri  birləşdirir. Onlara  aşağıdakılar  aid  edilir: 

   - özünəməxsus  vəsaitlərlə  təmin  olunma  əmsalı; 

   - özünəməxsus  vəsaitlərlə  material  ehtiyatlarının  təmin  olunması  əmsalı; 

   - özünəməxsus  vəsaitlərlə  manevr  etmək  əmsalı.  

   II  qrup  əsas vəsaitlərin vəziyyətini  və  maliyyə  asılılığının  olmaması  dərəcə-

sini  əks  etdirən  göstəriciləri  birləşdirir. Onlara  aiddir: 



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə