Microsoft Word XIX esr az an doc



Yüklə 2,38 Mb.
Pdf görüntüsü
səhifə97/102
tarix21.02.2018
ölçüsü2,38 Mb.
#27404
1   ...   94   95   96   97   98   99   100   101   102

____________________Milli Kitabxana______________________ 

399 


 

MOLLA ZEYNALABDİN SAĞƏRİ 

 

XIX  əsr  şairlərindən olan Sağərinin tərcümeyi-halı haqqında məlumat 



olduqca azdır. Seyid Əzim Şirvani öz təzkirəsində onun adını çəkmiş va bir şerini 

vermişdir. M.Müstəhidzadə isə "Riyazül-aşiqin" kitabında Sağərinin  Şuşada 

doğulduğunu, Axund Molla Sadıqdan dərs aldığını, ömrünün axırına qədər 

müdərrislik və  şairlik etdiyini, divan yaratdığım bildirir. O, öz təzkirasində 

Sağərinin həm türkcə, həm də farsca şeirlərindən yerləşdirmişdir ki, buradakı 

nümunələr onun əsasında verilir. 

 

QƏZƏLLƏR 



 

Ey könül, məhv eylə dildən vəsli-canan surətin,  

Nəqş qıl qəlbində bundan böylə hicran surətin. 

 

Adət eylə, ey könül, hicranü dinə yanmağa,  



Gəl fəramüş eylə ol mehri-dirəxşan surətin. 

 

Yox vəfası dilbərin, hərgiz vəfa etməz sənə,  



Eyləmə hərgiz təmənna mehri-canan surətin. 

 

Kafır oldun zülfı-pürçinindən, ey dil, tövbə qıl,  



Gəl çıxar dildən bu gün zülfi-pərişan surətin. 

 

Ey könül, eşqi-həqiqətdən dəm ur, bir həqqi tap,  



Xatirindən məhv qıl ol mahi-Kənan surətin. 

 

Yandı pərvanə tək balü-pərin hicr oduna,  



Etməyə hər kəs cahanda şəmi-suzan surətin. 

 

Gəl həyatından götür əl, Sağəri, xoşdur məmat,  



Arizü qılma ləbü ləli-zənəxdan surətin. 

  

 



 


____________________Milli Kitabxana______________________ 

400 


 

Tərəhhüm eyləməz hərçənd gülrüxi-yarə yalvarram,  

Nedim, bir güldən ötrü hər zaman min xarə yalvarram. 

 

Vüsalından olub məhrum, hicran atəşi üzrə,  



Fəğan, nalə ilə yaş töküb əğyarə yalvarram. 

 

Səni görmək mənə mümkün deyil, bir rəhm yox səndə,  



Səri-kuyində hər ləhzə dəri-divarə yalvarram. 

 

Salıbdır əqrəbi-zülfün qəmər dövründə seyr eylər,  



Qılıb könlüm pərişan, zülfi-ənbərbarə yalvarram. 

 

Könül mürğini seyd etdi iki cəllad cadusu, 



Xilas etməz, nədim, ol qəmzeyi-xunxarə yalvarram. 

 

Səbahü şamımı qılmış bərabər zülfü rüxsan,  



Gəhi ol sübhə, gahi türreyi-tərrarə yalvarram. 

 

Doyubdur Sağəri cana deyin dərdini cananə,  



Olubdur xanə viranə, gedib küffarə yalvarram. 

 

* * * 



Könül mürğini mən ol türreyi-tərrarə tapşırdım,  

Dili-divanəni ol zülfi-ənbərbarə tapşırdım. 

 

Ze bəs fəryad qıldı, mürği-dil sinəmdə qan oldu,  



Könül pərgaləsin ol qəmzeyi-xunxarə tapşırdım. 

 

Mənim cani-dilim hərgiz cahanda görmədi rahət,  



Təriqi-eşqdə canü-dili mən yarə tapşırdım. 

 

Könül, gəl tövbə qıl kim, bütpərəstlikdən səmər yoxdur,  



Dəxi bəsdir səni mən neçə il dildarə tapşırdım. 

 

Mənə müşkil ki, bundan belə qalmaq dari-dünyadə,  



Gülimi öz əlimlə mən verib bir xarə tapşırdım. 

  

 



 


____________________Milli Kitabxana______________________ 

401 


 

 

Atanda qəmzə oxun sinəmə min naz ilə canan,  



Xədəngi-tiri-peykanın dili-bimarə tapşırdım. 

 

Alıbdır dini-imanımı əldən, Sağəri, ol büt,  



Edib qəflət, əcəb, imanı küffarə tapşırdım. 

 

* * * 



Gözün tək, gözlərim nuru, mənim bimardır könlüm,  

Camalın gülşənində əndəlibi-zardır könlüm. 

 

Həzər qıl, vurma şanə zülfı-pürçinə sən, ey Leyli,  



Müsəlsəl zülfı-pürçinində Məcnun vardır könlüm. 

 

Ləbi-çeşmin xəyali qanə döndərmiş könül mülkün,  



Əyaği-badə tək qandan dolub, sərşardır könlüm. 

 

Xəyali-türreyi-pürçin ilə şamım səbah olmaz,  



Qəsəm ol türreyi-mişkinə, daim tardır könlüm. 

 

Səri-ku itlərimə hər nə var təqsim qıldım raən,  



Təsəvvür eyləmə, ey dilrüba kim, vardır könlüm. 

 

Gözümdə xabilə bir istirahət yox mənə hər dəm,  



Sənin fikri-xəyalınla əcəb bıdardır konlüm. 

 

Qocalıq yayə döndərdi qədin, ey Sağəri, likən  



Könül hərgiz qocalmaz, aşiqi-didardır könlüm. 

 

* * * 



Vur şanəni ol zülfı-pərişanə dağılsın,  

Tellər tökülüb cümlə biyabanə dağılsın. 

 

Gəl vermə mənə vədeyi-vəsli, həzər eylə,  



Qorxum budu kim, xalqa əfsanə dağılsın. 

 

Çak eyləmə qətlimdə giriban üzarım,  



Açma o qədər ruyini, biganə dağılsın, 

  

 



 


____________________Milli Kitabxana______________________ 

402 


 

 

Cəm eyləmə zülfü üzünə, eylə pərişan,  



Qoy əbr kimi mehri-dirəxşəndə dağılsın. 

 

Beyti-məhəni-hicridə yandı dili-zarım,  



Ey vəsl, mədəd qıl ki, bu kaşanə dağılsın. 

 

Min dil cəm olub zülfı-pərişanına mənsiz,  



Qoy ah çəkim, hər biri bir yanə dağılsın. 

 

Hicran ələmi qıldı fəramuş vüsalı,  



Ey Sağəri, ah eylə bu viranə dağılsın. 

 

* * * 



Vay o gündən kim, nəzərdən mahrüxsarım gedə,  

Vəsl evin viran edib qəhr ilə dildarım gedə. 

 

Beylə kim yoxdur qərarım bir zaman dildarsız,  



Qət olur, biliah, həyatım tərk edib yarım gedə. 

 

Çıxsa canım cismidən müşkül deyil hərgiz mən,  



Bir qiyamətdir mənə gər zülfı-zünnarım gedə. 

 

Ey könül, kam al vüsalından, məqami-vəsldir,  



Qorxuram dövri-fələkdən yari-qəmxarım gedə. 

 

Dur, qənimətdir, dolan başına, ey dil, dilbərin,  



Xofum ondandır, könül, bu sərvi-rəftarım gedə. 

 

Ey gözüm, eylə nəzər rüxsari-yarə, qorxuram  



Kim, məni tənha qoyub ol çeşmi-xümmarım gedə. 

 

Sağari oldu kabab hicran evində atəşə,  



Tərsim ondandır könüldən naleyi-zarım gedə. 

  

 



 


Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə