Microsoft Word XIX esr az an doc



Yüklə 2,38 Mb.
Pdf görüntüsü
səhifə40/102
tarix21.02.2018
ölçüsü2,38 Mb.
#27404
1   ...   36   37   38   39   40   41   42   43   ...   102

____________________Milli Kitabxana______________________ 

160 


 

MƏHƏMMƏD ƏMİN DİLSUZ 

 

XIX əsrin məşhur şairlərindən olan Məhəmməd Əmin Dilsuzun həyat  yolu



doğum və ölüm tarixi haqqında ətraflı məlumat yoxdur. F.Köçərlinin yazdığına 

görə 1834-cü ildə "hali-həyatda imiş və özü dəxi müsinn halında vəfat edibdir". 

"Ustad" ləqəbi ilə tanınan Dilsuz əsərlərini Azərbaycan və fars dillərində 

yazmışdır. Onun divanı  Təbrizdə  dəfələrlə çap olunmuşdur.  Şeirləri qəzəl,  

qəsidə, müxəmməs;, rübai, saqinamə, növhə və sinəzənlərdən ibarətdir. Buradakı 

nümunələr F.Köçərlinin "Azərbaycan  ədəbiyyatı" (II cild, 1981) və "Cənubi 

Azərbaycan ədabiyyatı antologiyası" (I cild, 1981) kitablarından götürülmüşdür. 

 

QƏZƏLLƏR 

 

Sənə mənzil cahanda, ey Fəlatun, Dilməqan olmuş,  



Mənim darün-nişat içrə işim ahü fəğan olmuş. 

 

Misali-əndəlibəm düşmüşəm mən ayrı gülşəndən,  



Gül üzlüm, firqətindən bu əlif qəddim kəman olmuş, 

 

Çıxan gündən yəqin et xitteyi-Təbrizdən guya  



Dağılmış zülmdən bu xaneyi-eyşim, viran olmuş. 

 

Gecəm il, gündüzüm qarə, kəsim yox, həmdəmim nalə - 



Ki, bir badi-səba guya mənimlə həmzəban olmuş. 

 

Xəyal etmə deyil Təbrizdə sən gördüyün Dilsuz,  



Çəkib əzbəs qəmü möhnət, bu yerdə nimcan olmuş. 

 

* * * 



 

Nola, bir əl yetə ol zülfi-mütərra əlinə,  

Bəlkə, sərriştə düşə aşiqi-rüsva əlinə. 

 

Qeys tək kuhü biyabanidə sərgərdanəm,  



Yoxdu bir mərd, əlimi ta verə Leyla əlinə. 

  



____________________Milli Kitabxana______________________ 

161 


 

Çox səadətdir, əzizim, ola bir fəsli-bahar,  

Yetişə daməni-gül bülbüli-şeyda əlinə. 

 

Dinü imanım əlimdən gedib, ol Sənan tək,  



Düşmüşəm şəhri-müsəlmanidə tərsa əlinə. 

 

Bişəkü şübhə olar hər iki dünyada əziz,  



Verə gər Yusifi hər kimsə Züleyxa əlinə. 

 

Əl-ayağım titrər, görcək o şuxun gül üzün,  



Necə xummar alar sağəri-səhba əlinə. 

 

Verməz əlbəttə könül, arif olan, aləm ara,  



Hər pəriçöhrə və hər şuxi-dilara əlinə. 

 

Niyə yüz min dili-divanəni zəncirə vurub,  



Tapşırıb tar o iki zülfi-çəlipa əlinə? 

 

Künci-meyxanəni məskən elə hər şamü səher,  



Vermə, Dilsuz, yaxanı zahidü molla əlinə. 

 

* * * 



 

Ey məh, nolu, bir bax mənə san, səni-tarı,  

Salma nəzərindən məni-zan, səni tarı. 

 

Əğyar ilə yar olmagilən, durma, oturma,  



İncitmə məni-zan, fikarı, səni-tarı, 

 

Gül arizinin aşiqiyəm, ey şəhi-xuban.  



Həmdəm özünə eyləmə xarı, səni-tarı, 

 

Gəl, saqi əlindən içəlim badeyi-gülnar,  



Bihudə keçirtmə bu baharı, səni-tarı. 

 

Bir fəslidi bu, hər kim içə badeyi-gülrəng,  



Dildən götürər, zəngü qubarı, səni-tarı. 

 

Pərvanəsifət başına har ləhzə dolanım,  



Tərk etməgilən məskəni barı, səni-tarı. 

  



____________________Milli Kitabxana______________________ 

162 


 

Hər bisərü bipayilə, gəl, eyləmə ülfət,  

Pamal eləmə qeyrətü an, səni-tarı. 

 

Naz ilə keçib, bəndəyə xəsmanə baxanda,  



Bir kəlmə danışdır məni-yarı, səni-tarı. 

 

Gəl, görmə rəva aşiqi-Dilsuza ki, hərdəm,  



Mənsursifət çəkdirə darı, səni-tarı. 

 

* * * 



 

Qoydu məni bu dəhrdə avarə gözlərin,  

Saldı məni bu qəmlərə ol qarə gözlərin. 

 

Ey gül, işim olub gecə-gündüz fəqan mənim,  



Bülbülsifət, gətirdi məni zarə gözlərin. 

 

Ey leylivəş, harayıma yet, olmuşam cünun,  



Məcnunsifət, salıb məni kuhsarə gözlərin. 

 

Eşqin məni bu dəhrdə bimar eyləyib,  



Əmr et ki, eyləsin mənə bir çarə gözlərin. 

 

Bir vəhşi baxış ilə alıb ixtiyarımı,  



Bəxtim tək eyləyib günümü qarə gözlərin. 

 

Şəmi-rüxün fədası olum, rəhm qıl mənə,  



Pərvanə tək salıb məni odlarə gözlərin. 

 

Kami-dilim hər ikı cahanda rəva olur,  



Bir ləhzə eyləsə mənə nəzzarə gözlərin. 

 

Yusif kimi bu dəhrdə, ey şuxi-dilrüba,  



Çəkdi məni nə şövqilə bazara gözlərin. 

 

Hərdəm xədəngi-qəmzə ilə qıldı çak-çak,  



Zülm ilə etdi sinəmi səd parə gözlərin. 

  



____________________Milli Kitabxana______________________ 

163 


 

Bir baxmaq ilə aldı əlimdən qərarımı,  

Saldı məni bu bəstəri-bimarə gözlərin. 

 

Səbrim alıb, tükəndi qərarım, haray, hay!  



Dilsuzu gətdi dəhrdə zinharə gözlərin. 

 

* * * 



 

Olmuşam mən yenə bir şuxi-güləndamə düçar,  

Püxtəlikdən olubam bir sənəmi-xamə düçar. 

 

Bir gözəl arizinin xal ilə zülfünü sevib,  



Mürği-dil yaxşı olub, danə ilə damə düçar. 

 

Qorxuru yarım ola mən kimi rüsvayi-cahan,  



Vəhci var olmuru bu aşiqi-bədnamə düçar... 

 

Gorüm ol şux özü tək bir gözələ tuş olub.  



Ola ta, mən kimi; bu möhnəti-əyyamə düçar. 

 

Saqiya, bəhri gətir meykədədən bu bəzmə,  



Səni tanrı, məni etmə bu tünük camə düçar. 

 

Məni qılsa məni bu qaşı kamandarı hər kəs,  



Olsun aləmdə o kəsgin dəmi-səmsamə düçar. 

 

Hiç aşiq görüm aləmdə, mənim tək, yarəb,  



Olmasin təneyi-biganəvü əqvamə düçar! 

 

Şükrilillah, bu pərizadəyə aşiq olalı,  



Şükrdən qurtulub oldum, əcəbistanə düçar. 

 

Mən bu il başə düşüb, anlamışam eşq yolun,  



Kaş olaydım keçən il mən bu dilaramə düçar. 

 

Yazma, Dilsuz, dəxi dəftəri-eşqin hərfin,  



Olmasm atəşi-dərdü qəmə bu xamə düçar. 

  



Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə