Microsoft Word XIX esr az an doc



Yüklə 2,38 Mb.
Pdf görüntüsü
səhifə36/102
tarix21.02.2018
ölçüsü2,38 Mb.
#27404
1   ...   32   33   34   35   36   37   38   39   ...   102

____________________Milli Kitabxana______________________ 

141 


 

Dad elərəm, haray naşı əlindən,  

Yandı cigər eşq ataşı əlindən,  

Mən nə deyim gözüm yaşı əlindən,  

Üzüşür sonalar, göllər oynaşır. 

 

Adam var dolanır məkrin içində,  



Adam var dolanır zikrin içində,  

Sənin kamalında, fikrin içində  

Əcaib-qəraib hallar oynaşır. 

 

Pəriyəm, xəlq ara olmuşam bacı,  



Kimsənin kimsəyə yox ehtiyacı,  

Bəlxü Buxaranın, Hindin xəracı  

Zənəxdanda siyəh xallar oynaşır. 

 

* * * 



 

Nə yatıbsan ləhaf bəstər içində,  

Bimarmısan, nədir bəs halın sənin?  

Eşqin mərəzinin mən təbibiyəm  

Bəyan eylə mənə əhvalın sənin. 

 

İsmi-şərifıniz dada yetişsin,  



Mətləb alıb hər murada yetişsin.  

Xaliq özü bir imdadə yetişsin.  

Hifzində saxlasın zavalın sənin. 

 

Bar ilahım gülzarına qıymasın,  



Xəstə olan bimarına qıymasın,  

Şirin-şirin göftarına qıymasın,  

Bağışlasın qaşi-hilalın sənin. 

 

Bir məsəldir: Bağban olan bar çəkər,  



Əndəlibin hər meyli gülzar çəkər,  

Allahına bəndə ahü zar çəkər,  

Qəm çəkmə, kamildir kamalın sənin. 

  



____________________Milli Kitabxana______________________ 

142 


 

Mən Pəriyəm, eşqə zaram neyləyim,  

Dərdi-dildən xəbərdaram neyləyim,  

Burdan ora intizaram, neyləyim,  

Şəfalansın nuri-vüsalın sənin. 

 

GƏRAYLI 

 

Zalım Şəcər dad əlindən,  



Sən ha nahaq qan eylədin.  

Zülm ilə könlüm şəhrini,  

Gör necə viran eylədin. 

 

Saymadın sultanı, xanı,  



Eyləyibsən nahaq qanı,  

Badam kimi növcavam,  

Yer ilə yeksan eylədin. 

 

Necə qıydın gülzarına,  



Punhan keçən iqrarına,  

Saldın yollar kənarına,  

Dörd yanı al qan eylədın? 

 

Pərinin dərdi tüğyandı,  



Sakin yeri Maralyandı,  

Gülüm qonçasında yandı,  

Bülbüllər əfqan eylədi. 

  



____________________Milli Kitabxana______________________ 

143 


 

MİR MEHDİ XƏZANİ 

 

XIX  əsr Azərbaycan tarixşünaslığında "Kitabi-tarixi-Qarabağ"  əsərinin 



müəllifi kimi tanınan Mir Mehdi Xəzani həm də görkəmli  şair olmuşdur. Onun 

tərcümeyi-halı haqqında ətraflı və dəqiq məlumat yaxdur. Təxminən 1811-ci ildə 

Zəngəzurda Bərgüşad mahalının Məmər kəndində doğulduğu və 1893-cü ildə 

öldüyü güman edilir. Məzarı Qarubağın Tuğ kəndindədir. 

Bədii yaradıcılığında Füzuli ənənələrinə  və xalq ədəbiyyatı üslubuna 

söykənən Mir Mehdi Xəzaninin qəzəl, qəsidə, müxəmməs, müstəzad, qoşma, 

gəraylı, bayatı janrlarında yazılan  şeirləri tapılmış  və 1989-cu ildə  "Əsərləri" 

Bakıda çap olunmuşdur. Burada verilən məlumat və  bədii nümunələr həmin 

kitabdan gotürülmüşdür. 

 

QƏZƏLLƏR 

 

Genə dildar səri-kuyi bu gün yadə düşüb,  



Dili-üftad olub üftadəvü üftadə düşüb. 

 

Gər alır canımı öldürmək üçün, eyb deyil,  



Qüreyi-eşqdə can ol gözü səyyadə düşüb. 

 

Bağban, sərvlər övsafını çox söyləmə kim,  



Sərvlər çoxdu və lakin bu bir azadə düşüb. 

 

Mürği-dil rəşki-gülüstani-rüxünlə daim  



Şurü əfganə gəlib, naləvü fəryadə düşüb. 

 

Xahişi-röyət ilə gər yanıram atəşə mən, 



Bu təmənnayə ki, mən düşdüm, o Musa də düşüb. 

 

Ey Xəzani, rəhi-eşq içrə məni mən etmə  



Ki, bu sevdayə könül aləmi-baladə düşüb. 

  



____________________Milli Kitabxana______________________ 

144 


 

* * * 


Yetişdi cana könül, ey nigar, rəhm eylə,  

Qalıb yolunda gözüm intizar, rəhm eylə! 

 

Fəğanü nalə-işim, əndəlibi-şeydayəm,  



Açılmadı mənə bir növbahar, rəhm eylə! 

 

Xumar gözlərinin çün məriziyəm, ey gül,  



Rəva deyil ki, qalam böylə zar, rəhm eylə! 

 

O qədər möhnəti-hicranını çəkib könlüm  



Ki, qalmayıb dəxi səbrü qərar, rəhm eylə! 

 

Cəmal həsrətiyəm, daima odur fikrim,  



Olubdu dərdü qəmim sədhezar, rəhm eylə! 

 

Nə dərdməndü nə bir munisü nə yarım var,  



Nə bir ənisü nə bir qəmküsar, rəhm eylə! 

 

Məlali-rəşgü vüsalü hücumi-firqətdən  



Olubdu didələrim əşkbar, rəhm eylə! 

 

Xəzani xəstə dərində həmişə saildir  



Ki, yox əlində dəxi ixtiyar, rəhm eylə! 

 

* * * 



 

Genə biçarə könül düşdü bir əyyar əlinə,  

Rəhmi yox, möhnəti çox, şuxi-sitəmkar əlinə. 

 

Zülfi xəttü qaşu göz dəstinə düşmüş könlüm,  



Necə bir fərdi-müsəlman düşə küffar əlinə. 

 

Həsrəti-ləli-ləbi bağrımı pürxun etmiş,  



Hiç kim düşməyə, ya rəb, belə xunkar əlinə. 

  

 




____________________Milli Kitabxana______________________ 

145 


 

Cümleyi-mətləbü məqsudu olurdu hasil  

Yar düşsəydi əgər aşiqi-didar əlinə. 

 

Bülbülün böylə ki, daim işi fəğan olmuş,  



Nalə etməz, düşə gər bir dəxi gülzar əlinə. 

 

Daima xubların ülfəti əğyar ilədir, 



Gül vüsalı, budur adət ki, düşər xar əlinə. 

 

Gərçi Məcnun dedi kim, Leylini bir dəxi görə,  



Sariban dəxi buraxmaz, düşüb əfsar əlinə. 

 

Yapışar daməninə, bir dəxi əldən qoymaz,  



Gər düşə xəstə Xəzaninin o dildar əlinə. 

 

* * * 



Yoxdur aləmdə o şuxi-məhi-tabanə əvəz,  

Səri-kuyidir onun rövzeyi-rizvana əvəz. 

 

Can əgər çıxsa olur ki, ola mövcud əvəzi,  



Leyk mövcud deyil dəhrdə canana əvəz. 

 

Çox pərişandı könül zülfi-pərişanın üçün,  



Bu pərişanlığı qoydum o pərişana əvəz. 

 

İstəməm müshəfi-rüxsarına qarşı ayət,  



Tutaram ol xəti-rüxsarını Qurana əvəz. 

 

Dilü dildarımı gər dust tutam mən etmin,  



Yoxdur aləmdə, nedim, bu evi virana əvəz. 

 

Bu Xəzani qəmi-hicran ilə yanmış, ya rəb,  



Tut bu yanmağı sən ol atəşi-neyrana əvəz. 

  



Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə