____________________Milli Kitabxana______________________
173
Rəməqim şiddət edəndə kim edər dərmanı,
Kim qılar nalə açib türreyi-müşkəfşanı,
Əgər ölsəm, məni-zarə kim oxur Quranı,
Bir kəsim yoxdu, dəxi etməgilən xar məni.
Yoxdu bir kimsə ola kim, məni-biyarə pənah,
Həmdəmim guşeyi-qəmxanədə var şöleyi-ah,
Haçanacan eyləyim yollara həsrətlə nigah,
Vətənimdə elədin həsrəti-didar məni.
Bir Əli Əkbər idi dərdimə dərmanü təbib,
Qaldı canım bu vilayatdə diləfgarü qərib,
Qorxuram həsrət öləm, olmaya didarı nəsib,
Salmaya yadına axır o vəfadar məni.
Rəhm qıl halıma, ey şiələrin mövlası,
Canımı aldı qəmü dərdü ələm sevdası,
Qoy yanımda Əli Əkbər ilən Abbası,
Vergilən can ilə onlara pərəsdar məni.
Gər qəbul eyləyəsən ərzimi, ey ərşü fəraş,
Razı olma yana əhvalıma bəm dağ ilə daş,
Gəl məni də aparıb qızlaruva qoy qaravaş,
Arayıb qoyma özündən belə biyar məni.
Canımı mərdüməki-dideyi-xunab edərəm,
Göz yaşımla o biyabanları sirab edərəm,
Razıyam, hər nə cəfa eyləsələr tab edərəm,
Çəksə zəncirə əgər Şümri-sitəmkar məni.
Bu fəna dəhrdə çün bikəsü biyarəm mən,
Dərdimə yoxdu dəva, aləmara xarəm mən,
Bir pərü balı sınan Qumriyi-gülzarəm mən,
Görməyin möhnətü hicranə sərdar məni.
____________________Milli Kitabxana______________________
174
MOLLA HÜSEYN DƏXİL
Molla Hüseyn Dəxil XIX əsrin ortalarında yaşayib yaradan ustad
sənətkarlardandır. Marağa şəhərində dünyaya göz açmış Dəxilin tərcümeyihalı
haqqında ətraflı məlumat yoxdur.
"Yazdığı asarın cümləsi İmam Hüseynin müsibətinə məxsus, Kərbəla
faciəsinə dair əhvalatdır" (F.Köçərli), Din xadimlərinin və "mərsiyəxanların
əlində ən mötəbər kitab " olan "Divan "ı Təbrizdə dəfələrlə nəşr olunmuş və
geniş yayılmışdır, Burada verilən nümunələr "Dahilərin gözyaşı" və "Necə qan
ağlamasın daş bu gün " kitablarından götürülmüşdür.
QƏZƏLLƏR
Xalın görəndə mürği-dilim biqərar olur,
Kim quş görəndə danəni, biixtiyar olur.
Gizlin görüb cəmaluvi mən gizlin ağlaram,
Zülfin açılsa, nalələrim aşikar olur.
Eşqində kim mən əsirə məlamət dilin açar,
Bu hüsnilə görəndə səni şərmsar olur.
Vəslin xəyalı Şümrə məni eyləyib əsir,
Bülbül güldən ötrü bəli, xarə zar olur.
Zənciri-kakilin məni xəlq içrə saxlayıb,
Gər olmaya bu riştə, yerim kuhsar olur.
Zülfündə könlümün quşunun aşiyanı var,
Vermə sabah yelinə, evim tarümar olur.
Qoy ağlayım ki, ta deməsinlə xəzan gəlir,
Bülbül səsi gələndə deyəllə, bəhar olur.
Mən bir sənə əsirəm, əmoğlu, yoxumdu bak,
Qoyma bu adı özgəsi qoysun ki, xar olur.
____________________Milli Kitabxana______________________
175
Mümkün deyildi Şümr məni eyləsin əsir,
Ahu nə vəqt rubəh əlində şikar olur?
Amma tutanda ovçu iki ahunun birin,
Labüd kəməndinə o biri tez düçar olur.
Xamə yazanda qisseyi-ləbtəşnə aşiqi
Ab ilə çün dolar gözü-söz abdar olur.
Üşşaq sərgüzəştəsini çün yazır Dəxil,
Başdan aşar sirişki, çü gövhər nisar olur.
* * *
Ey şəmi-bəzmi-matəmə pərvanə, ya Hüseyn!
Ey od salan müsibəti hər canə, ya Hüseyn!
Abbas xatirinə o qanlı cəmaluvi,
Ver bir nişan bu qəlbi-pərişanə, ya Hüseyn!
Ta bir yerə yığım bu pərişan xəyalımı,
Bais olum bir də çün əfğanə, ya Hüseyn!
Bişək salır təvəccöhə insani-kamilin,
Cismi-cəmadi surəti-insanə, ya Hüseyn.
İnsafdır üzümə gözüm yaşı axmaya,
Amma sənin qanın axa hər yana, ya Hüseyn?!
Hansı imam şiəsin istər sənin kimi,
Razı olub bu zülmi-nümayənə, ya Hüseyn?
Əkbər kimi cəvan oğula geydirər kəfən,
Zülfünə öz əliylə vurar şanə, ya Hüseyn.
Min üzr ilə anası əlindən alır onu,
Yollar başı kəsilməyə meydanə, ya Hüseyn.
____________________Milli Kitabxana______________________
176
Hansı imam xeymələrin odlayıbdılar,
Övladını töküblə biyabanə, ya Hüseyn.
Övrət, uşaq, gəlin, qız əyalı ayağ yalın,
Qaçdılar qorxudan hərə bir yanə, ya Hüseyn.
Bir iltifat qıl bu zəlilə, Dəxilinəm,
Misgin gəlib bu xaki-giranmanə, ya Hüseyn?
* * *
Çün gördülər bu çöldə verib üz bəla mənə,
Biganə oldular bər kim ola aşina mənə.
Dünya məhəbbətiylə gələnlər dağıldılar,
Rəhm etməyib bu taifeyi-bihəya mənə.
Dünya tələb ki, yoxdu bu dünyada etibar,
Bəsdir əgər tapılsa, bir əhli-vəfa mənə.
Hər qədr müşgülüm ola, müşküldə qalmaram,
Bəsdir Nəcəf çölündəki müşgülgüşa mənə.
Bir kimsə olmaya qabağımda qılıc vura,
Bəsdir bu Zülfiqari-şahi-lafəta mənə.
Qismət deyil Mədinəyə getmək yəqin bizə,
Cəddim deyibdi, məskən olar Kərbəla mənə.
Rüsxətdi hər cəvanə ki, toy arzusu var,
Qalsın bu çöldə Qasım növ kəndxuda mənə.
Yoxdur işim cavanlar ilə nüsrət etməyə,
Bir dil deyibdi Əkbəri-gülgünqəba mənə.
Heç kəs bu çöldə beyət əlin verməsin mənə,
Abbas var ki, əllərin eylər fəda mənə.
Dostları ilə paylaş: |