Microsoft Word XIX esr az an doc



Yüklə 2,38 Mb.
Pdf görüntüsü
səhifə45/102
tarix21.02.2018
ölçüsü2,38 Mb.
#27404
1   ...   41   42   43   44   45   46   47   48   ...   102

____________________Milli Kitabxana______________________ 

182 


 

Urmusan, ey məh, deyirlər dəm kəmali-hüsndən  

Bu müşəxxəs oldu nöqsanü zəvalındır sənin. 

 

Gəl, gəl, ey arami-can, can verməyim oldu əyan.  



Məxfiyi-dilxəstə müştaqi-cəmalındır sənin. 

 

* * * 



 

Rəhm qılmaz məni-dilxəstəyə, cananıma bax,  

Böylə birəhm yolunda bu çıxan canıma bax. 

 

Ey məni xəstə qılıb halıma rəhm eyləmiyən,  



Səri-kuyindəki bu naleyi-əfqanıma bax. 

 

Ey deyən duzəx odun hicr ilə yeksan, bir gül  



Çak edib köksümü, bu sineyi-suzanıma bax. 

 

Könül, əhvalını sordum, rupərivəş söylədi,  



Bu qara telləri gör, zülfi-pərişanıma bax. 

 

Ey düşən eşqinə gülçöhrələrin, bir göz açıb,  



Laxta-laxta cigərimdən tökülən qanıma bax. 

 

Sorma, ey şux, könül halətini hicran gecəsi,  



Qanlı göz yaşımı gör, dideyi-giryanıma bax. 

 

Qılmadın şükrünü ol neməti-vəslin bir dəm,  



İndi, ey Məxfi, gəlib bu şəbi-hicranıma bax. 

 

* * * 



 

Olmasın bir ləhzə kəm, yarəb, başımdan şuri-eşq,  

Çıxmasın bu mülki-dildən bir zaman qovğayi-eşq. 

 

Çəkməz dünya qəmin gər getsə əlindən varü yox,  



Çun pənahımdır mənim ölüncə mavayi-eşq. 

 

Ey könül, bu şövkət dünyası sitəmdir bana,  



Rəğbət etməz padşahlar təxtinə şeydayi-eşq. 

  



____________________Milli Kitabxana______________________ 

183 


 

Sanma ey qafil ki, zəhmətdəndir bu zarlıq  

Aşikar bir ləzzəti-candır bu ahü vayi-eşq. 

 

Bəhri-eşqə, ey könül, gər məb sağini Yunis misal,  



Kamə çəkmiş çoxların ol mahiye-dəryayi-eşq. 

 

Eşq ara məqsuduna, Məxfi, yetərsən, səbr qıl,  



Rahbərdir çün sənə bu yolda ol movlayi-eşq. 

 

* * * 



 

Xeyr edərmi mən mərizə heç bir qan, ey təbib?  

Eşq dərdidir canımda bunu bir qan, ey təbib. 

 

Dərdimin yox çarəsi səndə, nə izhar edəlim,  



Saxlamaq xoşdur anı can içrə pünhan, ey təbib. 

 

Səhhətimdən ötəri zəhmət çəkmə axər sən əbəs,  



Gəlməyə ta yar özü müşküldü dərman, ey təbib. 

 

İstəsən cəhhət bulam, vəsli-nigara çarə qıl.  



Öldürür billah məni bu dərdi-hicran, ey təbib. 

 

Çıxsa yarın möhnətü dərdi bu canımdan mənim,  



Nə gərəkdir ta mənə bu cismü bu can, ey təbib. 

 

Çıxmaz ol sevdayi-zülfü yar başdan, çıxsa can,  



Əl götür, əhvalımı etmə pərişan, ey təbib. 

 

Saxlaram dərdi-dili mən Məxfi, izhar etmərəm,  



Faş əgər ta etməyə bu çeşmi-giryan, ey təbib. 

 

* * * 



 

Dən-dən ərəğ düşəndə rüxi-əhmər üstünə,  

Şəbnəmdi guya kim tökülüb güllər üstünə. 

 

Ləl ləbin kənarına çıxmış xətinmidir?  



Murbəççələrmi yoxsa düşüb şəkkər üstünə?! 

  



____________________Milli Kitabxana______________________ 

184 


 

Yarəb, bir nurdu kim, tökülüb yar türrəsi,  

Ya Kəbədir ki, gəlmiş anın kafər üstünə?! 

 

Ətrafı-ləblərində o xali-siyahıdır? 



Ya ləşgəri-həbəşmi gəlib Kövsər üstünə. 

 

Şəhla gözün təkyə verib taği-əbruya,  



Bir məstdir ki, meyl qılır minbər üstünə. 

 

Əfşan olan o qamətinə saçlarınmıdır?  



Şahmarlarmı yoxsa çıxıb ər-ər üstünə?! 

 

Bilməm, əzizim, eşqin ara Məxfi neyləmiş,  



Hər yan gəlibdi dərdü qəmin ləşgər üstünə. 

 

* * * 



 

Müftiyi-şəhr ki yol tapmadı meyxanəmizə,  

Rəşkidən urdu sitəm daşını peymanəmizə. 

 

Fəxr qıl, ey dili-divanə ki, bu şəhr içrə,  



Yoxdu bir şux ki, yol bulmaya kaşanəmizə. 

 

Əql idi eşq ilə baziçə dögül kim girələr,  



İki sultani-müxalif dili-viranəmizə. 

 

Bunca dad etdim o şuxun sitəmindən bir kəs,  



Yoxdur axər ki, qulaq verə bu əfsanəmizə. 

 

Gecələr mənzili təğyir edərəm, şayəd o dust,  



Səhv edib bir qədəmin basa bizim xanəmizə. 

 

Bu qədər düşdü könül eşqinə bir mahvəşin,  



Hiç bay olmadı rağıb dili-divanəmizə. 

 

Lafi-dindarlığın, Məxfi, səni kafər edib,  



Kəbədən bir yol ola kaş bu bütxanəmizə. 

  



____________________Milli Kitabxana______________________ 

185 


 

MİRZƏ HƏSƏN QARABAĞİ 

 

Mirzə  Həsən Qarabaği 1824-cü ildə Suşa  şəhərində doğulmuşdur. O, 



zəmanəsinə görə yaxşı  təhsil almış,  ərəb, fars dillərini öyrənmiş, klassik 

poeziyanın qayda-qanunları ilə tanış olmuşdur. Gənc yaşlarından xırda alverə 

başlayan Mirzə Həsənin həyatı zəhmətlə keçmişdir. O, ticarət məqsədilə doğma 

yurdundan ayrılaraq, qürbət elləri  şəhərbəşəhər gəzir, dolanışıq qayğıları ilə 

yaşamalı olurdu, Şuşada olduğu vaxtlarda ilə "Məclisi-üns"ün yığıncaqlarında 

iştirak edirdi. Şair 1904-cü ildə Şuşada vəfat etmiş və orada dəfn olunmuşdur. 

Mirzə  Həsən Qarabağinin lirik şeirlər divanı dövrümüzə  qədər gəlib 

çatmışdır. Həmin "Divan" əsasında  şairin "Seçilmiş  əsərləri" hazırlanmış  və 

birinci dəfə 1973-cü, ikinci dəfə isə 2000-ci ildə Bakıda nəşr edilmişdir. Burada 

verilən nümunələr həmin kitabın ikinci nəşrindən götürülmüşdür. 

 

QƏZƏLLƏR 

 

Gözlərin mayil olubdur yenə xunxarlığa,  



Bəli, sərxoş olu amadə sitəmkarlığa. 

 

Küfri-zülfün dinü imanıma çox şaiq olub,  



Bilirəm ki, salacaq rəxnə bu dindarlığa. 

 

Yoxdu hicranına könlümdə dəxi tabü təvan,  



Nə belə talib olubsan bu dilazarlığa? 

 

Qamətinlə nə rəva sərv bərabər ola kim,  



Xeyli müşküldü o gəlsin belə rəftarlığa. 

 

Gül cəmalınla əgər bəhsə gəlibsə, nə əcəb,  



O səbəb salmış özün gülşən ara xarlığa. 

 

Etməzəm şikvə gözündən nə qədər qılsa  



Məst olan mail olar çünki cəfakarlığa. 

 

  




Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə