Microsoft Word XIX esr az an doc



Yüklə 2,38 Mb.
Pdf görüntüsü
səhifə58/102
tarix21.02.2018
ölçüsü2,38 Mb.
#27404
1   ...   54   55   56   57   58   59   60   61   ...   102

____________________Milli Kitabxana______________________ 

239 


 

Məzarım aç, sərimdən çıxmayan şövqi-xətü zülfin.  

Görərsən, kaseyi-sərdə mücəssəm murü marım var. 

 

Məzarım üstünə gəl, qoyma təmiri-həsar olsun,  



Təriqi-eşqdə səngi-məlamətdən həsarım var. 

 

Nəzərdə gərçi xarəm, bir gədayəm, Katibi-zarəm,  



Əzizi-Misri izzət, padşahi-tacdarım var. 

 

* * * 



 

Hiç aşiq maili-zülfü zənəxdan olmasın,  

Dəhrdə divaneyi-zənciri-zindan olmasın. 

 

Mən çəkən möhnətləri aləmdə kafər çəkməsin,  



Küfri-zülfün görməsin, halı pərişan olmasın. 

 

Gün qabağında, amandı, əzmi-cövlan eyləmə,  



Sayə tək zülfün yenə xakilə yeksan olmasın. 

 

Badə vermə zülfünü, hər ləhzə lərzan eyləmə,  



Mənzili-şami-qəriban onda viran olmasın. 

 

Şanə urma zülfünə, dünyanı zülmət eyləmə,  



Katibin sövdasın artırma, pərişan olmasın. 

 

QOŞMALAR 

 

Səhər-səhər durub qıya baxanda,  



Düşgünüyəm mən o ala gözlərin.  

Badə nə lazımdı, sevdiyim, mənə,  

Məst eyləyib o piyalə gözlərin. 

 

Qəmzeyi-cəlladın nə xunxar imiş,  



Canım alan, bəlli, sitəmkar imiş,  

Bu zalımda nə fitnələr var imiş!  

Salar məni haldan-hala gözlərin. 

  



____________________Milli Kitabxana______________________ 

240 


 

Sən gözəlsən, bədrlənmiş ay kimi,  

Mən aşiqəm, göz yaşım var çay kimi,  

Əyilmişəm qaşın kimi, yay kimi,  

Qəddimi döndərib dala gözlərin. 

 

Zülfün aldı bu şikəstə könlümü,  



Eylədi tarına bəstə könlümü,  

Mən istəməm dəxi xəstə könlümü,  

İndi nə var məndə ala gözlərin? 

 

Hər zaman çəkərəm yüz min ahü zar,  



Nə rəhmin var cana, nə mürvətin var.  

Katib olub hicrində zarü əfkar,  

Nə rəvadır gözdən sala gözlərin. 

 

* * * 



 

Sevgilim, mən sənin bəndivanınam,  

Sən gəzirsən naməhrəmlər içində.  

Gözəl idin, gözəl adın var idi,  

Bədnam oldun möhtərəmlər içində. 

 

Dost yanında yaxşı sözüm ötmədi,  



Səri-zülfün şövqü sərdən getmədi,  

Ömrüm keçdi, əlim yara yetmədi,  

Can üzüldü dərdü qəmlər içində. 

 

Gözəllikdə sənə olmaz qərinə,  



Qoymaq olar səni huri yerinə,  

Sənsiz əgər girsəm xüldi-bərinə,  

Guya qallam cəhənnəmlər içində. 

 

Qaşın kimi olmaz çərxin hilalı,  



Əydi məni əyri zülfün xəyalı,  

Əlif qəddim qəbul eylədi dalı,  

Məşhur oldum qəddi xəmlər içində. 

  



____________________Milli Kitabxana______________________ 

241 


 

Sənan kimi ollam aşiqi-rüsva,  

Əğyarı bəyəndi zalimi-tərsa,  

Katibəm, neyləyim katibi-qəza,  

Yazdı məni bəxti kəmlər içində. 

 

* * * 



 

Badi-səba, mənim ərzi-halımı,  

O vəfalı yara dedin, nə dedi?  

Eşqi sevdasında dərdi-sərimi,  

Gözləri xumara dedin, nə dedi? 

 

Çoxlar siyah zülfün sərgərdanıdır,  



Pərişan zülfünün pərişanıdır,  

Könül o zəncirin bəndivanıdır,  

Uyubdur şahmara dedin, nə dedi? 

 

Aşiqlərin bikamalı deyiləm,  



Sirri-dəhanından hali deyiləm,  

Xalı görüb dərddən xali deyiləm,  

Dərdimizə çara dedin, nə dedi? 

 

Bir ah çəkim, yansın baği-zəmanə,  



Rəqiblərin rəngi dönsün xəzanə,  

Sən o şux tərlana, ruhi-rəvanə  

Uymasın əğyara dedin, nə dedi? 

 

Mənim getməz ürəyimin qubarı,  



Onun həmsöhbəti, kim oldu yarı?  

Bir yada salmadı Katibi-zarı, 

Saldı ahü zara dedin, nə dedi? 

  



____________________Milli Kitabxana______________________ 

242 


 

MƏMO BƏY MƏMAİ 

 

Məmo bəy Hacı  Əhməd oğlu Məmai 1834-cü ildə  Şuşada doğulmuşdur. 



Təhsinini Şuşada almış, ticarətlə məşğul olmuşdur.  Görkəmli yazıçı-dramaturq 

Əbdürrəhim bəy Haqverdiyevin dayısıdır. "Məclisi-üns "ün fəal yə görkəmli 

üzvlərindən idi. O, sənətilə  əlaqədar Rusiya, Orta Asiya, Türkiyə  yə  İranın bir 

çox şəhərlərini gəzmiş, aldığı təsssüratı, gördüyü şəxslərdən eşitdiklərini qələmə 

alaraq "Səyahətnamə" adlı  əsər yazmışdır. Lakin həmin  əsər hələlik  əldə 

edilməmişdir. 

Şair 1918-ci ildə Şuşada vəfat etmişdir. 

Əsərlərini klassik üslubda, Azərbaycan və fars dillərində yazan Məmainin 

bədii irsindən xeyli nümunə qalmışdır. Buradakı şeirlər "Poetik məclislər" (1987) 

kitabından götürülmüşdur. 

 

QƏZƏLLƏR 

 

Ey gözüm nuri, qarari-düi-ürfan, getmə,  



"Məhfili-üns" sənin canına qurban, getmə. 

 

Sən ilə gülşəni-ümmiddə güllər açılır,  



Qönçə tək etməgilən, gəl, ürəyin qan, getmə. 

 

Sən ilə cəm idi bu silsileyi-alinəsəb,  



Etmə bu silsiləni bari pərişan, getmə. 

 

Gər tulu etməsə Xurşid camalın bir dəm,  



Olu zülmətkədə bu Şişeyi-viran, getmə. 

 

Olmasın nərgisi-bimarın bu dəm bimar,  



Qılma bu dideyi-giryanımı giryan, getmə. 

 

Yetsə hər dərd sənə ver məni-məhzunə onu  



Kim, sənin dərdin olur dərdimə dərman, getmə. 

 

Ziynəti-bəzmi-məhəbbətdi sənin göftarın,  



Olma xamuş ki, xamuş olu yaran, getmə. 

 

  




Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə