____________________Milli Kitabxana______________________
186
Fələyin mahın edib mehri-ruxun sərkərinə,
Gah verir nur ona, gah salır tarlığa.
Olma divanə, o zülfi-xəmə meyl etmə,
Həsən, Əqlin olsun, özünü salma o şahmarlığa.
* * *
Sən, ağa, bizlər üçün ruhi-rəvansan, getmə,
Nə həmin bizlər üçün, aləmə cansan, getmə.
Sənsiz aram nə mümkündü tapılsın bizdə,
Sən bizə quti-rəvan, tabü tavansan, getmə.
Bu yəqinimdi ki, aləm olu viran sənsiz,
Dolanım başına, sən cani-cəhansan, getmə.
Arizum oldu ki, çox ömr edəsən aləmdə,
"Məhfili-üns"də sən virdi-zəbansan, getmə.
Biz səninlə edirik aləm ara fəxr həmin,
Sən bizim izzətimiz, fəxri-zəmansan, getmə.
Səndən ancaq yetişir qəlbimizə zövqü səfa,
Sən səfabəxşi-dili-pirü cəvansan, getmə.
Vird edir şamü səba sidq ilə bu şeri Həsən,
Füqəra əhli üçün darül-əmansan, getmə.
* * *
İtmişdi dili-qəmzədə viranələr içrə,
Səd şükr ki, tapdım onu meyxanələr içrə.
Yarəb, yenə əl silsileyi-zülfə kim urdu,
Aşub düşübdür yenə divanələr içrə?!
Tari-səri-zülfünmüdü kim, şanə üzübdür,
Ya rişteyi-candır dolaşıb şanələr içrə?
____________________Milli Kitabxana______________________
187
Əfsaneyi-Fərhad ilə Qeys oldu fəramuş,
Yazıldı çü halım mənim əfsanələr içrə.
Zahid, səni tan, məni öz halına qoygil,
Gəzdirmə məni məscidü bütxanələr içrə.
Çoxdandı könül mail olubdur meyi-nabə,
Yar əksi düşüb bəs ki, o peymanələr içrə.
Müddətdi Həsən xəstədi bu gülxəni-qəmdə,
Saqi, nolu çəksən onu məstanələr içrə.
* * *
Qamətin tək boy atıb sərv xuraman olmaz,
Arizin tək, sənəma, bir güli-xəndan olmaz.
Nə olar türreyi-zülfün kimi bir sünbüli-tər,
Nə dodağın kimi bir ləli-Bədəxşan olmaz.
Nə qaşın tək fələk üzrə olu bir tazə hilal,
Nə camalın kinıi bir mehri-dirəxşan olmaz.
Nə gözün tək olu bir türki-kəmandari-cəri,
Nə müjən tək can alan navəki-peykan olmaz.
Hüsni-ruxsarına çox kimsənə maildi, vəli,
Ey mələkzadə, sənə mən kimi heyran olmaz.
Gər səri-kuyinə zahid deməsə xüldi-bərin,
İncimə, sevdiyim, onlarda ki iman olmaz.
Nolu göstərsən, əzizim, mənə bir ləhzə üzün,
Mehri-rüxsarına bir zərrə ki, nöqsan olmaz.
Gərçi aləmdə nəzakətli gözəl çoxdu, Həsən,
Leyk bu işvədə, bu qəmzədə canan olmaz.
____________________Milli Kitabxana______________________
188
* * *
Əhvalını, ey dil, sənə yarın demədimmi?
Hər feli xətadır o nigarın, demədimmi?
Meyl etmə o zülfə, özünü salma xətayə,
Zəncirdi hər bir xəmü tarın, demədimmi?
Çək cövrünü, ey dil, nə qədər var həyatın,
Bədməstliyini çeşmi-xumarın demədimmi?
Ey dil, o siyah çeşmi-xətakarə inanma,
Təzviri-bəladır, həmc karın demədimmi?
Can vermə, könül, eşqə, onun çəkmə cəfasın,
Eşq atəşinin ahu nəzarın demədimmi?
Səbr eylə, könül, eşqdə hicranına yarın,
Hicran gününün naləvü zarın demədimmi?
Vəsl ilə, Həsən, eyləmə hicrani fəramuş,
Var dalda xəzanı bu baharın, demədimmi?
____________________Milli Kitabxana______________________
189
MƏHƏMMƏD BAĞIR XALXALİ
Məhəmməd Bağır Xalxali 1829-cu ildə Xalxal əyalətinin Qarabulaq kəndində
ruhani ailəsində doğulmuşdur. İlk təhsilini evdə atası Axund Molla Heydərdən
alan Xalxali 14 yaşına çatanda biliyini artırmaq üçün Zəncana, oradan da
Qəzvinə getmiş, xüsusi müəllimlərin yanında dövrünün elmlərini öyrənmişdir.
Tahsilini başa vurduqdan sonra doğulduğu kəndə qayıdan Xalxali ömrünün
axırına qədər Qarabulaqda yaşamışdır. O, 1900-cü ildə vəfat etmiş və kənd
qəbiristanlığında dəfn olunmuşdur.
Zəmanəsinə uyğun yaxşı təhsil alan Xalxali əsərlərini Azərbaycan (türk), fars
və ərəb dillərində yazmışdır. Şairin azərbaycanca divanına "Sələbiyyə "
məsnəvisindən başqa qəzəl, müxəmməs, təcnis (qoşalıq) və saqinamələri
daxildir. Onu ədəbiyyat tarixində məşhurlaşdıran "Sələbiyyə" (1893)
məsnəvisidir. Mövzusu xalq arasında geniş yayılmış nağıl və hekayətlərdən
alınmış bu əsər Təbrizdə və Bakıda bir neçə dəfə nəşr edilmişdir. Bu kitabda
verilən "Sələbiyyə" "Cənub ulduzları " (1984) kitablarından götürülmüşdür.
SƏLƏBİYYƏ
(İxtisarla)
BAŞLANĞIC
Belə nəql eyləyib Mirzə Filani
Kəlami doğrudur, yoxdur yalani -
Ki, bir Tülkü diyari-İsfəhanda
Ki, yəni qeyrəti-mülki cahanda.
Əlinə düşməyib quti-münasib,
Muradın verməyib çərxi-məlağib.
Neçün ki, salmayıb bir zad əlinə,
Keçib bir ay ki dəyməyib ət dilinə.
Dostları ilə paylaş: |