Microsoft Word XIX esr az an doc



Yüklə 2,38 Mb.
Pdf görüntüsü
səhifə50/102
tarix21.02.2018
ölçüsü2,38 Mb.
#27404
1   ...   46   47   48   49   50   51   52   53   ...   102

____________________Milli Kitabxana______________________ 

204 


 

* * * 


Bir deyən yoxdur o məhcəmalə  

Aşiqi-nalan gəlsin, gəlməsin?  

Həsrəti çoxdur bəzmi-vüsalə,  

Bu didəgiryan gəlsin, gəlməsin? 

 

Aşiqi-zarın gülşəni-nazə  



Gəlibdir, səndən istər icazə.  

Buyur bir görüm, ey güli-tazə.  

Nə oldu fərman, gəlsin, gəlməsin? 

 

Aşiqin sənsiz didəgiryandır,  



Lalətək bağrı qüssədən qandır.  

Hər nə hökm etsən, bəndəfərmandır,  

Ey şəhi-xuban, gəlsin, gəlməsin? 

 

Aşiqin sənsiz bil şadlıq etməz,  



Ölüncə səndən əl çəkib getməz,  

Heç kəs öz yarın belə sinsitməz,  

Ey sənə qurban, gəlsin, gəlməsin? 

 

Bülbüli-zarın ruzi-ələstdən,  



Nalə çəkməkdən düşdü nəfəsdən,  

Ha elə-belə künci-qəfəsdən,  

Naləvü-əfğan gəlsin, gəlməsin? 

 

Çox yubandırma, gəl səni tan,  



Xaki-dərində Naşiyi-zari,  

Di qurtar, kafir, bu biqərari,  

Öldü müsəlman gəlsin, gəlməsin? 

 

GƏRAYLILAR 

 

Bu bivəfa, bu bivəfa  



Dünyayə bax, dünyayə bax.  

Saldı məni Məcnun kimi  

Səhrayə bax, səhrayə, bax. 

  



____________________Milli Kitabxana______________________ 

205 


 

Düş Mebdinin sorağinə,  

Gəl yengicə qabağinə,  

Təvilələr bucağinə  

Qovğayə bax, qovğayə bax. 

 

Gəl bir neçə həmrazı gör,  



Dümbəkçi edən nazı gör,  

Aşıq əlində sazı gör,  

Zurnayə bax, zurnayə bax. 

 

Övrətləri sədrnişin,  



Kişilər tərk edib işin,  

Gör necə ağardır dişin,  

Mollayə bax, mollayə bax. 

 

Məclisə düzülüb yeyin,  



Hamı deyir: "Yeyin, yeyin."  

Yarı saman, yarı peyin,  

Şorbayə bax, şorbayə bax. 

 

Bu sorbayə etmə nəzər,  



Əlhəzər, qardaş, əlhəzər.  

İçində bir ördək üzər  

Dəryayə bax, dəryayə bax. 

 

Bu məclisə əzm eylədim,  



Şorba yedim, həzm eylədim,  

Otdum bunu nəzm eylədim,  

Sövdayə bax, sövdayə bax. 

     


* * * 

 

Səni bir şahi-gülrüxan,  



Mən özümü zəlil gördüm.  

Səni bir növrəstə cavan,  

Mən özümü zəlil gördüm. 

  



____________________Milli Kitabxana______________________ 

206 


 

Yar yanında əyləşəndən,  

Aldım yüz min busə səndən,  

Üzün döndərmədin məndən,  

Mən səni çox həmil gördüm. 

 

Hümmətini gördüm ali,  



Dərdimdən eylədim hali,  

Ləblərindən qəndü bali,  

Sel, su kimi səbil gördüm. 

 

Mən istərəm səni yeyim,  



Dilin, dodağın çeynəyim,  

Aclıqdır, axır neyləyim,  

Bu ili yaman il gördüm. 

 

Əriyibdir cismi, cani.  



Qalmayıb tabü təvani,  

Şükuhiyi-binəvani  

Bu qapıya dəxil gördüm. 

  



____________________Milli Kitabxana______________________ 

207 


 

MOLLA AĞA BİXUD 

 

Molla Ağa Hacı Tağı oğlu Bixud 1830-cu ildə Şamaxıda doğulmuş, təhsilini 

orada almışdır. "Beytüs-səfa"  ədəbi məclisinin nüfuzlu üzvlərindən olmuşdur. 

Seyid  Əzim  Şamaxıda olmadıqda məclisin yığıncaqları Bixudun rəhbərliyi ilə 

keçərmiş. 

Bixud 1892-ci ildə Şamaxıda vəfat etmişdir. 

Əsərlərini Azərbaycan və fars dillərində yazan Bixudun divanı  hələlik  əldə 

edilməmişdir, Burada verilən nümunələr "Poetik məclislər" (1987) kitabından 

götürülmüşdür. 

 

QƏZƏLLƏR 

 

Ey dil, barı meyxanə sarı bir güzər eylə  



Gör məstlərin haləti-vəcdin, nəzər eylə. 

 

Gər istəyəsən dəhrdə sahibnəzər olmaq,  



Xaki-dəri-meyxanəni, gəl külbəsər eylə. 

 

Bir gül məni cövr ilə şəhid eylədi axir,  



Bülbüllərə, ey badi-səba, get xəbər eylə. 

 

Yan atəşi-hicranə, könül, çək bu bəlanı,  



Bu eşqdən axir demədimmi həzər eylə? 

 

Təsir eləməz ol büti-səngindilə naləm,  



Ey ahi-səhər, gəl, barı sən bir əsər eylə. 

 

Ahım küləyi yıxmadi bünyadını hicrin,  



Ey seyli-sirişkim, sən özün bir hünər eylə. 

 

Çıxmaz başa, yüz şərh edəsən zülfi-hədisin,  



Bixud, bu uzun qissəni, gəl, müxtəsər eylə. 

  



____________________Milli Kitabxana______________________ 

208 


 

* * * 


Riyazətsiz, könül, bu nəfs bir tovsəndi, ram olmaz,  

Buna cövlangəhi-ərsə ərz ola, seyri tamam olmaz. 

 

Cahanı dost tutduqca edər düşmənçilik peyda,  



Bu düşmən kamdan, ey nəfs, hasil hiç kam olmaz. 

 

Cahan məmurəsində künci-izlət ixtiyar eylə,  



Qənaət əhlinə, ey dil, belə rahət məqara olmaz. 

 

Əyaqdan düşməmiş səy eylə, əldən vermə mey camın,  



Cavanlıq şuri qalmaz başda, bu nəşə müdam olmaz. 

 

Nə təşviş eyləyirsən cam, elində ruzi-məhşərdən,  



Əgər piri-muğan vermişsə, o qorxma, haram olmaz. 

 

Təmənna eyləsəm, saqi, ləbindən busə, məzurəm,  



Bu rövşən əmrdir kim, məst olan kəsdə nizam olmaz. 

 

Bürünmə xirqeyi-salusə, Bixud, təndən qorxub



Bu meydani-məhəbbətdir, bu yerdə nəngü nam olmaz. 

 

* * * 



Çəkmə, ey dust, məni məscidi-viranə san,  

Genə çəksən də məni, çək barı meyxanə sarı, 

 

Ələ əbnayi-zəman səngi-məlamət götürüb,  



Gör nə şövq ilə baxırlar məni-divanə san! 

 

Vaizin pəndi ki, hərgiz mənə təsir etməz,  



Yüz min əfsun oxuya, getmənəm əfsanə sarı. 

 

Dəftəri-hüsnünü hər kəs görə ol mahruxun,  



Min kitab oxuna, baxmaz dəxi Quranə san. 

 

Səbhə göstərmə mənə, zahid, əmaməndən utan,  



Mürği-zirək ki, görə dami, dönər danə sarı? 

  



Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə