Microsoft Word XIX esr az an doc



Yüklə 2,38 Mb.
Pdf görüntüsü
səhifə61/102
tarix21.02.2018
ölçüsü2,38 Mb.
#27404
1   ...   57   58   59   60   61   62   63   64   ...   102

____________________Milli Kitabxana______________________ 

251 


 

 

Xülasə, silsiləyi-kainat hər fərqə  



Gəlib durub keçinibdir gədası ya xani. 

 

Qılıbdı ziri-ləhdidə solub təğfin edib  



O şux nərgisi gözlər o rəngi-rəmani. 

 

Qərargah degildir bu dəhr-viranə  



Duşlək eyləməz əsla əqval-viranə. 

 

Cahan faniyədir, balbədahə muyasi  



Zəmanə hadisədir müntəha hərəmani. 

 

Əgərçi zahiri zordur, tələzzizi şirin  



Və leyk xanei-zənburdur - bəla kani. 

 

Məəttələm ki, neçün nitqü əql ilə insan  



Təcrid eyləyə bilməz məqami-heyvani. 

 

Eşşək ki cümlədə nafəhmdari-həqiqətdir  



Vəli, təfəhhüm ediyor çox dəqiq əmmani. 

 

Deyəndə çoş, yerir, çoş desən, dayanı-durar,  



Ki, nəsibü cəzm bulur elmi-nəhvi-ünvani. 

 

Əcəb bu natiqi-insan əməldə kahaltər  



Təmyiz eyləyə bilməz təriqi-ürfani. 

 

Xülasə, mətləb odur, ey kirvə əhli-bəşər,  



Gərəkdi arif ola müddəi imani. 

 

Nə aldadıbdı səni cifəhayi-darqürur,  



Nə çox fəribə çəkibdir həvayi-nəfsani?! 

 

Beş-altı aqça səni eyləyib nə çox məgrur,  



Fərəh-fərəh nə yerirsən çü mürğı-Tehrani?! 

 

Beş-altı gün də dayan nagəhan məsid-qəza  



Gəmişdirir canına bil məmati-tərlani. 

 

Yetişdi, aldı vücudun, dağıtdı tüklərini  



Büküldü bir kəfənə, get görək o pul hani?! 


____________________Milli Kitabxana______________________ 

252 


 

Aya qəniyyül-əyyamü, nəbirəyi-Qarun  

Nə hərisdir bu qədər cəmi mali-dünyani. 

 

Nə şövqdür bu qədər şaiqi-imarətsən  



Sipehrə çəkməyəcəksən rəvani-eyvani. 

 

Mürüvvət eylə, nə çox təşnəsən bu dünyaya  



Məgər tamam içəcəksən mühiti-dəryani?! 

 

Açıbdı ağzın əcəl xışmanan əjdər kun  



Dəf eyləmək olmaz hücumi-Şəbani. 

 

Gələndə həmhəməyi-zühuri çan şiri-əcəl  



Muğan-qəbə düşər səd həzər Xaqani. 

 

Xəyal eyləsənə bir ölüm zəmanəsini  



Fəqirə eyləsənə biqərar ehsani. 

 

Qəsəm xudayi-kərimə əməl qalır ancaq  



Vəfası yox, yığasan gər həzar milyani. 

 

Qərəz, vəsiyyət idi eylədim bu moizəni  



Həmişə Didə deyibdir kəlami-həqqani. 

 

Bəli, maariki-bəqqə şücai-şir gərək  



Həmişə şir-şücaət-ümidi-Şirvani. 

 

MÜXƏMMƏS 

 

Əhli-halə, sanma, ey dil, bu cahan məqbuldur,  



Aqilə cahi-dolali-dövləti məxzuldur.  

Bəzl qıl kim, nəfü sudin etdigin məbzuldur  

Vay o nəfs mali-dünya yığmağa məşğuldur,  

Ayeyi-veylul ləküll halına məşmuldur. 

 

Zərrəni bica demə ya nur, o pişi-afitab  



Ya dutubdur cüğdi-arif guşəyi-künci-xərab  

Onların məqsudidir dinarü dirhəm bihesab 

 Biri gögdən, biri yerdən eyləyirler iktisab  

Hər biri öz aləmində talibi-məmuldur. 

 



____________________Milli Kitabxana______________________ 

253 


 

Ey cahanı çox sevən bəxti siyah, ey dərbədər,  

Ey ölüm yaddan çıxarmış biqəzavü-biqədər,  

Bu qədər şövqün nədir təhsilü cəmi-simü zər,  

Vallahi hər kəs əgər dünyavü mafiha sevər,  

Doşti-Xəsranın çölündə bir biyabani-quldur. 

 

Ey xumar aludeyi-qəflət, sərapa bəd əməl,  



Talibi-dünyayi - fani bər cü zənburi-əsəl,  

Pula, mala rağib olma, yadına sal bir əcəl,  

Oylə ban olma ki, bebavər yəqinən laəqəl,  

Çün ölüm hər zinəfəsdən dəmbədəm mənquldur. 

 

Hal-dünya bir binadır – çəkmə anın həsrəti  



Aləmi-mənadə biridir üsrət ilə işrəti.  

Pişvallar hər zaman dünyadan etmiş nifrəti,  

Çək ayağın bu fənadan, dut fəriqi-söhbəti  

Söhbəti-irfani hər bir firqədə məqbuldur. 

 

Filməsəl, dünyayi dövlət səndə oldu həsbi-kam,  



Pulu malü mülkü cahi əşhəbi-göhərləgam  

Səndə gər bəxşayiş olmaz - feyz aparmaz xasü am  

Hər nə dövlət cəm edibsən, tən olur beynələnam  

Həmrəhin zəhmət çəkən carubikeş məzbuldur. 

 

Bu cahanı şövq edən Firon ilə Şəddadıdır,  



Gör oların guşnişini hancarı bir badıdır  

Eyləmə təşbih özün onlara, gəl imdadı dur  

Zimmi-dünyayi-əcuzə bir tükənməz zadıdır  

Bu əsasən şərhi-mətni xətm olunmaz, tuldur. 

 

Sərbəsər vəzü nəsayihdir bu şeri-pürhəqiq  



Həqq - məzmun uzun - guya ki, dəryayi-əmiq  

Hər sözü dürdaneyi-afaq, çün ləlü əqiq  

Lölöi-məknundur, Didə düri-nəzmi-dəqiq  

Filməsəl, guya sədəf tək gövhəri-kəşkuldur. 



 

 


____________________Milli Kitabxana______________________ 

254 


 

 

 

BAHAR ŞİRVANİ 

 

XlX  əsrin ikinci yarısında klassik poeziya ənənələrini yaradıcılıqla davam 



etdirən, onu yeni poetika-sənətkarlıq keyfiyyətləri ilə  zənginləşdirən Mirzə 

Nəsrulla Bahar Şirvani Azərbaycan  ədəbiyyatında lirik şerin ideya-estetik 

məzmun və  bədii forma baxımından zənginləşməsində mühüm xidmətləri olan 

sənətkardır. O, 1835-ci ildə  Şamaxıda tacir ailəsində doğulmuşdur. Hələ 

uşaqlıqdan iti fəhmi və qabiliyyəti ilə diqqəti cəlb edən Bahar Şamaxı 

mədrəsəsində  təhsil almış,  ərəb, fars dillərini, hesab, nücum, şəriət elmlərini 

öyrənmişdir. Atası vəfat etdiyindən ailəni dolandırmaq üçün bir müddət ticarətlə 

məşğul olmuş, lakin bu işdən tez uzaqlaşmışdır. O, İrana gedib altı il Şiraz, Rey, 

Tus və Xorasanda yaşadıqdan sonra Şamaxıya qayıtmışdır. Lakin şair Şamaxıda 

qala bilməmişdir. Hindistana səyahətə getmiş, oradan İrana dönərək, Tehran, 

Xorasan,  İsfahan və başqa yerləri gəzmişdir. O, Təbrizə  gəlmiş  və ömrünün 

axırına qədər burada yaşamışdır.  Şair 1883-cü ildə  Təbrizdə  vəfat etmiş  və 

məşhur Surxab qəbristanlığında dəfn olunmuşdur. 

Bədii yaradıcılığa yeniyetməlik dövründə başlayan Bahar Şirvani  əsərlərini 

klassik ənənələrə uyğun olaraq, əsasən, Azərbaycan və fars dillərində yazmışdır. 

Lakin onun zəngin irsinin az bir qismi əldədir. Bu kitabda verilən nümunələr 

Seyid Əsim Şirvaninin "Təzkirə"sindən (Əsərləri, III cild, Bakı, 1974)və "Poetik 

məclislər"' (Bakı, 1987) kitabından gotürütmüşdür. 

 

QƏZƏLLƏR 

 

Ləli-ləbin ki, xəiq deyərlər şərab ona,  



Xasiyyəti-şərab tapar yetsə ab ona. 

 

Zülfün salıb oda özünü ruyinə yetib,  



Öz tutduğu işində nədir piçü tab ona? 

 

Şirin ləbin ki, el ürəyin qanə döndərib,  



Yoxdur özündə qanı, demin ləli-nab ona. 

 

Baxmaq şüayi-arizüvə kimdə tab var?  



Bitablıq edib nə salırsan niqab ona? 

  

 



 


Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə