Microsoft Word XIX esr az an doc



Yüklə 2,38 Mb.
Pdf görüntüsü
səhifə56/102
tarix21.02.2018
ölçüsü2,38 Mb.
#27404
1   ...   52   53   54   55   56   57   58   59   ...   102

____________________Milli Kitabxana______________________ 

230 


 

Qərqi-dəryayi-qəm oldum, ey xudaya, dadə yet,  

Qüssədən gül tək saraldım, ey xuda, fəryadə yet. 

 

Qönçə tək qan oldu bağrım gülüstani-dəhridə,  



Gül kimi pəjmürdə oldum, ey xudaya, dadə yet. 

 

Bülbüli-şeyda kimi naləm cahanı çulğadı, 



Gül səfasın görməmiş öldüm, ey xuda, fəryadə yet. 

 

Badə vəslilə sərşar olmadım sağər kimi,  



Əşki-xunin ilə doldum, ey xuda dadə yet. 

 

Bir gülüzlü yar vəslin görmədim Nəvvab tək,  



Cövri-əğyar ilə soldum, ey xuda, fəryadə yet. 

 

* * * 



 

Qəmi-hicrində bimarəm mən, ey dost!  

Zəlilü acizü zarəm mən, ey dost! 

 

Gecə-gündüz çəkıb rəncilə zəhmət,  



Gözümdə uyqu yox, bidarəm, ey dost! 

 

Cəhanın əhlinə çox-çox əzizəm,  



Hüzurunda neçün bəs xarəm, ey dost! 

 

Sənin eşqində, ey şuxi-dilaram,  



Fəğanü ahilə xunbarəm, ey dost! 

 

Qalıb Mənsur tək dari-sitəmdə,  



Həyatımdan belə bizarəm, ey dost! 

 

Olubdur bülbüli-şuridə Nəvvab,  



Giriftari-qəmi-didarəm, ey dost! 

  



____________________Milli Kitabxana______________________ 

231 


 

* * * 


 

Hər zaman gül yüzünü mürği-ravan eylər yad,  

Bülbülü bismilü şuridə kimi eylər dad. 

 

Sənin eşqində mən, ey şəkkərü şirin hərəkat,  



Çaparam dağı, daşı necə çapıbdır Fərhad. 

 

Gecələr əşki-qəmə qərq oluram sübhə kimi,  



Sübhlər şamə təki eylərəm ahü fəryad. 

 

Mən necə şad olub meyli-gülüstan edim,  



Xaneyi-səbrimi hicranın edibdir bərbad. 

 

Eşq oduna o zamandan ki, düşübdür Nəvvab,  



Olmayıb bircə zaman möhnəti-qəmdən azad. 

 

* * * 



 

Zindani-qəmdə oldu günüm qarət ağlaram,  

Sövdayi eşqində çəkib zillət ağlaram. 

 

Zülfün havası ilə olub tirətər günüm,  



Qalü bəlada hicrin olub qismət, ağlaram. 

 

Ahimlə dövri-şəmsü qəmər halə bağlayıb,  



Bir dəm sənlə eyləmədim söhbət, ağlaram. 

 

Bülbül kimi nəvayə gəlib eylərəm fəğan,  



Hicri-rüxündə oldu kəman qamət, ağlaram. 

 

Ahü fəğanım ərşə çıxıb, dilbəra, nə edim?  



Sənsiz məni əhatə edib möhnət, ağlaram. 

 

Kuyində sərfəraz olubdur rəqiblər



Edirlər hər zaman mənə min töhmət, ağlaram. 

  



____________________Milli Kitabxana______________________ 

232 


 

Əncümşümar olubdu fəraqində gözlərim,  

Yadi-vüsalınilə çəkib həsrət, ağlaram. 

 

Nəvvab tək alıbdı əlimdən təvanımı,  



Bitaqət eyləyibdi məni firqət, ağlaram. 

 

 



MÜRƏBBƏLƏR 

 

Bir nigarı istərəm aləmlərin əlasıdır,  



Ruzgarın bağı içrə novgüli-rənasıdır,  

Can ona qiymət degil, qiymətlərin ədnasıdır,  

Çünki bu sövdayi-kamili-gülrüxan sövdasıdır. 

 

Nazilə nazik baxanda dinü imanı alır,  



Oəmzəsi ahənrüba tək cismdən canı alır,  

Qiyməti-ləli-ləbi İranü Turanı alır,  

Çünki bu sövdayi-kamili-gülrüxan sövdasıdır. 

 

Xalü xəttü tələti firdövsi-əlaya dəgər,  



Qaməti-şümşadi min-min sərvi-tubaya dəgər,  

Zülfünün hər tarı yüz Leylavü Əzrayə dəgər,  

Çünki bu sövdayi-kamili-gülrüxan sövdasıdır. 

 

Zahida, bu biz degil kim, əlli qat başa qoyub,  



Şiydü salusi ilə biçarə əvamı tovlayub,  

Ac qurd kimi cəmiən pul, malını soyub,  

Bəlkə bu sövdeyi-kamili-gülrüxan sövdasıdır. 

 

Yox məlaməti-aşiqi-biçarə gər candan keçə.  



Bir belə canan yolunda xanimandan keçə,  

Bu degil halva ki, molla dinü imandan keçə,  

Bəlkə bu sövdayi-kamili-gülrüxan sövdasıdır. 

 

Bu degil yaqutü almasü zəbərcəd zivəri,  



Hər dənizadə alıb zinət, verə duşü bəri,  

Bu gedil dinarü dirhəm kim, yığa hər sərsəri,  

Bəlkə bu sövdayi-kamili-gülrüxan sövdasıdır. 



____________________Milli Kitabxana______________________ 

233 


 

Yoxdur insaf sənə, Nəvvab bir etməz nigah,  

Bülbüli-şeyda kimi gər edəsən əfqanü ah,  

Kəbəyi-kuyində ömrün mayəsin etsin təbah,  

Çünki bu sövdayi-kamili-gülrüxan sövdasıdır. 

 

* * * 



Bir nigari-novbaharın gül camalın istərəm,  

Lölöyi-tər tək camalı üzrə xalın istərəm,  

Cuybari-hüsn ara, şəkkər zülalın istərəm,  

Mey içib məstan gəzən çeşmi-ğəzalin istərəm. 

 

Aşiqin tərk eyləyib, amma özü məstan gəzər,  



Naz edər hər dəm rəqibə bağ ara şadan gəzər,  

Yadına bilmərrə düşməz, əhdilə peyman gəzər,  

Bir belə insafsız yarın vüsalın istərəm. 

 

Yarını həsrət qoyub aləm ara xar eyləyən,  



Sındırıb iqrarını firqətdə bimar eyləyən,  

Şad edən əğyarını hər ləhzə təkrar eyləyən,  

Gərdəni-mina, qəddi-Tuba misalın istərəm. 

 

Rovzeyi-hüsn içrə guya ahuyi-tatardır,  



Xali-mişkini zənəxdanında ənbərbardır,  

Ləbləri gül, dişləri həm lölöyi-şəhvardır,  

Bir belə rəna ğəzalin, xəttü xalın istərəm. 

 

Bülbüli-şuridə tək cəh-cəh uran, dad eyləyən,  



Məst olan, tavus tək məstan geyib, məstan gəzən,  

Aşiqini görcəgin tərlan kimi gərdən çəkən,  

Naz edən nazikbədən tuti məqalın istərəm. 

 

Baği-gülzar içrə ahu kimi hər yanə baxan,  



Etinalar eyləyib əğyarə naz ilə axan,  

Aşiqi-zarın dilini nari-hicranə yaxan,  

Dərgahi-pakində əğyarın zəvalın istərəm. 

 

  



Əl çəkib Nəvvabdan, yarəb, o yari-bivəfa,  

Nazilən eylər ona hər ləhzə min cövrü cəfa.  

Bir deməz biçarə məndən görmədi zövqü səfa,  

Rəm yeyən, ram olmayan vəhşi ğəzalin istərəm. 




Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə