Microsoft Word XIX esr az an doc



Yüklə 2,38 Mb.
Pdf görüntüsü
səhifə52/102
tarix21.02.2018
ölçüsü2,38 Mb.
#27404
1   ...   48   49   50   51   52   53   54   55   ...   102

____________________Milli Kitabxana______________________ 

214 


 

Rindü şeyxü salikü zahid qarışmış bir yerə,  

Çeşmi-həqbin yox, seçə namərd ilə mərdanəni. 

 

Düşdi rövnəqdən gülüstani-vəfa, zağü zəğən  



Bülbüli-şeyda yerində başlıyub əfganani. 

 

Atəşi-şövqi-məhəbbət yandururdı aqibət,  



Şəmlər nahəq yerə yandurdilər pərvanəni. 

 

Oldum həmrəng, cəmaət, eşqi-xalü zülf ilə  



Rişteyi-zünnarə düzdüm səbheyi-səddanəni. 

 

Ey dil, əl çək, yox bəni-növi-bəşərdə etibar,  



Məskən et bayqusifət bir guşeyi-viranəni. 

 

Kutəh eylün qisseyi-zülfi, ey ərbabi-üqul,  



Rahət əgləşsün qoyun, zəncirdə divanəni. 

 

Raci, gördüm tərgi-candur iqtizayi-ittihad,  



Bəzmi-vəsli-xasə qoymazlar girə biganəni. 

 

* * * 



 

Hübb ayəsi, zahid, sənə Quranda tapıldı,  

Misdaği mənə arizi-cananda tapıldı. 

 

Asarı-şüunati-zühuratı-həqayiq, 



Əlhəq genə bu məsləki-ürfanda tapıldı. 

 

Sinəmdə əyan oldı tilismati-məhəbbət,  



Bir gəncdü məxfi ki, bu viranda tapıldı. 

 

Çeşmimdə xəyali-ərəqi-arizi-canan,  



Guya düri-şəhvardu, ümmanda tapıldı. 

 

İncitmün, ətibba, bizi, dərdi-qəmi-eşqə  



Dərman nə Ərəstudə, nə Loğmanda tapıldı. 

  



____________________Milli Kitabxana______________________ 

215 


 

Qaldi səri-zülfündə könül, kamə yetişdüm,  

Nə eyşdü bu, Şami-qəribanda tapıldı. 

 

Zahid, bu pəriçöhrəyə bir diqqət ilə bax,  



Get, gəz, gər əgər rövzeyi-rizvanda tapıldı? 

 

Olmuşdu könül Yusifi bir müddət idi güm,  



Axtardum onı, cahi-zənəxdanda tapıldı. 

 

Ey vacibün imkaninə talib olan aşiq,  



Məzhər ona, gəl, aləmi-imkanda tapıldı. 

 

Qəmzən tükədüb, nazun alub, işvən apardı,  



Sedparə könül hər biri bir yanda tapıldı. 

 

Xət basdı qədəm naz ilə hüsnün vərəqinə,  



Qarıncadü ya, təxti-Süleymanda tapıldı. 

 

Bu Racidəki şur ilə sevdavü məhəbbət,  



Məcnunda, nə Fərhad ilə Sənanda tapıldı. 

 

 QƏSİDƏLƏR 



 

Eşq əhli bu afaqda rüsva gərək olsun,  

Məcnun kimi sərgəşteyi-səhra gərək olsun. 

 

Bu rəsmdür aşiqlərə divanə deyəllər,  



Bu taifədə hövsələ dərya gərək olsun. 

 

Əğyardən eşq əhli gərək pür həzər etsün,  



Qəlbində onun yəni təbərra gərək olsun. 

 

Öz canını qıırban eləsün dust yolunda,  



Lazımdu təbarradə təvəlla gərək olsun. 

 

Aşiq odur olsun özü məşuqi-bənəfsə,  



Yəni ki, o bir bimənü bima gərək olsun. 

  



____________________Milli Kitabxana______________________ 

216 


 

Başdan ayağa yarsala tığ ilə gər aşiq,  

Məşuq ilə məmlüvv sərapa gərək olsun. 

 

Məcnun kimi aşüfteyi-xalü xəti-Leyli,  



Vamiq kimi məhvi-rüxi-Əzra gərək olsun. 

 

Şəhbaz kimi dövr eləsün dövri-cəhani,  



Ta bir çəmənə bülbüli-şeyda gərək olsun. 

 

Min zülmü sitəm eyləsə canan deməsün bir,  



Aya niyə bu zülmü təədda gərək olsun. 

 

Dözsün sitəmi-möhnətü ənduhi-bəlayə,  



Ümmidgəhi səbrü şəkiba gərək olsun. 

 

Görsün rüxi-canani əyan daim özündə,  



Ayinə kimi qəlbi müsəffa gərək olsun. 

 

Biganədü söz aşiqü məşuq arasında, 



Can verməgi mövqufi-bərima gərək olsun. 

 

Heç eyləməsün vəsl ilə hicran ona tövfir,  



Hicranda canan ilə yekca gərək olsun. 

 

Eşq aləmini seyr eləsün payəbəpayə,  



Ta cilvəgəhi-aləmi bala gərək olsun. 

 

Öz canını pamal eləsün künci-bəladə,  



Ta kəngəreyi-ərş ona məva gərək olsun. 

 

Büxlü həsədü kinəvü büğz ilə riyadən,  



Aşiq olan aləmdə mübərra gərək olsun. 

 

Aşiq odur aləmdə Üveysi Qərəni tək,  



Məsti-meyi-meyxaneyi-mövla gərək olsun. 

 

Mövla necə mövla Əlivü alivü əla, 



Ol ismi-xuda ilə müsəmma gərək olsun. 

  



____________________Milli Kitabxana______________________ 

217 


 

Rüfətdə onun payeyi-əlvani-cəlali,  

Min mərtəbə bu ərşdən əla gərək olsun. 

 

Bu padişəhün çakərinün çakəri Xosrov,  



Dərbani-dəri-həşməti Dara gərək olsun. 

 

Saqi, dolanum başına, ver badə peyapey,  



Başimdə mənim nəşəyi-səhba gərək olsun. 

 

Göstər güli-rüxsarini, canım sənə qurban,  



Könlüm quşu bülbül kimi guya gərək olsun. 

 

Öz xahişini tərk eləsün talibi-canan,  



Nə talibi-dünyavü nə üqba gərək olsun. 

 

Təsiri-nəfəs bundan alub həzrəti İsa,  



Həqqa ki, bu möhyayi-Məsiha gərək olsun. 

 

"Mutu" desə zərratə, sərasər olu fani,  



"Qumu" desə, kulliyyətən əhya gərək olsun. 

 

Həm dideyi-Yəqubə bu Mövladu verən nur,  



Yusifdə nişan hüsni-dilarə gərək olsun. 

 

Feyzi bu Şəhün Xızrdəki ömrdü cavid,  



Davudi də surət fərəhəfza gərək olsun. 

 

Məcmui-peyəmbərlərə bu feyz veribdür,  



Musadə nişan ol yedi-beyza gərək olsun. 

 

Həqqa ki, bu Şahənşəhün asari-cəlali, 



Bir zərrə Süleymanda hüveyda gərək olsun. 

 

İllət budur icad olub xəlq ədəmdən,  



Bişək səbəbi-Adəmü Həvva gərək olsun. 

 

Mövlani qoyub vəsf eliyə hurü cinani,  



Zahid sözü bu barədə bica gərək olsun. 

  



Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə