Microsoft Word XIX esr az an doc



Yüklə 2,38 Mb.
Pdf görüntüsü
səhifə60/102
tarix21.02.2018
ölçüsü2,38 Mb.
#27404
1   ...   56   57   58   59   60   61   62   63   ...   102

____________________Milli Kitabxana______________________ 

247 


 

Düşdü yadıma keçən günlərim, əfsus olsun,  

Bizi məyus edən dəhrdə məyus olsun. 

 

Qəmlərdir bu iki firqə, bu övladi-vətən,  



Bir-birilə dolanırdı necə kim, can ilə tən,  

Nə kudurət, nə ədavət, nə qəmü dərdü mihən,  

Düşdü yadıma keçən günlərim, əfsus olsun,  

Bizi məyus edən dəhrdə məyus olsun. 

 

Ermənilərlə müsəlman çalışıb leylü nahar,  



Qıldılar səy ki, abad ola bu mülkü diyar,  

Nə gözəl olmuş idi mülki-vətən axir kar,  

Düşdü yadıma keçən günlərim, əfsus olsun,  

Bizi məyus edən dəhrdə məyus olsun. 

 

Ah, o gündən ki, bu gülüstana gəlib neçə qürab,  



Verdilər səs-səsə avaz eyləyib misli-kəlab,  

Bu gözəl gülşəni onlar elədi boylə xarab,  

Payimal oldu vətən gülləri, əfsus olsun,  

Bizi məyus edən dəhrdə məyus olsun. 

 

Rumdan Qafqaza üz qoydu axır daşnaqiyun,



 

Düşdü ortalığa aşübü bəla, fitnə, cünun,  

Bu qədər qanlara bais olar oldu əknun,  

O axan qan, o gedən canlara əfsus olsun,  

Bizi məyus edən dəhrdə məyus olsun. 

 

Saldı fürsət əlinə düşmənü əğyari-vətən,  



Qıldı tədbir ki. aşub ola əşrari-vətən,  

Gör nə xunxar elədi xəlqi bu xunxari-vətən

Bir deyən olmadı bu qanlara əfsus olsun,  

Bizi məyus edən dəhrdə məyus olsun. 

 

Tarümar oldu vətən gülşəni, pamal oldu,  



Bülbülani-vətən avarə qalıb, lal oldu,  

Bir deyən olmadı, "yarəb, niyə bu hal oldu?"  

Düşdü yadıma keçən günlərim, əfsus olsun,  

Bizi məyus edən dəhrdə məyus olsun. 




____________________Milli Kitabxana______________________ 

248 


 

Əyyühel-qövm, kifayətdi bu qəflət, bəsdir,  

Tarümar oldu vətən, bəsdir ədavət, bəsdir,  

Bu qədər bəsdir həqarət, bu rəzalət bəsdir,  

Bir çəkin bari xəcalət, deyin: əfsus olsun,  

Bizi məyus edən dəhrdə məyus olsun. 

 

Şimdi aləm yığışıb səy edər azad olsun,  



Ki, gərək bir-birinə xəlqdən imdad olsun,  

Qalmasın zülmü sitəm, evləri abad olsun,  

Bu qədər zülmü sitəmlər olub. əfsus olsun,  

Bizi məyus edən dəhrdə məyus olsun. 

 

Bir baxın dumda nə fəryad edərdi vükəla,  



Sizdən ötrü bu qədər səy edərdi üqəla,  

Verməyin düşmənə fürsət, dəxi bəsdir, cühəla,  

Siz də bircə ayılın, söyləyin əfsus olsun,  

Bizi məyus edən dəhrdə məyus olsun. 

 

Vətən övladı gərəkdir çəkə dərdi-vətəni,  



Ta qəbul eyliyə hər cövrü cəfavü mühəni,  

Ola möhkəm bu məmalikdə fəlah əncüməni,  

Söyliyə, keçmiş olan işlərə əfsus olsun,  

Bizi məyus edən dəhrdə məyus olsun. 

 

İndi vacibdi verin əl-ələ, ey əhli-vətən,  



İndi lazımdı həmavaz ola mürğani-vətən,  

Qoymaya gülşən ara məskən edə zağü zəğən,  

Soyulur bülbüli-can, ah, səd əfsus olsun,  

Bizi məyus edən dəhrdə məyus olsun. 

 

Ey Məmai, elədi diltəng səni tərhi-süxən,  



Yuxudan indi açıb gözlərini əhli-vətən.  

Bir deyən varmı nədən ötrüdü bu zülmü fitən,  

Yuxudan göz açıban seyr elə, əfsus olsun,  

Bizi məyus edən dəhrdə məyus olsun. 

  



____________________Milli Kitabxana______________________ 

249 


 

MİRZƏ NƏSRULLAH BƏY DİDƏ 

 

Şeirlərini "Didə" təxəllüsü ilə yazan Mirzə Nəsrullah bəy Qurbanbəyov XlX 



əsrdə yaşamış istedadlı  şairlərdən biridir. Onun doğum tarixi məlum deyil. İlk 

təhsilini  Şamaxıda almış, sonra Təbrizə gedərək, mədrəsədə oxumuşdur. 

Şamaxıya qayıtdıqdan sonra şəhərdə mirzəlik etmiş, ömrünün sonlarında isə 

məktəbdarlıqla məşğul olmuşdur. Didə 1870-ci ildə Şamaxıda vəfat etmişdir. 

Didənin  şeirləri tam halda əldə yoxdur. Onun əsərlərindən bəzi nümunələri 

Salman Mümtaz 1928-ci ildə Azərnəşrdə çap etdirdiyi "Mirzə  Nəsrulla bəy 

Didə" kitabında vermiş, 2004-cü ildə  şairin həmin nümunələr  əsasında 

hazırlanmış "Bahariyyə" adlı şeirlər toplusu Bakıda çapdan çıxmışdır. Buradakı 

örnəklər həmin kitabçadan götürülmüşdür. 

 

QƏSİDƏ 

 

Xəyalü fikrə gətir şeşi-cəhət dünyani  



Təvir eylə cəmiyyən caham-imkani. 

 

Xəyali-dairəsin hərgız cahanə çəkib  



Miyani-aləmi gəz diqqətanə hər yani. 

 

Kamali-elminə çatdın o dəm mühəqqəq olur  



Təmami-rəncü qinadır təmamisi fani. 

 

Qərəz, bu faniyədə mənzili-bəqa qılmaq  



Kamali-eyni xətadır dəlili nadani. 

 

Həmin bu mənzili-dünya mürur mənzildir  



Düşən kimi gedəsən, çün rəvani-ruhani. 

 

Nəinki burda əsasi-qəbilələr qoyasan  



Tədarükati-mərtəb muradi-tulani. 

 

Xəyal eyləsənə masabiq qəbilələri  



Sənə bəyan qılım birbəbir, görək hani. 

 

Neçə sənədir aləmi-cəhanə gərdiş edib  



Alıb gəzib-dolanıb ta fəzayi-zülmani. 

 

Neçə kəyani-şahənşah vücudu xakə dönüb  



Qubari-dəşt olub padişahi-Sasani. 


____________________Milli Kitabxana______________________ 

250 


 

 

Neçə-neçə başi gühərnigar sahibi-tac  



Şahənşahın başı olmuş ləhdidə pünhani. 

 

Dəfin xak olub dövlətilə sən Qarun  



Həzar badə gedib xeyməyi-Süleymani. 

 

Hanı şərareyi-aləmi-əsasi-Çingiz  



Ki qətli-ami-moğol dağıtdı dünyani. 

 

Nə oldu Nadir, Keyfi satan gövhərtac  



Ki fəth qılıb alıb hind ilə Dağıstani. 

 

Çıxartdı Rum ilə qeyri-zəmin-İrandan  



Nə saf qıldı cədidən fəzayi-İrani. 

 

Neçə vəzirü müşir ki, həlqeyi-fikri  



Fələkdə bəndə çəkə xuni-fəşan keyvani. 

 

Neçə həkimi-müəssis fühuli-danişmənd  



Fəzayi-aləmə gəlmış, xüsusi yunani. 

 

Neçə alimü müdərris dəqiqi-şərhi-aləm  



Mülki-Tahir edib mədh edə bu insani. 

 

Neçə lətif süxənvər, bəliği-vaizlər  



Fəsahəti unuda, laf-bafi-səhbani. 

 

Neçə təbib müdəqqiq ki, şəmsdən gövhər  



Üsuli-şivələrilə sədayi-həmmani. 

 

Neçə şəbih dolur hiz bir sahibi-tağ  



Qılafi-qəbrə gedib tiğuş töküb, qani?! 

 

Neçə cəmilə-camalü bədiyyə-ayinənur  



Ki hüsnü məhv qıla dilbərani-kən, anı. 

 

O ləbdülər nə qədər lalərəng zibalar  



Bitibdi qədrinin üstə şəqiqi-nümani. 

 

 




Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə