Microsoft Word XIX esr az an doc



Yüklə 2,38 Mb.
Pdf görüntüsü
səhifə25/102
tarix21.02.2018
ölçüsü2,38 Mb.
#27404
1   ...   21   22   23   24   25   26   27   28   ...   102

____________________Milli Kitabxana______________________ 

93 


 

Bu xəstə qəlbimin ahi, nəvası  

Olar ol qafilənin zəng sədası. 

 

Arayar, varmı yarın bir nişanı,  



Arayar ol yeniyetmə cəvanı. 

 

Nə ümmid, nə cavab tapmaz sualı,  



Suallar dəf qılmaz bu məlalı. 

 

Niyə didəm dolar həsrət yaşıyla?  



İlahi, kimsəni salma bu hala! 

 

Haray, ey çərx, əlindən, nə edərsən?!  



Bu könlümü hər an dərdlə didərsən. 

 

Mənə min dərdi verdin, yoxdu dərman;  



Bir anlıq vəsl üçün bu qədri hicran? 

 

Neçə min sinəyə dağlar çəkibsən,  



Usanmazsan məgər bu cövridən sən? 

 

Nə olardı, məhəbbət olmayaydı!  



Olurdu kaş bu möhnət olmayaydı! 

 

Üzünü görməyə yox əldə imkan,  



Nə də gül dərmədim vəslin bağından. 

 

Nə bir kəs var ki, həməsrarım olsun, 



 Nə bir kəs var mənim qəmxarım olsun. 

 

Kimə deyim ilahi, vəsfi-halım?  



Kimə deyim bu dərdim, bu məlalım? 

 

Bu əsrara ilahi, kimdi mərhəm?  



De kimdə var bu qədri dərdilə qəm 

 

Ki, ona söyləyim dərdimi bir dəm?  



Alım ondan bu dərdə bəlkə məlhəm. 

  



____________________Milli Kitabxana______________________ 

94 


 

Ey ənbər qoxulu sübhün küləyi,  

Xəbər gətir, sevindir bu ürəyi. 

 

Sən ey, aşiqlərin dərdinə məhrəm,  



Möhnətkeş insana ən yaxşı həmdəm, 

 

Tutulsa qönçətək bir qəlb kədərdən,  



Sən onu gül kimi xəndan edərsən. 

 

Nə olar ki, olub məhrəmi-əsrar  



Bizim də dərdimizdən ol xəbərdar. 

 

Danışım mən yarımın firqətindən,  



Xəbər verim cəfavü-möhnətindən. 

 

Mənim bu halıma rəhm eyləyib sən,  



Tükənməz dərdimə imdad edəsən. 

 

Gedib sən yanına ol zülmkarın  



Yetir peymanını aşiqi-zarın. 

 

Onun vüsalına yetən zamanda  



Tələsmə halımı şərhü-boyanda. 

 

Amandır, xatirinə dəymə birdən,  



Bəlkə də rəmzi var, gizlində səndən. 

 

Əvvəlcə başına dolan onun sən,  



Mənim əvəzimdə öp gözlərindən. 

 

Yetir bu ərzimi qəlb ovlayana,  



Kədərli qəlblərə məlhəm qoyana. 

 

Dəmadəm, ləhzə-ləhzə, sən müdam de,  



Ona məndən dua söylə, salam de. 

 

Əgər lütf eyləyib halım sorarsa,  



Bu idbar olmuş iqbalım sorarsa, 

  



____________________Milli Kitabxana______________________ 

95 


 

Nə gecəm var, nə də bir gündüzüm var,  

Nə bir iş görməyə yox məndə kirdar. 

 

Qərarım ol şəkər göftarım idi,  



Mədarım ol gözəl rəftarım idi. 

 

O sözlərdən ürəkdən dərd qalmış,  



O rəftardan məni tufanlar almış, 

 

Ürəkdə qəm, bu canımda soyuq tər,  



Həyat bağçamda da əsir küləklər. 

 

Haray, mənim bahar  fəslim nə soldu?  



Həyat çeşməm daha görünməz oldu. 

 

İnan, sənsiz elə yannam, yaxıllam,  



Mənimtək görməmiş təşnə bu əyyam. 

 

Əgər sevdan başımda qalsa böylə,  



Ümidim yoxdu vəslə heç səninlə. 

 

Dönüb bəxtim, gecəm bil, gündüz olmaz  



Səhər doğsa qəmimdən heç nə qalmaz. 

 

Kimin xoş bəxti var gülsün, sevinsin  



Ona tale yar olmuş, qoy öyünsün. 

 

Qarabəxtin halın hardan bilər o?  



Sitəmdən, hicrdən bilməz xəbər o. 

 

Günəş cəmallıda rəhm olsa hərgah  



Günəşə həsrətlə mən çəkmərəm ah. 

 

Axı, səndən uzaqdı bu kədər-qəm,  



Ürək darda, ciyər qan, gözlərim nəm. 

 

Könül doymuş inan ki, qəm-kədərdən,  



Qaçaram vəhşitək, cinsi-bəşərdən. 

  



____________________Milli Kitabxana______________________ 

96 


 

Elə bil Məcnunam sevdayi-Leyli,  

Ürəkdə səhrayə artırdı meyli. 

 

Göründü bir qasid, yox-yox o candı,  



Bu xəstə qəlbimə ruhi-rəvandı. 

 

Məni şad eylədi, o verdi namə,  



Nə namə, ətridə misli - şəmamə. 

 

Dolunca dağu-səhra mişk ilə mən – 



Dedim ahu göbəyi gəldi Çindən. 

 

Başımdan əqlimi aldı bir anda,  



Dəyişdi halimi bu xəstə canda. 

 

Açarkən naməni getdi kədər, qəm,  



Kəramət qapısı açıldı ol dəm. 

 

Bu namə dilrüba, o yardan idi,  



O munis sevgilim dildardan idi. 

 

Gah öpdüm, gah da qəlbim üstə qoydum,  



Mənə sevinc gətirmişiydi, duydum. 

 

Fəqət birdən halım oldu pərişan,  



O xəttə baxmağım deyildi asan. 

 

Təəccüb eyləyirdim iqbalımdan,  



Mənə namə gəlib mişkin xalımdan. 

 

Baxanda naməyə halım duruldu,  



Ürək də namənin ətriylə doldu. 

 

İlahi, bu necə xoş saət idi?  



Bu ki, bir əvəzsiz səadət idi. 

 

Məgər bu dövranın rəyi dolandı,  



Yatan bəxtim məgər, birdən oyandı? 

  



____________________Milli Kitabxana______________________ 

97 


 

Nə oldu cövr - çərx, ol zülmü-dövran?  

O zülmündən məgər oldu peşiman? 

 

Oxudum naməsin gülüzlü yarın  



İşindən hali oldum ol nigarın. 

 

O namə çox şəfəqqətlə yazılmış,  



Necə lütfü-məhəbbətlə yazılmış. 

 

Yazıb: "Ey hicranın bəndində dustaq,  



Hicrana səbr ilə dözərlər ancaq. 

 

Qoy, üzün dönməsin cövri-fəraqdan



Hicrimdə əl üzmə sən iştiyaqdan. 

 

Hələ əskilməmiş mehrin yanımda,  



Sevdan başımdadır, zövqün canımda. 

 

Səni unutmaram, fikrim bu olmuş,  



Nə vaxt ollam o yarımla həmağuş. 

 

Bütün eşq əhlinə bu bir məramdır,  



Naümmidlik məşuqlara həramdır..." 

 

Gəl ey saqi, gətir bir cami-gülgün,  



Ürəkdə pas tutan dərdimi silsin. 

 

Şükur olsun ki, bəxtim də yar oldu,  



Nə xoş əyyam, nə xoş ruzigar oldu! 

 

Gəl ey Vazeh, məcazi-eşqidən sən  



Həqiqət tap, onunla yüksələrsən. 

  



Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə