Microsoft Word XIX esr az an doc



Yüklə 2,38 Mb.
Pdf görüntüsü
səhifə66/102
tarix21.02.2018
ölçüsü2,38 Mb.
#27404
1   ...   62   63   64   65   66   67   68   69   ...   102

____________________Milli Kitabxana______________________ 

271 


 

Tanrı bili kim, tari-səri-zülfündə  

Guya üzülüb rişteyi-canım qaldı. 

 

* * * 



 

Var Ərdəbilin xeyli gözəl torpağı,  

Tər yoncası, göy səbzəsi, xürrəm bağı.  

Hərdəm ki, düşər yadıma, həsrət çəkərəm,  

Bali-Səbəlan ilə gomuş qaymağı. 

 

* * * 



 

Xaki-Nəcəfi-Əşrəfə oldum vasil,  

Səd şükr xudayə, feyz aldım kamil,  

Sərsəbz olub məzrəeyi-amalım, 

Xirmən-xirmən səadət etdim hasil. 

 

* * * 



 

 

Tiflisdə bir sərvqədü siməndam,  



Mehmanım olub bir gecə içdi neçə cam,  

Sordum ləbini güldü, dedi: ey Seyyid,  

Şər ilə məgər degil sizə badə həram? 

 

* * * 



 

Ey Şeyx Nizami, ey nizami dağılan,  

Ey Gəncədə izzü ehtişamı dağılan,  

Olmuşmu səninlə mən kimi aləmdə  

Beyti, evi, məktəbi, kəlamı dağılan? 

 

 




____________________Milli Kitabxana______________________ 

272 


 

 

İBRAHİM BƏY AZƏR 



 

İbrahim bəy Əli bəy oğlu Azər 1836-cı ildə Şuşada doğulmuşdur. Qasım bəy 

Zakirin nəvəsi, Abdulla bəy Asinin böyük qardaşıdır. Azər Mehdiqulu xanın 

tərbiya va himayəsində böyümüşdür. Təhsilini Şuşada almış, fars və rus dillərini 

gözəl bilmişdir. Bir müddət rus məhkəməsində  vəkil işləmiş, 1885-ci ildə  vəfat 

etmişdir. 

"Məclisi-fəramuşan"m iştirakçılarından olan Azər klassik üslubda 

Azərbaycan və fars dillərində yazmış, lakin əsərlərinin az hissəsi qalmışdır. 

Burada verilən nümunələr Firidun bəy Köçərlinin "Azərbaycan  ədəbiyyatı" (II 

cild, 1981) və "Poetik məclislər" (1987) kitabından götürülmüşdür

 

QƏZƏLLƏR 



 

Ahu kimi baxanda o məstanə gözlərin,  

Baxdıqca eyləyir məni divanə gözlərin. 

 

Fərhad kimi mən kimiyə dağı dəldirir,  



Şirin baxışlı, Xosrova xubanə gözlərin. 

 

Hər dəm ki, istəsə baxa bir kəc nigahilə,  



Yüz min könül yıxar yenə cananə gözlərin. 

 

Zənciri-eşqini salıban boynuma mənim,  



Bak etməyib çəkər məni hər yanə gözlərin. 

 

Eşqin edibdi Azəri-dilxəstəni cünun,  



Məcnunsifət salı bu biyabanə gözlərin. 

 

* * * 



 

Məgər, ey bivəfa, heç yar olanlar yarı sormazlar?  

Əsiri-möhnəti-qürbət olan biman sormazlar? 

  

 



 


____________________Milli Kitabxana______________________ 

273 


 

 

Məgər qayib olan yarı xəyala bir gətirməzlər?  



Məgər gözdən düşüb yaddan çıxan əfkarı sormazlar? 

 

Qəmi-zülfu rüsunla gecə-gündüzüm keçir yeksan,  



Məgər, ey əhdü peymansız, belə qəmxarı sormazlar? 

 

Səba, izhar qıl ol qönçələb yarə bu peyğamım,  



Nolub rəsmi-vəfa bütlərdə, bu əsrarı sormazlar? 

 

Təəccüb kim əzəl katiblərindən bu vəfa əhü  



Neçün yoxdur vəfa bütlərdə, bu əsrarı sormazlar? 

 

Xəyali-nərgisi-məstüqəmi-zülfi-siyahınla  



Gecələr sübhədək fəryad edən biman sormazlar? 

 

Nə çox izhari-hal eylərsən, ey Azər, bu adətdir  



Kim, istiğnalı sultanlar gədayi-xan sormazlar! 

 

* * * 



 

Nə qəddir bu, nə qamətdir, sərapa şux rənadır,  

Və yainki qiyamətdir ki, aləm içrə bərpadır. 

 

Tənabi-zülfü göz cəlladı tutmuş yüz kəşakəşlə,  



Çəkirlər dara mən divanəni, bir xoş təmaşadır. 

 

Ərəqdir arizində, yoxsa şəbnəmdir gülə düşmüş,  



Düzülmüş ya ki, məh ətrafına iqdi-Sürəyyadır? 

 

Dəhanın nöqteyi-mövhumdur, ya qönçədir, bilməm,  



Bunu kəşf eyləmək olmaz ki, bir müşkül müəmmadır. 

 

Deyirlər ildə bir yol gün Əsəd bürcünə nəql eylər,  



Bu nə xurşiddir daim Əsəd bürcündə peydadır?! 

 

Sevib Əzranı Vamiq, Leylini Məcnun, olub rüsva,  



Sənin eşqində, dilbər, Azəri-divanə, rüsvadır. 

 

 




____________________Milli Kitabxana______________________ 

274 


 

  

* * * 



 

Arizin göstər gülə gülşəndə həmralənməsin,  

Qəddi-rəna qarşısında sərv bəlalənməsin. 

 

Zülü-mişkini-müsəlsəldə xəcil qıl sünbülü,  



Çeşmi-məstin nərgisə göstər ki, şəhlalənməsin... 

 

Mahi-nov kimdir günəş rüxsarın ilə bəhs edə,  



Bir kəsinti dırnağınla hiç qürralənməsin. 

 

Çün könül məhbusdur zülfündə, gəl bir rəhm qıl,  



Vurma əl zəncirə zindan əhli qövğalənməsin. 

 

Gər sənin eşqində Azər olsa rüsva, eybi yox,  



Kuhkən Şirindən ötrü necə rüsvalənməsin?! 

 

 



 


____________________Milli Kitabxana______________________ 

275 


 

MİRZƏ ƏLƏSGƏR NÖVRƏS 

 

Mirzə Ələsgər Növrəs 1836-cı ildə Şuşada doğulmuşdur. Uşaqlıqdan təhsilə 



xüsusi həvas göstərmiş, ərəb, fars dilləri ilə yanaşı rus dillini də öyrənmişdir. O, 

Şuşada kargüzar işləmişdir. 1912-ci ildə  vəfat etmiş  və  Şuşada Mirzə  Həsən 

qəbristanlığında dəfn olunmuşdur. 

Bədii yaradıcılığa gənclik illərində başlayan Növrəs "Məclisi-üns"ün fəal 

üzvlərindən olmuş, eyni zamanda "Məclisi-fəramuşan"ın yığıncaqlarında iştirak 

etmişdir. Onun əsərlərindən nümunələr müxtəlif  əlyazma və çap kitablarında 

qalmışdır. Şeirləri toplu halında ilk dəfə 1985-ci ildə Bakıda nəşr olunmuşdur. 

Buradakı nümunələr həmin kitabdan götürülmüşdür. 

 

QƏZƏLLƏR 

 

Könlüm elə pünhandır, geysulər arasında,  

Şanə gəzibən tapmaz yüz mulər arasında. 

 

İstər ki, çəkə Mani tərhini qaşın, bilməz,  



Peyvəstə kəşakəşdir əbrulər arasında. 

 

Məstanə xumar gözlər hərdəm mənə al eylər,  



Qaldım nə yaman yerdə cadular arasında. 

 

Bimar gözüm, cana, salmış məni bir halə,  



Səhrayə düşüb gəzdim ahulər arasında. 

 

Ta mən ki, cüda düşdüm ol yar vüsalından,  



Varmı görəsən söhbət bədgulər arasında?! 

 

Əğyarə vəfa etmək, üşşaqə cəfa, Növrəs, 



Bilməm bu nə adətdir məhrulər arasında?! 

 

* * * 



 

Çəkər xəclət, gülüm, ol gül üzündən gül çəmənlərdə,  

Üzündən qeyri yad etməz gülü bülbül çəmənlərdə. 

  

 



 


Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə