Microsoft Word XIX esr az an doc



Yüklə 2,38 Mb.
Pdf görüntüsü
səhifə54/102
tarix21.02.2018
ölçüsü2,38 Mb.
#27404
1   ...   50   51   52   53   54   55   56   57   ...   102

____________________Milli Kitabxana______________________ 

222 


 

XURŞİDBANU NATƏVAN 

 

Azərbaycan bədii mədəniyyəti tarixində lirik şair kimi məşhur olan 



Xurşidbanu Natəvan 1832-ci il avqust ayının 15-də  Şuşada, Qarabağın son 

hakimi Mehdiqulu xan Cavanşirin ailəsində dünyaya gəlmişdir. Xalq arasında 

"Xan qızı" ləqəbi ilə çağırılan Xurşidbanu saray tərbiyəsi görmüş, dövrün 

tanınmış  alim və  sənətkarlarından dərs almışdır. Lakin onun şəxsi həyatı 

fərəhsiz keçmişdir. 

On üç yaşında olarkən atası ölmüş, ailə başsız qalmışdır. O, dağıstanlı knyaz 

Xasay xan Usmiyevlə ailə qurmuş, ancaq bu ailənin taleyi uğursuz  olmuşdur. 

Natəvan ikinci dəfə 1869-cu ildə rəiyyət içərisindən çıxmış Seyid Hüseyn adlı bir 

şuşalıya ərə getmiş, bu hərəkəti ilə bəy və mülkədarları qəzəbləndirmişdir. Onlar 

Natəvanın ailə üzvləri arasına təfriqə salaraq, oğlu Mehdiqulu xanın evdən baş 

götürüb getməsinə müvəffəq olmuşlar.  Şairə  ömru  boyu  qınaq və töhmətlərdən 

yaxa qurtara bilməmişdir. 

1885-ci ildə  oğlu Mirabbasın xəstələnib ölməsi  şairənin iztirablarını  daha 

da artırmış, səhhəti tamam pozulmuşdur. Natəvan ömrünün axırına  qədər ruhi 

sarsıntılar və üzüntülər içərisində yaşamiş  və 1891-ci il oktyabr ayının 1-də 

Şuşada dünyasını dəyişmişdir. Onu böyük təntənə ilə Ağdama gətirib, "İmarət" 

deyilən ailə qəbristanlığında dəfn etmişlər. 

XX  əsrdə  şairənin  əsərləri toplanaraq bir neçə  dəfə çap olunmuşdur. Bu 

kitabda verilən nümunələr onun "Əsərləri "ndən (1984) və "Yazıçı" 

nəşriyyatında nəşr edilmiş "Dahilərin göz yaşı. Mərsiyələr" (1990) kitabından 

götürülmüşdür. 

 

QƏZƏLLƏR 

 

Yenə ya rəb, nə qəmgindir mənim bu şad olan könlüm,  



Rümuzi-eşqdən agah olub, ustad olan könlüm. 

 

Görübdür yari əğyarə olubdur məhvi-nəzzarə,  



Edibdir sinəsin parə, mənim abad olan könlüm. 

 

Niyə peymanədən keçdin, niyə zəncirdən qaçdın?  



Nədəndir çöllərə düşdün, mənim bərbad olan könlüm? 

  



____________________Milli Kitabxana______________________ 

223 


 

Fəraqin ruzi-məhşərdir, sərasər möhnətü-qəmdir.  

O zülfün kimi dərhəmdir, mənim azad olan könlüm. 

 

Baxın bu Natəvan zarə, günü bəxtim kimi qarə,  



Gəzər Məcnun tək avarə, mənim naşad olan könlüm. 

 

* * * 



 

Nə yaxşı munis idi, heyf, nagəhan getdi,  

Məni bu möhnət əra qoydu əlaman getdi. 

 

O sərvi-nazdan ayrı baxarmı sərvə gözüm?  



Hilal tək qədimi eylədi kəman, getdi. 

 

Unutdu güllərini, qıldı xaniman tərkin,  



Nə baxdı yarlərə, çəkdi olaman getdi. 

 

Nə oldu ariz əya, bağiban, bu gülşəndə,  



Açılmadı bu bahar gülləri, xəzan getdi? 

 

Nə tapdı ləzzəti-işrət, nə gördü gülzarı,  



Bahar fəslində, yaran, bu novcavan getdi. 

 

Məni bu möhnət əra qoydu didəsi giryan, 



Bəlayi-hicrə salıb, qoydu bağrı qan, getdi. 

 

Məzarın üstə gəlib əylənim dəmadəm, oğul,  



Deyərmisən ki, nə növ ilə Natəvan getdi. 

 

* * * 



 

Zəmanə saldi əcəb möhnətü məlalə məni,  

O mahrudən iraq verdi qəm zəvalə məni. 

 

Tükəndi tabü təvan, ey xudayi-ləmyəzəli!  



Ya tez bu canımı al, ya yetir vüsalə məni! 

 

Sənə nə qədri dedim, rəhm qıl mənə, getmə!  



Gəl indi gör ki, fəraqın salıb nə halə məni! 

  



____________________Milli Kitabxana______________________ 

224 


 

Nə vaxtadək qəmi-hicrində ahü zar çəkim?  

Tərəhhüm eylə, gətir sən də bir xayalə məni! 

 

Kəsildi səbrü qərarım, fəraqə tabım yox,  



Rəvadı təngə gətirsin bu ahü nalə məni? 

 

Alıbdı əqlimi sərdən, qərarımı dildən,  



Edib bəlayə fələk, gör necə həvalə məni. 

 

Təəccübəm ki, neçün rəhmə gəlmədin, zalım?!  



Fəraq oduna yaxıb salmısan bu halə məni. 

 

Nə yaxşı günlər idi kim, səninlə munis idim,  



Zəmanə indi edib sinə dağlı lalə məni. 

 

Vüsalə yetməyibən zarü Natəvan qaldım,  



Edib fələk yenə həsrət o məhcəmalə məni. 

 

* * * 



 

Bahar əyyamıdır, açıldı güllər, ey cavan sənsiz!  

Təəccübdür, nədən divanə olmaz Natəvan sənsiz? 

 

Şamadət eyləyir düşmən mənə hər dəm və hər saət,  



Mərəz artır dəmadəm, varə-varə, hər zaman sənsiz. 

 

Nə ümidim vüsalə, nə fəraqə tabü taqət həm,  



Gözümdə tirəvü tar oldu, billah, bu cahan sənsiz. 

 

Sən əyləş hur ilə, eylə həmişə eyşü işrət kim,  



Dəmadəm mən çəkim, dildən edim ahü fəğan sənsiz. 

 

Yetişməz başə, Abbas, ömrüm axır bir tamam olsun,  



Keçər hər bir dəqiqə ildən artıq, əlaman sənsiz. 

 

Bu gün eydi-şərif oldu məgər sən bixəbərsənmi?  



Güman etmə ki, işrət içrə əylənsin anan sənsiz. 

 

Güli-ruyindən ayrı neylərəm mən gülsitan seyrin?  



Edər bülbül kimi nalə bu zarü Natəvan sənsiz. 

  



____________________Milli Kitabxana______________________ 

225 


 

* * * 


 

Nə mən olaydım, ilahi, nə də bu aləm olaydı!  

Nə də bu aləm əra dil müqəyyədi-qəm olaydı! 

 

Nə hicr atəşinə odlanıb yanaydı dilim ki,  



Nə eşqin içrə könül böylə şadü xürrəm olaydı! 

 

Nə sərv qəddin olaydı, nə bəsrətinlə gözüm kur,  



Nə ruzgari-fəraqində qamətim xəm olaydı! 

 

Nə bəhr olaydı, nə ümman, nə boylə göz yaşı cari,  



Nə gül üzündə, ilahi, bu növ-şəbnəm olaydı! 

 

Nə gül olaydı, nə gülzari-gülşənin dəxi seyri,  



Nə xari-möhnəti-bülbül səninlə möhkəm olaydı! 

 

Nə Misr olaydı, nə Kənan, nə həzrəti-Yəqub,  



Nə xar olub qəmi-hicranda, qərqi-matəm olaydı! 

 

Nə çah olaydı, nə zindan, nə karvan güzəri,  



Nə Yusifi bu bəlada görən bir adəm olaydı! 

 

Nə bəzm olaydı, nə bazari-Yusif əhvalı, 



Nə rəhgüzərdə Züleyxa qəmlə həmdəm olaydı! 

 

Nə ah olaydı, nə əfsus, nə parə-parə könül,  



Nə Natəvanın, ilahi, həvəsi dəhrəm olaydı 

 

* * * 



 

Qoyubdur intizarında, neçin gəlməz, neçin gəlməz?  

Həmişə ahü zarında, neçin gəlməz, neçin gəlməz? 

 

Üzüldüm karivanımdan, el üzdüm xanimanımdan,  



Fələk incir fəğanımdan, neçin gəlməz, neçin gəlməz? 

 

Gedibdir qafiləsalar, olubdur gözlərim xunbar, 



Nə bir yarü nə bir qəmxar, neçin gəlməz, neçin gəlməz? 

  



Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə