Microsoft Word XIX esr az an doc



Yüklə 2,38 Mb.
Pdf görüntüsü
səhifə55/102
tarix21.02.2018
ölçüsü2,38 Mb.
#27404
1   ...   51   52   53   54   55   56   57   58   ...   102

____________________Milli Kitabxana______________________ 

226 


 

Könüldə ahü zarını var, nə səbrü nə qərarım var,  

Deməz bir düfikarım var, neçin gəlməz, neçin gəlməz? 

 

O zülfi-nərgisi-məstə könül çoxdandı pabəstə,  



Məni hicran edib xəstə, neçin gəlməz, neçin gəlməz? 

 

Səri-kuyin gəzər könlüm, güli-ruyin sevər könlüm,  



Vüsalın çün dilər könlüm, neçin gəlməz, neçin gəlməz? 

 

Alıbdir canımı hicran, olubdur gözlərim giryan, 



O məhvəş, nazənin canan, neçin gəlməz, neçin gəlməz? 

 

Mənə hicran məşəqqətdir, fərağin dərdü möhnətdir, 



 Nigarım xeyli müddətdir, neçin gəlməz, neçin gəlməz? 

 

Əzizim, göz yaşım qandır, işim fəryadü əfqandır, 



O yarım harda mehmandır, neçin gəlməz, neçin gəlməz? 

 

Yanar canım fərağından, tutar könlüm sorağından  



Ki, çıxsın yar otağından, neçin gəlməz, neçin gəlməz? 

 

Əlimdə ixtiyarım yox, gedib-səbri-qərarım yox,  



Yanımda gülzarım yox, neçin gəlməz, neçin gəlməz? 

 

Səba, ol məhliqa dilbər, alıbdır canımı yeksər,  



Könül ancaq onu istər, neçin gəlməz, neçin gəlməz? 

 

Yetibdir ərş üzə dadım, tutub dünyanı fəryadım,  



Mənim ol sərvi-azadım neçin gəlməz, neçin gəlməz? 

 

Qalıbdır Natəvan nalan, gecə-gündüz olar giryan,  



Onun yox dərdinə dərman, neçin gəlməz, neçin gəlməz? 

 

* * * 



 

Varımdı sinədə dərdü qəmi-nəhan, ölürəm,  

Fəda olum sənə, gəl eylə imtəhan, ölürəm. 

 

Fəraqdan gecələr yatmaram səbahə kimi,  



Xəyali-zülfünə bağlı gedibdir can, ölürəm. 

  



____________________Milli Kitabxana______________________ 

227 


 

Bahari-hüsnün əra gör necə xəzanəm mən,  

Bahar laləsi tək bağrım oldu qan, ölürəm. 

 

Vərəq-vərəq dilü can hicrin içrə odlaşdı,  



Misali-kəncəfə sədparə oldu can, ölürəm. 

 

O xaki-payini mən aşiyanə etmiş idim,  



Vətəndən ayrı düşüb indi laməkan, ölürəm. 

 

Dedin ki, çək əlini damənimdən, əl çəkdim,  



Tərəhhüm eyləmədin axır, ey cavan, ölürəm. 

 

Çəkirdim həsrətini, görmədim, xudahafiz!  



Olubdur indi işim naləvü fəğan, ölürəm. 

 

Fəda o qamətinə kim, qəza nə xoş çəkmiş,  



Qədər büküb belimi, eyləyib kəman, ölürəm. 

 

Fəraqdan tükənib tabü taqətim, billah,  



Vüsalə yetməz əlim, zarü Natəvan ölürəm. 

 

NÖVHƏ 

 

Söylə Hüseynə, ey səba, Kərbübəlaya gəlməsün,  



Gəlsə, düşər bu dəştidə dərdü bəlayə, gəlməsün. 

 

Söyləginən gətirməsün Kufəyə nazlı Əkbəri,  



Zülm ilə qanına batar türreyi-müşki-ənbəri.  

Bəlkə Firəngətək apar cümleyi-ali-heydəri,  

Zibhi-əzim üçün bu gün kuhi-Minayə gəlməsün. 

 

Söylə gətirmə Qasimi, qatili eyləyir şitab,  



Toyda olur yəqin onun qanına əlləri xizab.  

Görmə rəva ki, Şümri-dun din evin eyləsin xərab,  

Rəhm eyləsün o Zeynəbi-bəxti-qərayə, gəlməsün. 

  



____________________Milli Kitabxana______________________ 

228 


 

Gəlməyə yoxdu fürsətim, qan ilə namə yazmışam,  

Öldürəcəkdi Müslümü Kufədə firqəyi-zülam.  

Qardaşının uzun qolu görmə rəva ola qələm,  

Bacıları ayaqyalın, dəşti-bəlayə gəlməsün. 

 

Yetsə əgər xəbər sənə öldü bu Müslimi-əqil,  



İbni-Ziyad nəşimi gərçi edibdü çox zəlil,  

Qüslü hənut olmadı, oldu qənarədə qətil,  

İstəmirəm, əyalını qoyma, əzayə gəlməsün. 

 

Badi-xəzan əsər sənin qönçəsifət əyalına,  



Rəhm eylə, yavərim Hüseyn, Qasimi-xoşməqalına.  

Cam təsəddüq eylədim Əkbərimə, cəmalına,  

Sağ ola ol imam Hüseyn, qəm üsərayə gəlməsün. 

 

Söylə əmoğluma məni-bikəsi eyləsin həlal,  



Ərzimi birbəbir elə, Ali-əbayə şəhri-hal.  

İki açılmış gülüm Kufədə zari-dilməlal,  

Qaldılar Əkbər ilə ol Qasim, hərayə gəlməsün. 

 

Həsrətəm ol cəmalına, ah çəkim bu sinədən,  



Kufədə vardu qatilin, gəlmə həzin Mədinədən,  

Qoyma yetim Xədicəni ayrı ola Səkinədən,  

Başına əl çək, ağlayıb şuri-nəvayə gəlməsün. 

 

Söylə onun anasına başını qarə bağlasın,  



İki baladən ayrılıb, kövni-məkanı dağlasın,  

Tutsa əza, Xədicədən söylə ki, gizli ağlasın,  

Bəlkə yetimliyin tozu mahi-liqayə gəlməsün. 

 

Fatimənin kənizi, bu qissəni eylə kim, tamam,  



Bir-birə dəydi mərdü zən, şurə gəlibdü xasüam.  

Növhə edər bu Natəvan, ruzü şəb ağlayar müdam,  

Tapmasa bir dəri-nicat, dari-bəqayə gəlməsün. 

 

 




____________________Milli Kitabxana______________________ 

229 


 

 

 

MİR MÖHSÜN NƏVVAB 

 

Azərbaycan mədəniyyəti tarixində görkəmli musiqişünas, rəssam, xəttat, 



nəqqaş, tarixçi, ədəbiyyatşünas və  şair kimi tanınan Mir Möhsün Nəvvab 

Qarabaği 1833-cü ildə  Şuşa  şəhərində anadan olmuş, bütün ömrünü orada 

yaşamışdır. Mədrəsə  təhsili almış,  ərəb, fars dillərini öyrənmiş, fitri istedadı 

sahəsində riyaziyyat, kimya, nücum, coğrafiya, tarix, musiqi və s. elmlərə 

yiyələnmişdir. O, Şuşada yeni üsulla məktəb açmış,  şagirdlər üçün dərslik 

yazmışdır. 86 il ömür sürən Nəvvab 1919-cu ildə Şuşada vəfat etmişdir. 

Nəvvabın zəngin irsinin bir qismi onun şeirləridir. XlXəsrin 70-ci illərində 

Şuşada "Məclisi-fəramuşan" ("Unudulmuşlar  məclisi")  ədəbi məclisini təşkil 

edən Məvvab özü də klassik üslubda lirik şeirlər yazmış, divan yaratmışdır. Bu 

divan 1999-cu ildə Bakıda, "Şuşa" nəşriyyatında çap olunmuşdur. Buradakı 

şeirlər həmin nəşrdən götürülmüşdür. 

 

QƏZƏLLƏR 

 

Hicrani-yar eylədi halü dilim xərab,  



Suzi-dərunim etdi cahan əhlini kəbab. 

 

Könlüm quşunu gör, necə püriztirabdır,  



Ol dami-zülfi-ənbərə düşmüş məgər üqab? 

 

Dərdi-fəraqinlə tökər əşk gözlərim,  



Mirab nə etdi böylə ki, təqdir edər gülab? 

 

Zahid məni o mahivəş eşqində mən edər,  



Pabənd olur o xalü xətti görsə şeyxü şəab. 

 

Et bərkənar zülfünü ol ruyi-mahdan,  



Ta infəal eyləyə bir göydə afitab. 

 

Bir qəmzə ilə cilvəgər ol mahvəşlərə, 



Ta münfəil olub - deyə, ya "ləyütə"ni türab. 

 

Nəvvabi-zarə eşq yolu münhərif olub,  



Nuri-rüxünlə göstər ona bir rahi-səvab. 

* * * 


 


Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə