Microsoft Word XIX esr az an doc



Yüklə 2,38 Mb.
Pdf görüntüsü
səhifə46/102
tarix21.02.2018
ölçüsü2,38 Mb.
#27404
1   ...   42   43   44   45   46   47   48   49   ...   102

____________________Milli Kitabxana______________________ 

186 


 

Fələyin mahın edib mehri-ruxun sərkərinə,  

Gah verir nur ona, gah salır tarlığa. 

 

Olma divanə, o zülfi-xəmə meyl etmə,  



Həsən, Əqlin olsun, özünü salma o şahmarlığa. 

 

* * * 



 

Sən, ağa, bizlər üçün ruhi-rəvansan, getmə,  

Nə həmin bizlər üçün, aləmə cansan, getmə. 

 

Sənsiz aram nə mümkündü tapılsın bizdə,  



Sən bizə quti-rəvan, tabü tavansan, getmə. 

 

Bu yəqinimdi ki, aləm olu viran sənsiz,  



Dolanım başına, sən cani-cəhansan, getmə. 

 

Arizum oldu ki, çox ömr edəsən aləmdə,  



"Məhfili-üns"də sən virdi-zəbansan, getmə. 

 

Biz səninlə edirik aləm ara fəxr həmin,  



Sən bizim izzətimiz, fəxri-zəmansan, getmə. 

 

Səndən ancaq yetişir qəlbimizə zövqü səfa,  



Sən səfabəxşi-dili-pirü cəvansan, getmə. 

 

Vird edir şamü səba sidq ilə bu şeri Həsən,  



Füqəra əhli üçün darül-əmansan, getmə. 

 

* * * 



 

İtmişdi dili-qəmzədə viranələr içrə,  

Səd şükr ki, tapdım onu meyxanələr içrə. 

 

Yarəb, yenə əl silsileyi-zülfə kim urdu,  



Aşub düşübdür yenə divanələr içrə?! 

 

Tari-səri-zülfünmüdü kim, şanə üzübdür,  



Ya rişteyi-candır dolaşıb şanələr içrə? 

  

 




____________________Milli Kitabxana______________________ 

187 


 

Əfsaneyi-Fərhad ilə Qeys oldu fəramuş,  

Yazıldı çü halım mənim əfsanələr içrə.  

 

Zahid, səni tan, məni öz halına qoygil,  



Gəzdirmə məni məscidü bütxanələr içrə. 

 

Çoxdandı könül mail olubdur meyi-nabə,  



Yar əksi düşüb bəs ki, o peymanələr içrə. 

 

Müddətdi Həsən xəstədi bu gülxəni-qəmdə,  



Saqi, nolu çəksən onu məstanələr içrə. 

 

* * * 



 

Qamətin tək boy atıb sərv xuraman olmaz,  

Arizin tək, sənəma, bir güli-xəndan olmaz. 

 

Nə olar türreyi-zülfün kimi bir sünbüli-tər,  



Nə dodağın kimi bir ləli-Bədəxşan olmaz. 

 

Nə qaşın tək fələk üzrə olu bir tazə hilal,  



Nə camalın kinıi bir mehri-dirəxşan olmaz. 

 

Nə gözün tək olu bir türki-kəmandari-cəri,  



Nə müjən tək can alan navəki-peykan olmaz. 

 

Hüsni-ruxsarına çox kimsənə maildi, vəli,  



Ey mələkzadə, sənə mən kimi heyran olmaz. 

 

Gər səri-kuyinə zahid deməsə xüldi-bərin,  



İncimə, sevdiyim, onlarda ki iman olmaz. 

 

Nolu göstərsən, əzizim, mənə bir ləhzə üzün,  



Mehri-rüxsarına bir zərrə ki, nöqsan olmaz. 

 

Gərçi aləmdə nəzakətli gözəl çoxdu, Həsən,  



Leyk bu işvədə, bu qəmzədə canan olmaz. 

  



____________________Milli Kitabxana______________________ 

188 


 

* * * 


Əhvalını, ey dil, sənə yarın demədimmi?  

Hər feli xətadır o nigarın, demədimmi? 

 

Meyl etmə o zülfə, özünü salma xətayə,  



Zəncirdi hər bir xəmü tarın, demədimmi? 

 

Çək cövrünü, ey dil, nə qədər var həyatın,  



Bədməstliyini çeşmi-xumarın demədimmi? 

 

Ey dil, o siyah çeşmi-xətakarə inanma,  



Təzviri-bəladır, həmc karın demədimmi? 

 

Can vermə, könül, eşqə, onun çəkmə cəfasın,  



Eşq atəşinin ahu nəzarın demədimmi? 

 

Səbr eylə, könül, eşqdə hicranına yarın,  



Hicran gününün naləvü zarın demədimmi? 

 

Vəsl ilə, Həsən, eyləmə hicrani fəramuş,  



Var dalda xəzanı bu baharın, demədimmi? 

  



____________________Milli Kitabxana______________________ 

189 


 

MƏHƏMMƏD BAĞIR XALXALİ 

 

Məhəmməd Bağır Xalxali 1829-cu ildə Xalxal əyalətinin Qarabulaq kəndində 



ruhani ailəsində doğulmuşdur.  İlk təhsilini evdə atası Axund Molla Heydərdən 

alan Xalxali 14 yaşına çatanda biliyini artırmaq üçün Zəncana, oradan da 

Qəzvinə getmiş, xüsusi müəllimlərin yanında dövrünün elmlərini öyrənmişdir. 

Tahsilini başa vurduqdan sonra doğulduğu kəndə qayıdan Xalxali ömrünün 

axırına qədər Qarabulaqda yaşamışdır. O, 1900-cü ildə  vəfat etmiş  və  kənd 

qəbiristanlığında dəfn olunmuşdur. 

Zəmanəsinə uyğun yaxşı təhsil alan Xalxali əsərlərini Azərbaycan (türk), fars 

və  ərəb dillərində yazmışdır.  Şairin azərbaycanca divanına "Sələbiyyə " 

məsnəvisindən başqa qəzəl, müxəmməs, təcnis (qoşalıq) və saqinamələri 

daxildir. Onu ədəbiyyat tarixində  məşhurlaşdıran "Sələbiyyə" (1893) 

məsnəvisidir. Mövzusu xalq arasında geniş yayılmış nağıl və hekayətlərdən 

alınmış bu əsər Təbrizdə  və Bakıda bir neçə  dəfə  nəşr edilmişdir. Bu kitabda 

verilən "Sələbiyyə" "Cənub ulduzları " (1984) kitablarından götürülmüşdür. 

 

SƏLƏBİYYƏ 

 

(İxtisarla)  

 

BAŞLANĞIC 



 

Belə nəql eyləyib Mirzə Filani  

Kəlami doğrudur, yoxdur yalani - 

 

Ki, bir Tülkü diyari-İsfəhanda  



Ki, yəni qeyrəti-mülki cahanda. 

 

Əlinə düşməyib quti-münasib,  



Muradın verməyib çərxi-məlağib. 

 

Neçün ki, salmayıb bir zad əlinə,  



Keçib bir ay ki dəyməyib ət dilinə. 

  



Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə