Microsoft Word XIX esr az an doc



Yüklə 2,38 Mb.
Pdf görüntüsü
səhifə49/102
tarix21.02.2018
ölçüsü2,38 Mb.
#27404
1   ...   45   46   47   48   49   50   51   52   ...   102

____________________Milli Kitabxana______________________ 

200 


 

MİRZƏ MEHDİ ŞÜKUHİ 

 

Mirzə Mehdi Şükuhi 1829-cu ildə  Təbrizdə  sənətkar (aynasaz) ailəsində 



doğulmuşdur.  İlk təhsilini mollaxanada almışdır. Gənc yaşlarında Marağaya 

köçmüş, ticarətlə  məşğul olmuşdur.  İşi ilə  əlaqədar Türkiyə, Orta Asiya, 

Ərəbistan və İranın bəzi yerlərini gəzmiş, bir müddət Tehranda qaldıqdan sonra 

yenidən Marağaya qayıtmış yə ömrünün axırına qədər orada yaşamışdır. 1896-

cı ildə Marağada vəfat etmiş və orada dəfn olunmuşdur. 

Bədii yaradıcılığa gənclik illərində başlayan Şükuhi həm klassik, həm də xalq 

ədəbiyyatı üslubunda əsərlər yazmışdır. Qəzəl, qəşidə, müxəmməs, qitə, qoşma, 

gəraylı janrlarında olan lirik şeirləri, "Münazireyi-Əqlü Eşq",  "Cəlala öyüd" 

adlı epik məsnəviləri ona şöhrət qazandırmışdır. 

Şairin ölümündən sonra əsərləri bir neçə dəfə çap edilmişdir. Burada verilən 

nümunələr "Cənub ulduzları " (1984) kitabından götürülmüşdür. 

 

QƏZƏLLƏR 

 

Gələn birdir, gedən birdir, qalan bir,  



Gələn qalmaz, gedən gəlməz, əcəb sir. 

 

Bir əvvəl var, bir axir var deyillər,  



Bu bir sözdür, nə əvvəl var, nə axir. 

 

Açar min məclisi-bazi dəmadəm,  



Tamaşayə qurulmuşdur bu çadir. 

 

Məali-küfrü imandən xəbər yox,  



Nə fərq eylər bu mömindir, o kafir. 

 

Tərazi-xaməsindən tük yayınmaz,  



Təaləllah, əcəb ustadi-mahir. 

 

Yaman getdi cavanlıq, mən qocaldım,  



Pəri kuyində bir div oldu zahir. 

  



____________________Milli Kitabxana______________________ 

201 


 

Nə hasil zurü zərdən cüz təəssüf,  

Driğa, gənci-Xosrov, cəngi-Nadir. 

 

Şükuhi ölməyincə bu tilsimi  



Deyil sındırmağa bir kimsə qadir. 

 

*  *  * 



Piri-meyxanayə bax, Cəmdə nə var Keydə nə var?  

Bəxşişə seyr elə, Hatəmdə nə var, Teydə nə var? 

 

Bir qədəh saldı ayaqdan səni, biçarə hərif,  



Pey apar, gör mən içən cami-peyapeydə nə var? 

 

Görməyən guşeyi-çeşmi-siyəhi-canani, 



Nə bilir guşeyi-meyxanə nədir, meydə nə var? 

 

Nə qədər var nəfəsim, çəkməyim əfgan neylim,  



Bir quru nalədən özgə, de görüm, neydə nə var? 

 

Canımı, malımı aldın, dəxi, zalım, bəsdir,  



Bu Şükuhi dediyin müflisi-laşeydə nə var? 

 

* * * 



Yenə, ey gözləri məftun, sənə məftunəm mən,  

Zarü məhzunü digərgunü ciyərxünəm mən. 

 

Nola bir lütf ilə dindir məni, xoşnud eylə,  



Gərçi düşnam ilə, səndən yenə məmnunəm mən. 

 

Rəsmdir şəqqeyi-zənciri qırar divanə,  



Vermişəm zülfünə dil, gör necə Məcnunəm mən. 

 

İstərəm çox səni, canımdan əziz canın üçün,  



And içəm canuva nahəq yerə, məlunəm mən. 

  



____________________Milli Kitabxana______________________ 

202 


 

Busəyi-lütf qılıb, aldın əvəz can nəqdin,  

Ala öz busəvi, ver canımı, məğbunəm mən. 

 

Gözümün yaşı kimi tökmə əyağə meyi-nab,  



Saqican, təşneyi-ləli-ləbi meygunəm mən. 

 

* * * 



Gözlərimdən tökülür bu dili-müztər qanı,  

Böylə nahəq yerə tökmə, a gözüm, hər qanı. 

 

Gündə min aşiqi öldürsə xədəngi-nazın  



Könlümün çox sənə, zalim, yenə qeynər qanı. 

 

Türreyi-guşeyi-çeşmin elə qan ilə xizab,  



Xoş olur şəhpəri-laçində kəbutər qanı. 

 

Dişlədim ləlüvi, ey qanı sovuq, qan oldu,  



Sən də lök qanımı, tut qanə bərabər qanı. 

 

Nigəhin gizlədir ol məst gözün, çünki bilir,  



Qanlının qanına bais olu xəncər qanı. 

 

İçərəm qanuvu, bu aşiqə, zahid, az öcəş,  



Çün müsəlmanə hədərdir tökə kafər qanı. 

 

Az fəğan eylə, di get, ay qanı dolmuş aşiq.  



Eşidər yari-sitəmgər yenə eylər qanı. 

 

Can verən eşqdə bir sən deyisən, ey Naşi,  



Çox bu meydanda axıb nazlı igidlər qanı. 

 

QOŞMALAR 

 

Bülbül kimi bu gülşənə gəlmişəm,  



Lalə görüm, sünbül gorüm, gül görüm.  

Deyirlər səndə var çox şivə, xəndə,  

Bircə kəlmə danış görüm, gül görüm. 

  



____________________Milli Kitabxana______________________ 

203 


 

Bir yol gördüm yıxdın xanimanımı,  

İtirdim aləmdə adü sanimı.  

Bir də üzün göstər, gəl al canımı,  

Gəlmişəm tanrıya təvəkkül görüm. 

 

Mən razıyam hər nə olsa müqəddər,  



Zülmün Şükuhiyə xoşdu, sitəmgər.  

Bu mən, bu baş, bu yol, bu sən, bu xəncər,  

Zəhmət çəkib ayağa dur, gəl görüm! 

 

* * * 



 

Bir də yolum düşsə yar otağına,  

Mənim işim hamı kəsdən saz keçər,  

İşə düşər deyib, danışıb, gülmək  

Aralıqdan yüz min ərkü naz keçər. 

 

Gül gülə sövkəşib, laləyə lalə,  



Qumrular, bülbüllər çəkərlər nalə.  

Saqi, bu mövsümdə gətir piyalə,  

Bir az keçməz, payız gələr, yaz keçər. 

 

Saqi dolandırsın cami-gülrəngi,  



Düzülsün məclisə lalə, mərdəngi,  

Oxusun xanəndə, oynasın cəngi,  

Xəyalımdan setar keçər, saz keçər. 

 

Yəhərləyin kəhər atı dubarə,  



Tüfəngimi verin, gəlmişəm zarə,  

Mən istərəm bir də çıxam şikarə,  

Çox deyillər: "Bu kövşəndən qaz keçər". 

 

Az mənim bağrımı qan ilə doldur,  



Dərdin bu canımda hamıdan boldur,  

Deyillər: "Könüldən könülə yoldur",  

Şükuhi könlündən niyə az keçər? 

  



Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə