Microsoft Word XIX esr az an doc



Yüklə 2,38 Mb.
Pdf görüntüsü
səhifə35/102
tarix21.02.2018
ölçüsü2,38 Mb.
#27404
1   ...   31   32   33   34   35   36   37   38   ...   102

____________________Milli Kitabxana______________________ 

136 


 

* * * 


Könül mürği səri-kuyindən özgə bir məkan tutmaz,  

Bu sirri xəlqdən kim, eşq asari nihan tutmaz. 

 

Nigəhbanlar kimi xalisiyəhlər tutdu damanim,  



Deyil adət qulami-xanəzadı pasiban tutmaz. 

 

Tüyurin bəççəsi öz aşiyanində bulur rahət,  



Onunçun mürği-dil zülfundən özgə aşiyan tutmaz. 

 

Könül şəhbazi meyli-kəbkü türacü təzərv eylər,  



Əzizim, meyl edib hərgiz o, mürği-makiyan tutmaz. 

 

Verən can nəqdini bazari-eşqi-dilrübalərdə  



Əyandır hiç tacir böylə sövdadən ziyan tutmaz. 

 

Olub viranə dil mülkü, çıx ondan, yığ büsat, ey dil,  



Xərab olmuş məkanda hiç aqil xaniman tutmaz. 

 

Qulamın olmasa mövlasına ixlası kamiltər, 



Bu rövşəndir, onu mövlası bir dəm kamran tutmaz. 

 

Əgər tökdünsə qanım qəhr ilə, bir cürə nuş eylə - 



Ki, derlər böylə olsa qanlını, əlbəttə, qan tutmaz. 

 

Mənə derlər ki, tərki-eşqi-yar et, özgə yarı tut,  



Şikari-rubəhi haşa, gedib şiri-jəyan tutmaz. 

 

Deyir xəlqə həmişə zahidi-zahirpərəst iman,  



Özü fail olan feli, əzizim, rahban tutmaz. 

 

Təriqi-eşqdə, Naci, ayağın kəsmə qəflətdən,  



Xilafi-rahi-eşqi, bigüman, bir nüktədan tutmaz. 

  



____________________Milli Kitabxana______________________ 

137 


 

* * * 


Dila, hər bir cəfa kim, yardəndir, eyni-rahətdir,  

Gədayə hər nə gəlsə şahdan, eyni-inayətdir. 

 

Cigər qanı gözümdən gəldiyiçün dəmbədəm artar,  



Əgər olsaydı dərya,qurtarardi, bu nə hikmətdir?! 

 

Hədisi-Qeysü Fərhadü Züleyxa, Vamiqü Əzra  



Mənim hali-pərişanım yanında bir hekayətdir. 

 

Qoyanda - yaxşı saxla - dedilər - təndə dilü canı – 



Ki, təndə nəqdi-canın bir pərinindir, əmanətdir. 

 

Soruşdum:   Ey büti-şirinləbü şəkkərdəhən, aya  



Bu istiğnalı olmaq xubrulərdə nə adətdir? 

 

Dedi: - Aşiq olan lazımdı tab etsin qəmi-yarə - 



Ki, məşuq aşiqə hər nə rəva görsə, inayətdir. 

 

Dedim: - Dilbər, müəmmayi-dəhanın aşikar eylə!  



Dedi: - İma əgər əbrudən etsəm çox kifayətdir. 

 

Dedim: - Məqsudin, ey, can isə minnətdir dilü canə,  



Dedi: - Məhvəşlərin sevdası əvvəldən xəsarətdir. 

 

Dedim: - Pərvanə tək, cana, sərasər cismimi narə  



Əgər yaxsan, məni-dilxəstəyə lütfü səadətdir. 

 

Züleyxa başinə gör kim, nə işlər gəldi Yusifdən,  



Əgər peyğəmbəri-həqq isə, həqqa, bidəyanətdir. 

 

Qərəz kim, məqsədi-məqsudə yetmək istəsən,  



Naci, Fəna sərmənzilin istə ki, ol, möhkəm imarətdir. 

  



____________________Milli Kitabxana______________________ 

138 


 

* * * 


Şanə hər dəmdə ki, ol zülfi-pərişanə dəyər,  

Tari-mulər dağılıb hər biri bir yanə dəyər. 

 

Şövkətü şan ilə cahın sənin, ey şahənşah,  



Rüfəti-dəbdəbeyi-cahi-Süleymanə dəyər. 

 

Atma qəmzən oxunu, xövf elə zülm etməkdən – 



Ki, atan dəmdə gəlib hər biri bir canə dəyər. 

 

Könlümə vurdu cəfa oxlarını müjganın,  



Afəti-dəhr dəxi bir gün o müjganə dəyər. 

 

Zahida, olma məlul əldəki peymanəmdən,  



Əqdəmi-sidqin ilə səndəki peymanə dəyər. 

 

Dili-zarımda bəsi sancılıdır peykanın,  



Atasan yüz kərə peykanını peykanə dəyər. 

 

Daneyi-xali-ruxi-yarə nəzər qıl, zahid,  



Billah ol sübheyi-səddanənə bir danə dəyər. 

 

Naciya, salma nəzər mahliqalər yüzünə,  



Atəşi-məsiyətin pənbeyi-imanə dəyər. 

  



____________________Milli Kitabxana______________________ 

139 


 

AŞIQ PƏRİ 

 

Aşıq Pəri Azərbaycan aşıq  şerinin görkəmli nümayəndələrindən biridir. O, 



təxminən 1810-1811-ci illərdə Qarabağda Maralyan kəndində anadan olmuş, 

çox gənc yaşlarında vəfat etmişdir. 

Gözəl, rəvan təbli, ağıllı  və hazırcavab qız olan Aşıq Pəri müasirləri 

arasında dərin hörmət qazanmışdır. Onun Mirzəcan bəy Mədətov, Cəfərqulu xan 

Nəva, Məhəmməd bəy Aşiq və başqaları ilə deyişmələri  ədəbiyyat aləminə 

məlumdur.  Əsərlərinin yalnız az bir hissəsi bizə  gəlib çatmışdır. Verilən 

nümunələr "Azərbaycan Klassik Ədəbiyyatı Kitabxanası"nın VIII cildindən 

(1988) götürülmüşdür. 

 

QOŞMALAR 

 

Mürşidi-kamildən dərsimi aldım,  



Can götürüb bu meydana gəlmişəm.  

Mürği-Səməndərin aşinasıyam,  

Od tutuban yana-yana gəlmişəm. 

 

Müxtəsər, nə deyim, naşısan naşı!  



Tutubdur yaxanı eşqin ataşı,  

Bu təriflər zənənə nə yaraşı?  

Həqq bilir ki, mən mərdanə gəlmişəm. 

 

Pünhanda bir azanım var mənim,  



Gözlər yolda, intizarım var mənim,  

O kəlməndən xəridarım var mənim,  

Sən sərrafsan, mən də kana gəlmişəm. 

 

Zənbur olar şanda belə məkanda,  



Çox ariflər məndə gənci-pünhanda,  

Bülbül - abadanda, bayqu - viranda,  

Əndəlibəm, gülüstana gəlmişəm. 

  



____________________Milli Kitabxana______________________ 

140 


 

Pərizadə əl götürməz canından,  

Dərsin alıb sahibkamal yanından,  

Külli-işin, mərifətin kanından,  

Bəzm içində mən fəğana gəlmişəm. 

 

* * * 



 

Eşitmişdik, qulluğuna yetişdik,  

Gördük ki, düşmüsən dildən-dilə sən.  

Unutmayıb müsəlmanlıq şərtini,  

Matəm tutub bir insafa gələsən. 

 

Bu işdə Qədirin varıdır rayı,  



Yetən kəslər ona deyir sevdayı  

Aralığa düşüb məhərrəm ayı,  

Layiq deyil onda deyib-güləsən. 

 

Yaxşı yetər imamı fəryadına,  



Belə işin ləzzəti nə, dadı nə?  

Adam bildik biz də gəldik adına,  

Adamlığı qanmayıbsan hələ sən. 

 

Ey Pəri, təcil et sualında sən,  



Nöqsan yetiribsən kəmalında sən,  

İmdi zurna çalmaq xəyalındasan,  

Onu gərək axirətdə çalasan. 

 

* * * 



 

Katiblərin şahı dəftər içində  

Qələm ilə nazik əllər oynaşır.  

Fitnəli, fellisən, nazü qəmzəli,  

Dəhanında şirin dillər oynaşır. 

 

Eşqinin əlindən gedərəm bada,  



Dərdim olur gündən-günə ziyada,  

Şiveyi-rəftarın düşəndə yada  

Bağrımın başında millər oynaşır. 

  



Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə