Microsoft Word XIX esr az an doc



Yüklə 2,38 Mb.
Pdf görüntüsü
səhifə51/102
tarix21.02.2018
ölçüsü2,38 Mb.
#27404
1   ...   47   48   49   50   51   52   53   54   ...   102

____________________Milli Kitabxana______________________ 

209 


 

Mən ki divaneyi-eşqəm, mənə çox söylməyin,  

"Hu" deyib, baş qoyaram kuhü biyabanə sarı. 

 

Eşq ara bülbüli-pabəstə idi Bixudi-zar,  



Bağban açdı pərin, atdı gülüstanə sarı. 

 

* * * 



Təngə gəldim, saqiya, bu məscidi-viranədən,  

Gəl, tərəhhüm eylə bir yer ver mənə meyxanədən. 

 

Vaizin pəndin tutub, meyxanədən çəkdim əyaq,  



Olmuşam indi xəcil bu tutduğum əfsanədən. 

 

Sirrlər kim, səbhəvü müshəfdən olmazdı əyan,  



İmdi oldu aşikara sən verən peymanədən. 

 

Dur, gözün qurbanı, saqi, badə ver, əhd etmişəm,  



Kim, olam məst, əl çəkəm bu səbheyi-səddanədən. 

 

Dün xəta etdim, dedim kim, zülfünə zəncirdir,  



Əfv qıl, çıxmaz, gözüm, məqul söz divanədən. 

 

Həqqə vasil olmaq istərsənsə, ey dil, tərk qıl  



Söhbəti-əğyari, qəti-ülfət et biganədən. 

 

Mən ki namü nəngdən keçdim yolunda saqinin,  



Söylə, ey Bixud ki, indi eyləyim pərva nədən? 

 

MÜXƏMMƏS 

 

Edən yar arzusunu möhnəti-əğyarə dözməzmi?  



Gülə aşiq olan bülbül cəfayi-xarə dözməzmi?  

Vəfadan dəm vuran aşiq qəmi-düdarə dözməzmi?  

Ola gər tiri-qəmdən sinəsi sədparə, dözməzmi?  

O qəm, kim, aşiqi mərhəm qıla əsrarə, dözməzmi? 

  



____________________Milli Kitabxana______________________ 

210 


 

Nə qəm, hicran ilə bağrım dönə hər ləhzə gər qanə,  

Vüsalə göz tikən aşiq dözər, əlbəttə, hicranə,  

Xoşam gər şəm tək cismim tutub od eşq ara yanə,  

Həqiqət sirrin istərsə ədəm kuyindən pərvanə,  

Vücudun tərk edib, candan keçib, həm narə dözməzmi? 

 

Sütuni-səbrimə gərçi vurar Fərhadi-qəm tişə,  



İtirməz dil qəmi-tədbiri, düşməz xofü əndişə,  

Bizə ustadımız eşq içrə səbri göstərib pişə,  

Ənəlhəq söyləyən arif fənadan etməz əndişə,  

Rümuzi-eşqdən agah olan kəs darə dözməzmi? 

 

Nə qəm, gər əşki-xünin saçsa hərdəm çeşmi-nəmnakım.  



Yaxıb eşq atəşi badi-fənayə versə gər xakım,  

Olurmu eşqdən bir ləhzə xali sineyi-pakım,  

Məlamət kuyinin rüsvasıyam, yox tənədən bakım,  

Deyə Məcnuni-eşqə hər zaman min yarə, dözməzmi? 

 

Nə qədr eşqində çəksəm dərdü qəm, ey dust, minnətdir,  



Cəfa kim, Bixudə səndən gəlir, eyni-məhəbbətdir,  

Mərizi-eşqinəm, dərdin mənə daruyi-səhhətdir,  

Səninlə içdiyim qan olsa, guya şəhdü şərbətdir,  

Müalic təlx şərbət versə gər bimarə, dözməzmi? 

 

QƏZƏLİ-MÜSTƏZAD 

 

Zahid, bu fəna mülkdə dövran sənin olsun,  



verdim sənə yeksər. 

Zöhdü vərəvü taətü iman sənin olsun,  

məcmuyi sərasər. 

 

Duzəx mənə şayəstədi, cənnət sənə layiq,  



mən yanmağa şayiq, 

Sən cənnətə get, hurivü qilman sənin olsun,  

qalsın sənə kövsər. 

  



____________________Milli Kitabxana______________________ 

211 


 

Firdovsi-bərin, qəsri-təla, çeşməyi-təsnim,  

olsun sənə təslim

Çəkdim əlimi, lölöü mərcan sənin olsun,  

sən olma mükəddər. 

 

Əlminnətü lillah ki, könül yetdi muradə,  



qalrmışdı aradə, 

Get sən dolan avarə, biyaban sənin olsun,  

bihadivü rəhbər. 

 

Bixud ki məlamətlərə xəlq içrə boyandı,  



yatmışdı, oyadı, 

Get, dəhrdə, zahid, sərü saman sənin olsun,  

əl sək dəxi kafər. 

 



____________________Milli Kitabxana______________________ 

212 


 

ƏBÜLHƏSƏN RACİ 

 

Hacı  Əbülhəsən Raci 183l-ci ildə  Təbrizdə doğulmuş, təhsilini də orada 



ahmşdır. Şəxsi mütaliə yolu ilə klassik Şərq ədəbiyyatını öyrənən Racinin peşəsi 

tacirlik imiş. 1876-cı ildə Həcc ziyarətinə getmiş, Məkkədən gəmi ilə qayıdarkən 

Qırmızı dənizdə tufana düşüb, sərnişinlərlə birlikdə həlak olmuşdur. 

Raci  əsərlərini Azərbaycan və fars dillərində yazmışdır. Onun divanları  və 

ayri-ayrı şeirləri dəfələrlə Təbrizdə və Bakıda çapdan çıxmışdır: Burada verilən 

nümunələr  şairin 1992-ci ildə Bakıda nəşr edilmiş "Seçilmiş  əsərləri"ndən 

götürülmüşdür. 

 

QƏZƏLLƏR 

 

Götür saqi, meyi-gülfami, doldur cami-zərrinə,  



Əlimdən dut, amandur, qərq oldum qüssə bəhrinə. 

 

Könül az qaldi çak olsun, küdurətdən həlak olsun,  



Götür peymanə, pak olsun, bu dəm manəndi-ayinə. 

 

Gözün qurbani, peydərpey, götür məstanə cami-mey,  



Yetişsin nəreyi - "hey-hey" fələkdən mahü pərvinə. 

 

Bilurin cam ilə şişə, götür bəzm içrə gərdişə,  



Dəxi naz eyləmə pişə, məni-məhzuni-miskinə. 

 

Gərəkdür bu dili-giryan, ola Yəqub tək xəndan,  



Deyillər Yusifi-Kənan, gəlib Təbriz şəhrinə. 

 

Dutan şöhrətdə əyyami, verən yəğmayə arami,  



Onun zülfi-siyəhfami, bəladur bu dilü dinə. 

 

Baxan bu arizi-alə, düşər bir özgə əhvalə, 



Deyər: - Nəqqaşə bax, lalə çəkibdür bərgi-nəsrinə. 

 

Səba çün sünbülü reyhan, edəndə zülfini əfşan,  



Dönər bu səfheyi-İran, diyari-Çinü Macinə. 

  



____________________Milli Kitabxana______________________ 

213 


 

O şuxun çeşmi-laçini, edər seyd ahuyi-Çini,  

Xəraci-Çinü Maçini, salubdur bircə maçinə. 

 

Səbu başini məclisdə, müğənni qoydu tar üstə,  



Dedi ahəstə-ahəstə nigar adin bu qəmginə. 

 

De bir türki qəzəl, Raci, oxusun bu gözəl,Raci,  



Bələd olsun əzəl Raci, rümuzi-eşq dərdinə. 

 

* * * 



Nə qədər sən kimi bir qönçədəhanım yox idi,  

Ey pərivəş, bu qədər ahü fəğanım yox idi. 

 

Tutiyayi-xəti can nəqdinə alseydim əgər,  



Ey gözüm, bil ki, bu sevdada ziyanım yox idi. 

 

Yarə rəmz ilə hamı dərdimi bildirdüm mən,  



Kəşfi-raz etməgə hərçənd zəbanım yox idi. 

 

Səri-kuyin mənə dünyadə əta eylədi Həqq,  



Çünki üqbadə mənim meyli-cinanım yox idi. 

 

Gördi pürsuz ilə yandı bu gecə halimə şəm,  



Çünki bir şəm kimi canı yananım yox idi. 

 

Neməti-vəslüvə sod şükr yetişdüm birənc,  



Mənim öz taleyimə hiç gümanım yox idi. 

 

Raci, yazdum qala məndən bu qəzəl namü nişan,  



Çünki aləmdə mənim namü nişanım yox idi. 

 

* * * 



Yıxdılar aşiqlərin qəlbi kimi meyxanəni,  

Bivəfalar əhdi tək sındırdılar peymanəni. 

 

Ləli-canan tək uzaq oldı nəzərlərdən şərab,  



Çeşmi-dilbər tək xumarə saldılar məstanəni. 

  



Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə