Microsoft Word XIX esr az an doc



Yüklə 2,38 Mb.
Pdf görüntüsü
səhifə53/102
tarix21.02.2018
ölçüsü2,38 Mb.
#27404
1   ...   49   50   51   52   53   54   55   56   ...   102

____________________Milli Kitabxana______________________ 

218 


 

Can vermək, üzün görmək əgər olsa müyəssər,  

Çox nəfli sövdadu bu sövda gərək olsun. 

 

Etməz sənə bu eşq sözü zərrəcə təsir,  



Zahid, ürəgin səxreyi-səmma gərək olsun. 

 

Düşmən nə görər şəbpərə tək mehri-cəmalun,  



Didaruva bir dideyi-bina gərək olsun. 

 

Yaz mədhini, Raci, nə qədər olsa müyəssər,  



Övsafi-Əli aləmə ifşa gərək olsun. 

 

NÖVHƏLƏR 

 

Bax fələk Şamdə bir zümreyi-kafər yerinə,  



Künci-viranədə həm Ali-Peyəmbər yerinə. 

 

Qəsri-alidə Yezidün qızı yatsun rahət,  



Künci-viranədə çəksün o Səkinə möhnət,  

O sala məcəri-zərduz-başə ba şövkət,  

Bu sala zülfini rüxsarinə məcər yerinə. 

 

Şəhri-Yəsribdən olan vəqtə müsafir Zeynəb,  



Yeddi qardaşinə eylərdi təfaxür Zeynəb,  

İndi qan ağlamasun, neyləsün axir Zeynəb,  

Bircə Bimari qalub yeddi bəradər yerinə. 

 

Nə rəvadur üsəra şivənü əfğanə gələ,  



Şamun övrətləri tən ilə təmaşayə gələ,  

“Tuf” belə gərdişə, lənət belə dünyaya gələ  

Ali-Süfyani qoyar zadəyi-Heydər yerinə. 

 

Çün gəlürdi görələr Zeynəbi ol əhli-tərəb,  



Üsəra dövrin alırdı o məhin çün kövkəb.  

Zeynəb ol firqəni gördükcə deyirdi: - Yarəb,  

Olmasun kimsə cəhanda məni-müztər yerinə. 

  



____________________Milli Kitabxana______________________ 

219 


 

Möhnəti-qürbət əsər etdi o dəm Leylayə,  

Verdi viranədə əl qüssəvü qəra Leylayə,  

Dedi: - Ey çərx, elədün yaxşi sitəm Leylayə,  

Pasiban Şümr olub indi mənə Əkbər yerinə. 

 

Həmnəfəs olmadi bir dəm dəmi-dəmsazə ərus,  



Gəldi viranədə bülbül kimi avazə ərus.  

Dedi: - Aya görülüb indiyətən tazə ərus,  

Ey fələk, qarə sala başinə zivər yerinə? 

 

Dedi: - Az qaldi-Səkinə ki, - bu canim çıxsun,  



Nə qədər boynumi zənciri-düşaxə sıxsun?  

Təngə gəldüm bu Yəzidün evini həq yıxsun,  

Gedəcəkdür bəs haçan Ali-Peyəmbər, yerinə. 

 

Gördü Gülsum üsəra oxşadi hər nakami,  



Ney kimi dərdə gəlübdür dili-biarami,  

Dedi: - Qardaş, görüsən bir bu güruhi-Şami,  

İtrəti-Heydərə zülm eylədi kafər yerinə. 

 

Bir gecə gəldi genə dərdi-Səkinə cuşə,  



Ağladi, qoydi yüzin torpağa, getdi huşə,  

Gördi röyadə alubdur babasi ağuşə,  

Çəkər əl sili vuran Şümri-bədəxtər yerinə. 

 

Ərz qıldi: - Baba, viranə olub gör, vətənim,  



Şümrdən imdi varımdur sənə yüz şikvə mənim.  

Vurub, əzbəs göyərüb, başda-ayağə bədənim,  

Taziyanə yeridür, baxsan əgər hər yerinə. 

 

Qalmeyub tabü təvana, baba, mən bidildə,  



Gətdilər Şamə məni naqeyi-biməhmildə,  

Yeridüb Şümr piyadə bizi hər mənzildə,  

Yetirüb zülmini bu şumi-bədəxtər yerinə. 

 

Verdi arami-təsəlli mənə hər dəm Zeynəb,  



Razi olmaz yetişə könlümə bir qəm Zeynəb, 

  



____________________Milli Kitabxana______________________ 

220 


 

Çox çəküb zəhmətimi, ey baba, əmməm Zeynəb,  

Hörmət eylüb mənə viranədə madər yerinə. 

 

Raci, tovlanma bu bimehrü vəfa dünyayə,  



Əldə bir tuşə gərək çün səfəri-üqbayə,  

Nəqdi-əşk ilə bu gün cəm elə bir sərmayə,  

Göz yaşı xərc olu məhşər güni gövhər yerinə. 

 

* * * 



 

Aləm niyə bəs olmadi viran, Əli Əkbər,  

Ol gün ki, səni saldılar atdan, Əli Əkbər? 

 

Bu şiələr, ey kaş, cəhənnəmdə yaneydi,  



Zülfün nə ki, bircə teli qanə boyaneydi,  

Çərxün görum ol gündə bu dövri dolaneydi  

Dövri-bərüvi aldılar üdvan, Əli Əkbər. 

 

Bu əqdini bu şiələrün həll edə, müşkil,  



Vermüb su, kəsüb təşnə sənün başuvi qatil,  

Olsun o sərün su üçün aşiqlərə nisgil,  

Verdün sən o zəhmətlə susuz can, Əli Əkbər. 

 

Leyla gecələr sübhə kimi yatmadi rahət,  



Sən kimi cəvan bəslədi, ey kani-məlahət,  

Axir nə rəvadur qala didaruna həsrət,  

Düşmən eliyə qanuva qəltan, Əli Əkbər. 

 

Məşhurdu hərçənd qəmü möhnəti-Yusif,  



Kor eylədi Yəqub gözin firqəti-Yusif,  

Əmma ona bir vəqtə yetüb həzrəti Yusif,  

Kim, olmuş idi Misrdə sultan, Əli Əkbər. 

 

Tapdi səni bir vəqtə o Yəqubi-Mədinə,  



Yıxmışdıla rəna qədüvi ruyi-zəminə,  

İstərdi kəsə başuvi ol ləşkəri-kinə,  

Dutmuşdi sənün gözlərüvi qan, Əli Əkbər. 

  



____________________Milli Kitabxana______________________ 

221 


 

Gördi ki, kəsər başuvi ol taifeyi-gəbr,  

Mümkün degü bir kimsənə bu zülmə edə səbr,  

Doldurdi baban gözlərini əşk ilə çün əbr,  

Səbr eylədi bir Şahi-şəhidan, Əli Əkbər. 

 

Qurbani görülmüb kəsə bir kimsənə ətşan,  



Əmma sənə rəhm etmədi bu ləşkəri-üdvan,  

Axir səni meydanda susuz kəsdilə qurban,  

Bu canimiz olsun sənə qurban, Əli Əkbər. 

 

Sinən dəmi-şəmşir ilə peykanə verübsən,  



Canü dil ilə canuvi cananə verübsən,  

Başun bu rahi-eşqdə mərdanə verübsən,  

Ey nuri-düçeşmi-Şəhi-mərdan Əli Əkbər. 

 

Ol gün ki, çıxub xeymədən əflakə fəğanlar,  



Meydanda töküldi yerə nahəq yerə qanlar,  

Hardeydi o gün, mən sənə qurban, bu cavanlar,  

Məcmui oleydi sənə qurban, Əli Əkbər. 

 

Bu zəxmi-dil oldı anova zəxmi-cəbinün,  



Göylündə qalub həsrəti Leylayi-həzinün,  

Səndən sora kül başinə dünyayi-dəninün,  

Sənsiz necə dövr etdi bu dövran, Əli Əkbər? 

 

Şümrin görüm aləmdə şədid olsun əzabi,  



Aya nolu peyğəmbərə məhşərdə cəvabi?  

Ol gün ki, qurar ədl ilə divani-hesabi,  

Etsün bu barədə divan, Əli Əkbər. 

 

Çavuş səda çəkdi, çıxub qafiləyi-qəm,  



Olmadi bu il Racinün övzai fərahəm,  

Qismət ola qəbrimdə deyə növbə dəmadəm,  

Hüzzar olallar çaki-giriban, Əli Əkbər. 

  



Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə