Microsoft Word XIX esr az an doc



Yüklə 2,38 Mb.
Pdf görüntüsü
səhifə59/102
tarix21.02.2018
ölçüsü2,38 Mb.
#27404
1   ...   55   56   57   58   59   60   61   62   ...   102

____________________Milli Kitabxana______________________ 

243 


 

Təkyə qıl balışı-izzətdə, otur izzət ilə,  

Mən hüzurunda olum türfə qəzəlxan, getmə. 

 

Səninləndir sərü samani Məmai zarın,  



"Məhfili-üns"ü qoyub bisərü saman, getmə. 

 

* * * 



 

Neyləyim, cövr eləyir çərxi-cəfakar mənə,  

Göndərib hər nə qədər cövr, sitəm var, mənə. 

 

Bəxt tək üz çevirib məndən, əzizani-cahan,  



Taleim olmadı bir ləhzə mədədkar mənə. 

 

Qoymadı dəhrdə bir dəm göz açım, iqbalım,  



Necə iqbal? Sərasər olub idbar mənə. 

 

Qəmküsarım nə qədər var idi, yeksər getdi,  



Deməyə dərdimi yox bircə nəfər yar mənə. 

 

Qalmışam Şişədə, daş içrə qalan şişə kimi,  



Ləl tək qan yedirib çeşmi-gühərbar mənə. 

 

Harı ol zövqü səfa, əhli-vəfa yığnağı?  



Qalmayıb dəhrdə bir munisi-qəmxar mənə. 

 

Ey Məmai, gedib ərbabi-vəfa aləmdən,  



Xəlqdən indi yetir zəhmətü azar mənə 

 

* * * 



 

Bir bikəsi-zarəm, vətənimdə vətənim yox,  

Bir bülbüli-bibalü pərəm, vay, çəmənim yox! 

 

Mən sahibi-hər məcməi, hər əncümən oldum,  



Əfsus, nə bir cəm, nə bir əncümənim yox. 

 

Viranə qalıb "Məhfili-üns"üm, dağılıbdır,  



Nə yar, nə qəmxar, nə bir həmsüxənim yox. 

 

 




____________________Milli Kitabxana______________________ 

244 


 

Bir guşeyi-bağ içrə qalıb bikəsü tənha,  

Nə bir soran əhvalımı, nə bir gələnim yox. 

 

Əfsus, bu məxluq hamı kurü kar olmuş,  



Nə bir görənim var, nə bir dilbilənim yox. 

 

Xunabi-ciyər caridi gözdən gecə-gündüz,  



Ruxsara axan göz yaşımı bir silənim yox. 

 

Göz ilə qulaqdan çəkərəm zəhməti-bihədd,  



Ruhani əziyyətlər üçün tabi-tənim yox. 

 

Bir yanda vətən təhlükəsi canımı almış, 



Bir fəhra edənim, anlayanım, dərk edənim yox. 

 

Ərbabi-kəmalat zamanı getdi, Məmai,  



Qaldım bu bəla dəştdə, imdad edənim yox. 

 

* * * 



 

Vəh, necə kəc gərdiş eylər çərxi-kəcrəftar kəc!  

Əsr gəcdir, dövr gəc, dövrani-bədkirdar kəc. 

 

Doğruluq mədum olubdur mərdümi-afaqdən,  



Qövl kəc, əfal kəc, kirdar kəc, güftar kəc. 

 

Qalmayıb dadüsitəd əhlində əsla düz əməl,  



Müştəri kəc, sudkəcdir, taciri-bazar kəc. 

 

Rastlıqdan döndərib üz cümlə mollavü keşiş,  



Xirqə kəc, əmmamə kəc, təsbeh kəc, zünnar kəc. 

 

Şeşdəri-heyrətdə mat etmiş məni nərradi-çərx,  



Bağlayıb şeş xanə, oynar, pənc kəc, həm çar kəc. 

 

Hiyləvü təzvirü məkrilə riya xəlqi işi,  



Qövm kəcdir, xiş kəc, əbbab kəc, əşraf kəc. 

  

Nə diyanət, nə əmanət, nə sədaqət, nə vəfa,  



Görmədim bir düz əməl, gördüm nə qədri var kəc. 

 



____________________Milli Kitabxana______________________ 

245 


 

Ey Məmai, hər nə yazsan doğruluqdan yazgilən,  

Söyləmə güftari-kəc, yazma belə əşari-kəc. 

 

MUXƏMMƏS 

 

Düşdü yadıma keçən günlərim, əfsus olsun,  



Bizi məyus edən dəhrdə məyus olsun. 

 

Hanı ol gecə-gündüz zövqü səfa, işrət idi?  



Hanı ol gün ki, sərapa hamıya ləzzət idi?  

Hanı ol əhdü vəfa əhli ki, həmsöhbət idi?  

Düşdü yadıma keçən günlərim, əfsus olsun,  

Bizi məyus edən dəhrdə məyus olsun. 

 

Noldu əxlaqi-həsən, sahibi-yarani-qədim?  



Noldu ərbabi-sədaqət, hanı ol təbi-səlim?  

Yox idi kimsədə əsla rəvişi-divi-rəcim,  

Düşdü yadıma keçən günlərim, əfsus olsun,  

Bizi məyus edən dəhrdə məyus olsun. 

 

Hamı ol bəzmi-səfa, noldu o ərbabi-vəfa?  



Oxunurdu gecə ta sübhə kimi şurü nəva,  

Yox idi kimsənədə dərdü ələm, qəm əsla,  

Düşdü yadıma keçən günlərim, əfsus olsun,  

Bizi məyus edən dəhrdə məyus olsun. 

 

Malü can eylər idi sərf o yarani-əziz,  



İrzü namus edib hifz rəfiqani-əziz,  

İkilik yox, görünürdü hamı bir cani-əziz,  

Düşdü yadıma keçən günlərim, əfsus olsun,  

Bizi məyus edən dəhrdə məyus olsun. 

 

Hər kəsin var idi, sərf eylər idi simü zəri,  



Bir-birindən yox idi hiç kəsin bir kədəri

  

Yox idi hiç kəsin möhnətü qəmdən xəbəri,  



Düşdü yadıma keçən günlərim, əfsus olsun,  

Bizi məyus edən dəhrdə məyus olsun. 

 

Şimdi bu şəhrdə bir əhli-sədaqət yoxdur,  



Bu qədər xəlqdə bir mərdi-dəyanət yoxdur,  


____________________Milli Kitabxana______________________ 

246 


 

Nə mürüvvət, nə vəfa, əhdü-əmanət yoxdur,  

Düşdü yadıma keçən günlərim, əfsus olsun,  

Bizi məyus edən dəhrdə məyus olsun, 

 

Mən səyahət elədim aləmi çox ləzzət ilə,  



Gördüm ərbabi-kamalatü hünər, hörmət ilə,  

Görmədim hiç kəsi dərdü qəmü möhnət ilə  

Düşdü yadıma keçən günlərim, əfsus olsun,  

Bizi məyus edən dəhrdə məyus olsun. 

 

Şimdi məxluq olub əhli-qərəz, hasidi-dun,  



Kizbü böhtanü riya xəlqi edib zarü zəbun,  

Yoxdu bir yar deyim dərdi-dilim ona künun,  

Düşdü yadıma keçən günlərim, əfsus olsun,  

Bizi məyus edən dəhrdə məyus olsun. 

 

Yoxdu, yarəb, görəsən Şişədə bır əhli-kamal?  



Oturub aqibəti-karı edə bircə xəyal,  

Qoymuya milləti-islamın ola əmri mahal,  

Düşdü yadıma keçən günlərim, əfsus olsun, 

Bizi məyus edən dəhrdə məyus olsun. 

 

Şimdi olmuş cühəla firqələri rəhbərimiz,  



Cahilü nakəsü naəhl olub sərvərimiz,  

Gizlənibdir üləma, əhli-qələm, hər birimiz,  

Düşdü yadıma keçən günlərim, əfsus olsun,  

Bizi məyus edən dəhrdə məyus olsun. 

 

Dövreyi-çardəhhomdur qəmərin dövranı,  



Nə yaman dövrdi, dərhəm elədi dünyanı,  

Məhv edib cövrü cəfa, zülmü sitəm hər yanı, 

  



Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə