Microsoft Word XIX esr az an doc



Yüklə 2,38 Mb.
Pdf görüntüsü
səhifə57/102
tarix21.02.2018
ölçüsü2,38 Mb.
#27404
1   ...   53   54   55   56   57   58   59   60   ...   102

____________________Milli Kitabxana______________________ 

234 


 

 

NÖVHƏ 



 

Eylə müştaqi-cəmaləm, bilmənəm dünya nədir?  

Talibi-bəzmi-vüsaləm, bilmənəm dünya nədir? 

 

Ey camaət təşnəsüz, çün mütəhhər qanıma,  



Razıyam yüz min bəlalar, gər yetişsə canıma,  

Ruhumu lahutdə bəzl etmişəm cananıma,  

Aləmi-ünsürdə bu sevda nədir, səfra nədir? 

 

Mən vətəndən ol zaman kim zari-giryan köçmüşəm,  



Şövq ilə canan yolunda başü candan keçmişəm,  

Aləmi-mənada mən cami-şəhadət içmişəm,  

Aləmi-zəhirdə bu mina nədir, səhba nədir? 

 

Giryanam eşq atəşinə, şaiqəra Musa kimi,  



Payi-darə çəksəniz, min kəz əgər İsa kimi,  

Başımı qət eyləsəz hər dəm əgər Yəhya kimi,  

Nuş candır, bilmənəm xəncər nədir, əda nədlr? 

 

Eylərəm təkrar "Ərni" çünki adətdir mənə,  



Gər eşitsəm "Ləntərani" çox qənimətdir mənə,  

Dustdən yüz min bəlalər eyni-ləzzətdir mənə,  

Bu şəhadət vadisidir, "Lən" nədir, "Ləmma" nədir? 

 

Mən gərəkdir kim, bu gün vasil olam cananimə,  



Min sinanü tiğü xəncər gər yetişsə canimə,  

Bu mühasinim gərəkdir kim, bata al qanimə,  

Azimi-dərgəhi-yarəm, bilmənəm dünya nədir? 

 

Bu şəhadətdə gərək babamə təqlid eyləyəm,  



Dəstəmazimi bu gün qan ilə təcdid eyləyəm,  

Səcdədə məbudimi təhmidü təmcid eyləyəm,  

Sacidə məscid nədir, məbəd nədir, səhra nədir. 

Min qəmü möhnət ara saldız bu şahi-bikəsi,  

Şeşdəri-heyrətara saldız bu şahi-bikəsi,  

Qərqi-dəryayi-fəna etdiz bu şahi-bikəsi,  

Dəxi bir biyar üçün bu şurü bu qövğa nədir? 

 

 




____________________Milli Kitabxana______________________ 

235 


 

Yarü ənsarım gedib biyarü yavər qalmışam,  

Bu bəla dəştində mən zarü mükəddər qalmışam,  

Nimi-besməl quş kimi bibalü bipər qalmışam,  

Gülşənim tarac olub, bülbül nədir, şeyda nədir? 

 

Ərğəvan kimi boyanmış Qasimi-gülpeykərim,  



Sərviqəd qardaşlarım, gülüzlü nazlı Əkbərim,  

Qönçəvəş pürxun düşüb xakə Əliyyi-Əsğərim,  

Bilmənəm sünbül nədir, susən nədir, rəna nədir. 

 

Ya Hüseyn, ey xaki-payın aləmin başına tac,  



Ey şəhadətləri verən İslam dininə rəvac,  

Etgilən Nəvvabi-zarın dərdü zarinə əlac,  

Cəzb qıl ta bilməsin dünya nədir, üqba nədir. 

 

 



 


____________________Milli Kitabxana______________________ 

236 


 

  

MİRZƏ MƏHƏMMƏD KATİB 

 

Mirzə  Məhəmməd Məşədi Bayram oğlu Katib 1833-cü ildə  Şuşada 



doğulmuşdur. Təhsilini mollaxanada almış, mahir xəttat olmuşdur. "Məclisi-

fəramuşan"ın yığıncaqlarında fəal iştirak edən Katib müasirləri ilə yaxın dostluq 

münasibətləri saxlamış, onların bəziləri ilə  məktublaşmışdır.  Şair 1888-ci ildə 

vəfat etmişdir. 

M. M. Katib şeirlərini həm klassik üslubda, həm də  aşıq  şeri tərzində 

yazmışdır.  Əsərlərindən nümunələr bəzi təzkirə  səhifələrində qalmaqdadır. 

Buradakı  şeirlər Mir Möhsün Nəvvabın təzkirəsindən və "Poetik məclislər" 

(1987) kitabından götürülmüşdür. 

 

 

QƏZƏLLƏR 



 

Vücudun olmasa, heç olmasın bahar, ey dust,  

Üzündən ayrı nədir seyri-laləzar, ey dust? 

 

Məqami-eyşdə tut bir əyaq ilə əlimi,  



Məni əyağə salıbdır bu ruzigar, ey dust. 

 

Bu şuri-eşqdə dövri-müxalifi-gərdun 



Nə edəcək mənə, lütfün ola həsar, ey dust? 

 

O tari-zülfə, aman, urma şanə, tarıya bax,  



Ki, könlüm aşiyanəsidir, etmə tarmar, ey dust. 

 

Əgər o qaşlarını əyri tiğə oxşatsam, 



Görüm, məni kəsə hər ləhzə zülfüqar, ey dust. 

 

Öləm, mənimlə gedər qəbrə atəşi-eşqin,  



Rəqiblə gəzəsən, od tutar məzar, ey dust. 

 

Bu qəddü qamət. ilə bağa gər xüram edəsən  



Ki, payi-bəndin olu sərvi-cuybar, ey dust. 

  



____________________Milli Kitabxana______________________ 

237 


 

Məni çevir başına, öldürüb xilas eylə,  

Bu həsrət ilə qoyma intizar, ey dust. 

 

Şəbani-hicrdə Katib nə qədər intizar çəkib,  



Nə vəqtədək olacaq çeşmi əşkbar, ey dust? 

 

* * * 



 

Gün səni görmək ilə çərxdə avarə düşüb,  

Sər büröhnə o səbəbdən dərü divarə düşüb. 

 

Yerdə ol şuxi görüb, çərxdə baxdım qəmərə,  



Deyəsən, parələnib məh, yerə bir parə düşüb. 

 

Vaiza, mən eləmə, zülfünə meyl etsəm əgər,  



Bu belə əsrdi, islam işi küffara düşüb. 

 

Lalə bağrına çəkib dağ görüb gül üzünü,  



Xiclətindən qaralıb, daməni-kuhsarə düşüb. 

 

Nisbəti yox sənə ayın ki, onun vəchi budur,  



Əksi-ayinə üzündən göyə bir parə düşüb. 

 

Eşq bimarı olan aşiqə çün baxdı təbib,  



Qəmzeyi-nərgisi-bimarın ona çarə düşüb. 

 

Buyi-zülfün eşidib badi-səbadən nagəh,  



Ondan ötrü bu çölə Katibin avarə düşüb. 

 

* * * 



 

Mürği-dil aşiq olub qaməti-rənayə baxar,  

Qumriyi-sərv kimi sərvi-düarayə baxar. 

 

Dəyişib halını ol zülfi-müənbər, nə deyim,  



Nə bu əhvalə, nə başımdakı sövdayə baxar. 

  



____________________Milli Kitabxana______________________ 

238 


 

Məni zünnarpərəst etdi xətakar gözüm,  

Bəli, Sənan olu hər kim ki, o tərsayə baxar. 

 

Yar olağında barı surəti-divar olasan,  



Xoş onun halına kim, surəti-zibayə baxar. 

 

Eyd olur aşiqə əbruyi-hilalını görə,  



Rəsmdir, çünki camaat yığılıb ayə baxar. 

 

Aşiqin görsə səni, taqəti-didar olmaz,  



Necə tab eyləyə bir göz ki, təcəllayə baxar? 

 

Nə yazım şeir, yenə Katibi-bimar oldum  



Kim, xəyalilə gözüm nərgisi-şəhlayə baxar. 

 

* * * 



 

Sərimdə şövqı-zülfi-ruyi-gəncə şahmarım var,  

Gecə-gündüz ilan çalmış kimi çox ahü zarım var. 

 

Piyadə rahi-eşq içrə dolandım, gərçi mat oldum,  



Dəxi bir kimsəyə rux tutmanam, bir şəhsuvarım var. 

 

Nəsihət vermə, vaiz, taği-əbru qibləgahimdir,  



Mənim bu taği-mehrabilə aləmdə nə karım var? 

 

Mühəqqsqdir ki, səndə Leylidən artıq vəcahət var,  



Cünunluqda mənim Məcnundan artıq iştiharım var. 

 

Çalışma, ey əcəl, nahəq yere, cau vermənəm, billah,  



Gərək yarım gələ, ta tapşıram can, intizarım var. 

 

Yuxuda bulsa etmək ayrılıq təbiridir, guya, 



Kənar oldum, yuxuda görmüşəm, busü kənarım var. 

 

Kənar etmə məni, ölsəm də mən, səndən kənar olmam,  



Qübari-məqdəminçün yol kənarında məzarım var. 

 



Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə