Microsoft Word XIX esr az an doc



Yüklə 2,38 Mb.
Pdf görüntüsü
səhifə42/102
tarix21.02.2018
ölçüsü2,38 Mb.
#27404
1   ...   38   39   40   41   42   43   44   45   ...   102

____________________Milli Kitabxana______________________ 

168 


 

* * * 


Ey dil, vəfası yoxdu dilara gözəllərin,  

Cövrü cəfası çoxdu bu rəna gözəllərin. 

 

Yüz nazü qəmzə ilə can almaqdır adəti,  



Ahu baxışlı gözləri şəhla gözəllərin. 

 

Hər tarı bir kəmənd kimi xəlqi bənd edər,  



Dami-bəlayə zülfi mütərra gözəllərin. 

 

Tavus tək bəzər özünü, xəlqi aldadar,  



Çün fikrü zikri məkrdi qəta gözəllərin. 

 

Bir dəfə güldürər səni, min dəfə ağladar,  



Şənində gəlməyibdi təvəlla gözəllərin. 

 

Çox imtahan elibdi kəma-keyf haqqına,  



Arifdi çünki, Qumriyi-şeyda gözəllərin. 

 

* * * 



 

Çıxmaz başımdan eşq ilə sevdası dilbərin,  

Könlümdə var həmişə təmmənnası dilbərin, 

 

Nuş etmişəm şərabi-məhəbbət ələstdə,  



Getməz ölüncə nəşeyi-səhbasi dilbərin. 

 

Vaiz, məlamət etmə məni, həq mənimlədir,  



Gəl bax, bu mən, bu sən, bu tamaşası dilbərin. 

 

Cənnətdə hər nə vardı, sənin, qoy mənim ola  



Bir kəlmə söhbəti-fərəhəfzası dilbərin. 

 

Yox özgə məşqi vəsli-raxi-yardən səva,  



Qumri olubdur aşiqi-şeydası dilbərin. 

  



____________________Milli Kitabxana______________________ 

169 


 

* * * 


Cana, məhəbbət aləmi pürinqilab olur,  

Əhli-məhəbbətin işi daim əzab olur. 

 

Aramü taqəti kesilir əhli-nəşənin,  



Bisəbrü bitəhəmmülü büxürdü xab olur. 

 

Əncüm sayar sabaha kimi aşiqin gözü,  



Hicranda hər gecə ona yövmül-hesab olur. 

 

Bir tarmuy ilən dağıdır can binasını,  



Ol kakilin ki riştəsi pürpiçü tab olur. 

 

Əhli-günahə nari-cəhənnəm verir əzab,  



Üşşaqı dilkəbab eləyən ləli-nab olur. 

 

Ruxsari-mahtələtə baxmaq deyil rəva,  



Çox baxsa aftabə əgər göz, xərab olur. 

 

Abi-həyat tək görünür vəsli-məhvəşan,  



Təhqiqi-nəfsül-əmrdə baxsan sərab olur. 

 

Vermə könül o taifeyi-bədməzacə kim,  



Kirdari nazü kəlmeyi-nitqi itab olur. 

 

Bir nuş versə qəlbüvə yüz nişi-qəmə urar,  



Cövrü cəfası aşiqinə bihesab olur. 

 

Yoxdu kitabi-məzhəbi kafir gözəllərin,  



Kafir bulardan əsldə əhli-kitab olur. 

 

Aldanma hüsni-surətə, bu xudfüruşlər  



Surətdə bülbül olsa da, batin qürab olur. 

 

Zahirdə Müştəridir, əgər batinən Zühəl,  



Axır Zühəldən aləm ara ictinab olur. 

  



____________________Milli Kitabxana______________________ 

170 


 

Bu növdür vəfalarının istiqaməti,  

Guya ki, filməsəl, su üzündə hübab olur. 

 

Qətən əqidəsində bu zalimlərin yəqin  



Aşiqlərə cəfa eləmək çox savab olur. 

 

Qumri, bu qövlə mötərif ol, qılma etiraz,  



Bəsdir dəxi, nə qədər sualü cavab olur?! 

 

QƏSİDƏLƏR 

 

Məhbubumun mənimlə məhəbbət binası var,  



Məlum olur şəfəqqətü mehrü vəfası var. 

 

Məşuqdən gərək yetişə aşiqə bəla,  



Aşiq deyil o kəs ki, bəladən hərası var. 

 

Hər nə bəla gələ, edərəm canıma qəbul.  



Əlbəttə, bu bəlalarımın müddəası var. 

 

Canan yolunda hər yara bir güldü aşiqə  



Gülzari-sinəsin nə əcaib səfası var. 

 

Dörd min yarə dəyib, yenə azdı sinəmə,  



Min dəfə can ilə çəkərəm, hər cəfası var. 

 

Qıl bircə qətlga tamaşası, Cəbrail, 



Bax gör Hüseyn təşnələbin nə əsası var? 

 

Qurbangaha Xəlil aparıb bir fəda əgər,  



Amma Hüseynə bax, necə yetmiş fədası var. 

 

Abbasi-namidarımı qurban kəsibdilər,  



Qolsuz düşüb, qana boyanmış libası var. 

 

Toy tutmuşam bu dəştdə şahzadə Qasıma,  



Yaxmış əlinə qan ilə əlvan hənası var. 

  



____________________Milli Kitabxana______________________ 

171 


 

Səd parə doğranıbdı Əli Əkbərim susuz,  

Torpaqlar üstə nəşi düşüb, çox yarası var. 

 

Mən qoy yanım bu gün qabağında kabab tək,  



Sal Əkbər üstə sayə, oğulsuz anası var. 

 

Bilməm səbəb nədir məni gözdən salıb anam,  



Meydana Zeynəbim gələ bilməz, həyası var. 

 

Durma, özüvü yetir Nəcəfə, söylə, ya Əli,  



Oğlun Hüseyn ölür, sənə çox-çox duası var. 

 

Gəl Kərbəlayə başını al bir diz üstünə,  



Görsünlər əhli-Kufə Əli tək atası var. 

 

Qəm gülşənində Qumriyi-gülzari-xəstənin,  



Fəryadı-"va Hüseyn" ilə şuri-nəvası var. 

 

* * * 



 

Üşşaqə məşq, eşqdə tumari-Kərbəla,  

Əhli-məzaqə gərmdi bazari-Kərbəla

 

Çox zövq ilən səfası, əcəb xoş həvası var,  



Güllər açıb bahardə gülzari-Kərbəla. 

 

İbrətlə hər kim etsə tamaşa yəqin görər,  



Qılmış əhatə aləmi ənvari-Kərbəla. 

 

Hər gülsitanda nəğmeyi-bülbül səbahü şam,  



Bica əbəs deyil çəkilir cari-Kərbəla. 

 

Çeşmi-bəsirət açsa, nümayandı hər kəsə,  



Amadədir o dəştdə asari-Kərbəla. 

 

Nəhri-Fəratın üstə olub qolları qələm,  



Əbbas, namidari-ələmdari-Kərbəla. 

  



____________________Milli Kitabxana______________________ 

172 


 

Naz ilə qətlgahda yatıb Əkbəri-cəvan,  

Cismində zəxmi-xəncəri-xunxari-Kərbəla. 

 

Damad otağı hicleyi əlvani-növ ərus,  



Olmuş əcəb səfayi-çəmənzari-Kərbəla. 

 

Hülqində Əsğərin yenə qanı kəsilməyib,  



Çıxmış səmayə ahü şərərbari-Kərbəla. 

 

Həsrətilə imdi də baxıri toy otağına,  



Nakam ölən o Qasımi-sərdari-Kərbəla. 

 

Yetmiş səhabə peykəri qan, cismi zəxmdar,  



Gözəllə təşnələb rəhi-zəvvari-Kərbəla. 

 

Başında qırx nəfər qolu bağı əsirlər  



Ağlar başında möcüzi-gülnari-Kərbəla. 

 

Qumri kimi fəğanə gəlib, ya Hüseyn deyər,  



Guya o çöldə Abidi-bimari-Kərbəla. 

 

NÖVHƏ 

 

Salma gözdən bu zaman, ey şəhi-əbrar məni,  



Qılma ənduhü qəmü dərdə giriftar məni,  

Eyləyib çərxi-fələk didəsi xünbar məni,  

Xəstəvü xuncigərü bikəsü biyar məni. 

 

Nari-hicrana yanan sinəyi-suzanıma bax,  



Əşki-xunin tökülən dideyi-giryanıma bax,  

Möhnətü dərdü ələmdən üzülən canıma bax,  

Qoyma firqətdə bu növ ilə giriftar məni. 

 

Al sınıq könlümü, ey yari-şəhi-mülki-Hicaz,  



Yandırır qəlbimi, vallahi bu suz ilə güdaz,  

Nə anam var, nə bacım var eləyim onlara naz,  

Oldürər axın bu möhnətü ahzar məni. 

  



Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə